"Mənim övladım olmadı, bu mənim yaralı yerimdir" - Mənzurə efirdə için-için ağladı
ARB TV-nin "Səhər-səhər" proqramının budəfəki qonağı müğənni Mənzurə Musayeva olub.
Axşam.az xəbər verir ki, sənətçi, şəxsi həyatından danışarkən göz yaşlarını saxlaya bilməyib:
"Heç bir zaman istəməmişəm ki, şəxsi həyatımla gündəmə gəlim. Mənim övladım olmayıb. Bu mənim yaralı yerimdir. Söz düşəndə o mövzudan danışırıq. Hərdən sual verirlər, kövrəlirəm. Birdən nəyəsə qapılırsan, nəsə deyirsən. Soruşurlar ki, niyə sonradan ailə qurmadınız? Deyirəm ki, uşaq olmadı və alınmadı. Övladla bağlı xəbərlərim olanda kövrəlirəm.
Mənzurə Musayeva adıyla fəxr edirəm. Yazırlar ki, ərləri... Mən qanuni ərə getmişəm. Elə insanlar var çıxıb tərbiyədən danışırlar. Mənzurəni tanıyan bilir kimdir. Həyata müdaxilə edirlər. Rayona toya gedəndə də gəlib soruşurlar ki, sənin ərin var?".
f Paylaş