Mənzili əxlaqsızlıq yuvasına çevirənlər pul ödəyəcək – Azərbaycanda YENİ CƏZA
Fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri verməyə görə yeni cərimələr müəyyən edilib.
Xanim.az-ın trend-ə istinadən məlumatına görə, bu barədə məsələ Cinayət Məcəlləsinə edilən dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, bu əməlləri törədən şəxslərə 2500 manatdan 3500 manatadək miqdarda cərimə müəyyən edilir.
Qeyd edək ki, bundan əvvəl Cinayət Məcəlləsində bu əmələ görə pul cəriməsi nəzərdə tutulmurdu. Əxlaqsızlıq yuvaları təşkil edənlər, saxlayanlar və ya bu məqsədlər üçün mənzil sahələri verənlər 400 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırdı. Lakin yeni dəyişikliyə əsasən qeyd olunan cəzalarla yanaşı, pul cəriməsi də tətbiq ediləcək.
f Paylaş








Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir