Meşədə öldürülən 17 yaşlı qızın qatilinin arvadı: " Sağ əli qan idi" - VİDEO -
Keçən ilin 28 iyul tarixində 17 yaşlı türkiyəli model Kaya Kaderin doğum gününə iki gün qalmış meşədə üzərində zorakılıq əlamətləri olan cəsədinin tapılması haqda məlumat vermişdik.
Qadinsayti.az xəbər verir ki, eskişehirdə meşədə alt paltarları boğazına soxularaq öldürülən Kader Kayanın iş görüşməsinə getmək üçün səhvən mindiyi avtobusdan enərək qatilinin avtomobilinə oturduğu məlum olub.
Gənc modeli öldürən 30 yaşlı Mətn Yılmazın bu gün məhkəmə prosesi keçirilib. Məhkəmədə şahid olaraq dinlənilən sərnişin avtobusunun sürücüsü Akın Yıldırım hadisə günü Kader Kayanın onun sürücüsü olduğu avtobusa mindiyini deyib.
TƏFƏRRÜAT
Polis Kaderin qatili - 2 uşaq atası Mətn Yılmazı tutub. Kaya ilə cinsi əlaqəyə girmək üçün razılığa gəldikləri iddia edilən və aralarında yaranan mübahisədə onun alt paltarını ağzına soxaraq öldürdüyünü söyləyən Yılmaz həbs olunub.
Qatilə ömürlük həbs cəzasının istənildiyi məhkəmə prosesində Kayanın valideyinləri də iştirak ediblər.
Məhkəmədə təqsirkarın həyat yoldaşı Yadigar Yılmaz "Həyat yoldaşım iş görüşməsi üçün getmişdi. Daha sonra üstü-başı toz içində evə gəldi. Sağ əli də qan idi. Nə olduğunu soruşduğumda yol vermək üstündə başqa bir avtomobil sürücüsü ilə dalaşdığını dedi" ifadəsini verib.
Avtobus sürücüsü Akın Yıldırım da hadisə günü Kader Kayanın istifadə etdiyi avtobusa mindiyini və "Mənə bir şirkətin harada olduğunu soruşdu. Mən də o şirkətin əks istiqamətdəki yolun qarşısında olduğunu, yalnış avtobusa mindiyini söylədim".
Məhkəmə təxirə salındı
Məhkəmə fevralın 28-nə təxirə salınıb./milli.az
http://videoblok.com/embed/34803
f Paylaş








Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məzarı açıb ölən modelin başını oğurladılar
Hüseyn Almaxanımın iddialarını yalanladı - 'Səni heç kim tanımırdı
Rihanna müəlliminə ev aldı
Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?
Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?
Madonna xalqdan kömək istəyir
Həddindən artıq yuxu niyə təhlükəlidir?
Keçmişdə saqqızı görün necə istifadə edirlərmiş
Space TV-də bu veriliş də yayımlanmayacaq
Şabaşla varlananların sonu faciə ilə bitir
Böyük sağlamlıq faydaları VAR