Məşhur amerikalı alimdən SOS: Uşaqlarımızı könüllü şəkildə zəhərləyirik - MÜTLƏQ OXUYUN

Məşhur amerikalı alimdən SOS: Uşaqlarımızı könüllü şəkildə zəhərləyirik - MÜTLƏQ OXUYUNBu gün cürbəcür şirniyyat məhsulları sağlam olmaq vərdişindan daha çox dəbdədir.
Paradoksdur, amma son 15 il ərzində piylənmədən əziyyət çəkən insanların sayı aclıq çəkənlərlə müqayisədə 30 % artıb.
Milli.Az publika.az-a istinadən bildirir ki, bu statistika ayrıca bir ölkənin yox, bütün dünya üçündür. Qeydə alınmış endokrin xəstəliklərin sayı iki dəfə artıb.
Bu, diqqət cəlb etmək üçün şişirdilmiş rəqəmlər deyil. Faktlar Kaliforniya universitetinin professoru Robert Lastiqin San-Fransiskoda real tədqiqatları əsasında əldə edilib. "Yağlı şans" və "Şəkər: Acı həqiqət" kitablarının müəllifi olan Robert Lastiq ABŞ-da ən məşhur həkimlərdən biridir.
Lastiqin komandası ötən il qida sənayesi bazarının tədqiqi üçün çox güclü statistika açıqlayıb. Məlum olub ki, şəkərli diabet və piylənmə epidemiyasının əsasında bir çox zərərli qida vərdişləri dayanır. Və bütün bunların başında yeyinti sənayesi dayanır. Professor öz sübutlarının elmi izahlarını da açıqlayıb. Bu gün dünya əhalisinin 5% -i şəkərli diabet xəstəsidir və bu faiz ildən-ilə artır.
Bəs piylənmə ilə diabetin bir-biri ilə nə əlaqəsi var?
İnsulinin sayəsində orqanizmdə artıq yağ toplanır, eyni zamanda bu hormon ona parçalanmağa imkan vermir. Xəstənin orqanizmində nə qədər çox yağ toxumaları toplanarsa, insulin müqaviməti bir o qədər daha çox müşahidə olunur. Nəticə etibarı ilə qanda bu hormonun çox olması piylənməyə gətirib çıxarır. Qapalı dairə alınır, adi qida belə qanda şəkərin miqradını artırır və şəkərli diabet yaranır.
Piylənməyə qarşı daha çox hərəkət etmək tövsiyə edilir. Belə çıxır ki, fiziki fəallıq maksimum olmalı və minimum yemək lazımdır. Əgər bunu etmirsinizsə, onda heç kim günahkar deyil, bütün məsuliyyət sizindir.
Lakin kalorini azaltmaqla biz onların mənşəyi və faydalarını nəzərə almırıq. Bir çox hallarda orta məktəb şagirdinin orta statistik porsiyası faydalı məhsullardan ibarət deyil. Müxtəlif ərzaq məhsulları müxtəlif yollarla mənimsənilir. Professor bildirib ki, insan üçün yağlı yeməklər deyil, şiriniyyat məhsulları daha təhlükəlidir. Endokrinoloq qeyd edib ki, uşaqlara kiçik yaşlarından şirniyyat məhsulları almaq onları "könüllü şəkildə zəhərləmək" deməkdir.
Çox az adam bilir ki, faydalı yağ düzgün maddələr mübadiləsi üçün lazımdır. Əgər düzgün qidalanmasanız, idmanla müntəzəm şəkildə məşğul olmaq heç bir nəticə verməyəcək.
Energetik baton şokoladları və yağsızlaşdırılmış yoqurtlar da özünü aldatmaq deməkdir. Həddindən artıq doldurulmuş yağ, duz və şəkərdən hazırlanan fastfudlar isə orqanizm üçün daha zərərlidir. İnsan beynində duz və yağa vərdiş edən mexanizmlər yoxdur. Əvəzində şiriniyyata öyrəşmək olar, belə bir mexanizm var.
Həkimin sözlərinə görə, şəkər beyinə narkotik maddələr kimi güclü təsir göstərir və eyni prinsip üzrə işləyir. Üstəlik şəkər beyinə elə təsir göstərir ki, heç vaxt istifadə etmədiyin, amma eyni biokimyəvi proseslər yaradan zərərli vərdişlər inkişaf etməyə başlayır. Buradan belə çıxır ki, uşaqlıqdan şirniyyata vərdiş alkoqolizmə və narkomaniyaya meyilliyə gətirib çıxarır.
Bu gün şəkər çörək və yoqurtlardan başlayaraq hər yerdə istifadə olunur. Qənnadı məhsullarını anlamaq olar, lakin şəkəri uşaq məhsullarına əlavə etmək cinayətdir.
Robert Lastinq onu da etiraf edib ki, cəmi yeddi il ərzində - 2000-cü ildən 2007-ci ilə kimi diabet səviyyəsi dünyada 5,5-dən 7%-ə qalxıb. Bütün müxtəlif amilləri çıxsaq, burada bilavasitə şəkər və karbohidratlarla zəngin olan yeməklər rol oynayır.
Gün ərzində 150 qram artıq kalori qəbulu şəkərli diabetin yaranma ehtimalını cəmi 0,1 faiz artır. Lakin siz bu 150 kalorini şiriniyyatlar vasitəsiylə qəbul edirsinizsə, xəstələnmək ehtimalı 11 dəfə böyüyür.
Dünyada şəkərli diabetin yaranmasının təxminən dörddə bir hissəsinin səbəbi sadəcə genetik və qeyri-sağlam qidalanma ilə bağlı deyil, birbaşa şəkərlə bağlıdır.
Şəkər - ən yaxşı ticarət mühərrikidir. Bazarda təmsil olunan ərzaq məhsullarının 80%-nin tərkibində şəkər var. İstehsalçılar uğurlu yemək formulunu buraxdıqları məhsula şəkər qatmaqda görür. Bu yolla insanların orqanizmi şəkərli məhullara daha tez öyrəşir. Beləliklə də biz uşaqlıqdan şəkərdən asılı vəziyyətə düşürük və onunla bağlı xəstəliklərin artdığını hiss etmirik.
Şəkərdən imtina etməklə siz səhhətinizdə yaranmış bir çox problemlərdən, daimi yorğunluq və əsəbilikdən xilas ola bilərsiniz. Hətta xüsusi fiziki yükləmələr olmadan belə arıqlamaq mümkündür. Çətindir, amma buna dəyər!
Uşaq endokrinoloqu Robert Lastiqin sağlam həyat qaydaları
Şəkəri səhər yeməyindən birdəfəlik çıxarın. Sıyıq, yumurta, meyvə və tərəvəz, qara çörək istifadə edin.
Özünüzü aldatmayın! Sintetik və təbii şəkərəvəzedicilər unudun. Onların hamısının əks effektləri var və bu, sağlamlığınıza ziyan vura bilər.
Rasionunuzu sellülozla zənginləşdirin. Gilmeyvə istifadəsini məhdudlaşdırın, yemək vaxtı meyvə suları içməyin.
Təbii məhsullardan daha çox yeyin. Nəzərə alın ki, diabetin müalicəsi dəfələrlə bahadır, nəinki faydalı yeməklər. Yarımfabrikatlara çox nadir hallarda müraciət edin.
Yağsız məhsullar almayın, onlar faydasızdır.
Serotonin və defomin istehsalını zənginləşdirən qidalar yeyin: Dəniz məhsulları, qoz-fındıq, göbələk, yulaf, paxla, balıq, süd və süd məhsulları, küncüt, borani tumu, xurma, qarabaşaq.
Yeməkləri özünüz bişirin və şəkəri azaldın. İnan ki, şəkərdən minimal miqdarda istifadə etməklə də dadlı peçenye və ya piroq hazırlamaq mümkündür.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1078   Tarix: 24 dekabr 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bağırsaq xərçəngi riskini azaldan gözlənilməz məhsul

150 min nəfərin iştirak etdiyi genişmiqyaslı araşdırma adi səhər yeməyi ilə onkoloji xəstəlik riski arasında əlaqə olduğunu göstərib. Məlum olub ki, həftədə cəmi iki porsiya yoqurt bəzi ən aqressiv xərçəng formalarından qorumağ

.

Cəfəri suyu necə hazırlanır? - Ləzzət qatan 5 asan və fərqli resept

süfrələrinizə təravət və rəng qatacaq, müxtəlif ədviyyatlarla zənginləşdirilmiş 5 asan və fərqli cəfəri suyu reseptini təqdim edir. Limonlu cəfəri suyu: Limonun canlandırıcı təsiri ilə cəfərinin xarakterik dadını balanslaşdıra

.

Qadınlarda "Alzheimer" riski daha yüksəkdir

Alzheimer və demensiya qadınlarda kişilərə nisbətən iki dəfə çox rast gəlinir. xəbər verir ki, alimlər yeni tədqiqatlarda bu fərqə diqqət yetiriblər. Boston Universitetinin tədqiqatçıları 10-dən çox qadının genetik quruluşun

.

Torpaq yemək istəyi nəyin gizli əlamətidir?

Zəiflik, yorğunluq, saç tökülməsi, kövrək dırnaqlar və udma çətinliyi dəmir çatışmazlığının əsas əlamətləri ola bilər. xəbər verir ki, onun sözlərinə görə, bəzən dəmir çatışmazlığı daha fərqli simptomlarla da özünü göstər

.

Hamının sevərək yediyi balıq ZƏRƏRLİ İMİŞ

Tuna balığı sağlamlıq üçün ən zərərli balıq növlərindən biri hesab olunur. -a istinadən xəbər verir ki, bunu rusiyalı terapevt və dietoloq Marqarita Korolyova deyib. Mütəxəssis bildirib ki, qida üçün istifadə olunan tun

.

Ən zərərli çörək növü açıqlandı: Almazdan əvvəl iki dəfə düşünün

Demək olar ki, hər növ çörək istehlak edirik. Lakin çörək növləri arasındakı fərqlər sağlamlığımıza ciddi təsir göstərə bilər. Mütəxəssislər xüsusilə paketlənmiş ağ tost çörəyi kimi ultra-işlənmiş məhsulların qida dəyərini

.

Ən faydalı MEYVƏ

"Kivi ən faydalı meyvədir. O, qida dəyəri baxımından alma, qaragilə, avokado və bananı geridə qoyur". qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Kardioloq Aurelio Rojas deyib. Onun sözlərinə görə, kivi mədə-bağırsa

.

Hamiləlikdə Daun sindromu riskini azalda bilən məhsul açıqlandı

Sardina balığı hamiləliyin erkən mərhələlərində uşaqda Daun sindromu riskinin azalmasına kömək edə bilər. xəbər verir ki, bu barədə Rusiyalı mama-ginekoloq Anastasiya Semyonenko bildirib. Onun sözlərinə görə, sardina "Omeqa-3"

.

Yaz gəldi, allergiya mövsümü başladı - Necə qorunmalı?

Yaz fəslinin gəlişi təbiətin canlanması, ağacların çiçəkləməsi və havanın isinməsi ilə müşayiət olunur. Lakin bu dövr bir çox insan üçün sevincdən çox narahatlıq gətirir. Söhbət yaz aylarında geniş yayılan polen allergiyasında

turlar.az

geyim seçimi makiyaj etmek qaydalari kosmetik vasiteler ayaqqabı yay kolleksiyasi qadin.net piroq reseptləri kosmetika novruza aid hakışda salam gozellik dieta vətən həsrəti