Məşhur professorlar alkoqolun beyinə inanılmaz təsirlərini açıqladı

Məşhur professorlar alkoqolun beyinə inanılmaz təsirlərini açıqladıAlkoqol asılılığı olan bir çox insan xəstələndiyi zaman ağırlaşmasının səbəbini bilmir. Və yalnız tibbi ekspertiza spirtin bədənə nə dərəcədə təsir etdiyini müəyyən edir. Soyuqdəymə və infeksiya isə bu faciəni sonlandıran son damla olur.
Publika.az bu yazıda oxucuları alkoqolun beyinə təsirləri ilə tanış edib.
Alkoqolun orqanizmə təsiri
Alkoqolun sağlamlığa ziyanı nədən ibarətdir? Bu sualın cavabı sadə deyil və elmi izahlar tələb edir. Alkoqol iki əsas halda təhlükəlidir.
Birincisi, akloqol narkotik zəhərdir, ikincisi bu, elə bir zəhərdir ki, insan orqanizminə yavaş-yavaş, amma davamlı şəkildə daxil olaraq onun məhv olmasına gətirib çıxarır.
Məşhur professorlar alkoqolun beyinə inanılmaz təsirlərini açıqladıRusiyanın keçmiş baş sanitar müfəttişi Qennadiy İnişenko deyir ki, alkoqol zəhərdir, odur ki, onun keyfiyyətindən bəhs ediriksə, biz həm də zəhərin keyfiyyətinin yaxşılaşdırılmasından danışırıq.
Məşhur professorlar alkoqolun beyinə inanılmaz təsirlərini açıqladıBu zəhər ilk olaraq mədəyə zərər verir, çünki ilk zərbəni o, qəbul edir. İçki nə qədər tünddürsə, insan bir o qədər tez xəstələnir və müalicəsi bi qədər çətinləşir.
Alkoqol və həzm xəstəlikləri
Spritli içkilərin təsiri ilə bütün həzm sistemində dərin dərişiklik baş verir. Mədə onun divarlarını qoruyan muçin maddəsi ifraz etməyə başlayır. Alkoqol isə bu funksiyanın qarşısını alır və praktiki olaraq mədəni insanın yediyi hər şeyə qarşı müdafiəsiz edir. Mədədə həzm prosesi tam getmir, qidalar qatılaşır və oradan birbaşa bağırsaqlara daxil olur. Bunun qarşısı vaxtında alınmazsa və ciddi müalicə olunmazsa, qasrit nəticədə mədə xərçənginə çevrilə bilər.
Məşhur professorlar alkoqolun beyinə inanılmaz təsirlərini açıqladıQaraciyər bütün qanı gündə 400 dəfə süzür və spirt də daxil olmaqla bütün zəhərli maddələri təmizləyir. Qaraciyərdən keçən etil spirti onun təsiri altında ölən qaraciyər hüceyrələrinə zərər verə bilər. Onların yerlərində birləşdirici toxuma, ya da sadəcə yara yaranır.
Bu zaman qaraciyər sanki balacalaşır, qaraciyər damarları sıxılır və qan onlardan keçə bilmir. Dolayısı ilə təzyiq 3-4 dəfə yüksəlir. Bu damarların partlaması isə bir çox hallarda ölümlə nəticələnən güclü qanaxmaya səbəb olur.
Məşhur professorlar alkoqolun beyinə inanılmaz təsirlərini açıqladıQaraciyərdə baş verən bu dəyişikliyə qaraciyər sirrozu deyilir. Qaraciyər sirozu xəstəliklər arasında ən çətin və ən ümidsiz müalicəsi olan xəstəlikdir.
Alkoqol və beyin
Məşhur professorlar alkoqolun beyinə inanılmaz təsirlərini açıqladıEtil spirti su ilə yaxşı həll olunur, odur ki, bədəndə qanın ən çox yuyulduğu orqan və toxumalarda maksimal konsentrasiyaya çatır. Bunlardan biri də qanın daha çox olduğu beyindir.
Professor Fedor Qruqoryeviş Uqlovun sözlərinə görə, alkoqolun beyinə vurduğu zərərləri ancaq kəllə-beyin travması ilə müqayisə etmək olar.
Etanol asanlıqla beyinə daxil olan zəhərli maddələrin qarşısını alan yeganə qoruyucu mexanizm olan hemato-ensefalik qan-beyin baryerini aşır. Əgər qanda spirtin konsentrasiyası vahid olaraq alınırsa, o, bədəndə aşağıdakı kimi paylanır: qaraciyər - 1.45; serebrospinal maye - 1,5; beyin - 1.75.
Alkoqolun təsiri ilə beyində neyronların kütləvi ölümü baş verir. Bununla belə yadda saxlamaq lazımdır ki, spirt həm də qanın tərkibinə təsir göstərir. Nəticədə beyin kifayət qədər oksigen qəbul etmir, bu da hipoksiyaya gətirib çıxarır.
Məşhur professorlar alkoqolun beyinə inanılmaz təsirlərini açıqladıHüceyrələrin qəbiristanlığı hər dəfə, hətta az miqdarda içki qəbul etdikdən sonra genişləşir, mütəmadi olaraq içki içən insan beyni isə digər orqanlardan daha ciddi dəyişikliyə məruz qalır.
Əgər alkoqol asıllığı olan insan ilə sağlam insan beynini müqayisə etsək, nəzərə çarpacaq fərqlər üzə çıxacaq. Məhz bu səbəbdən də içki içən insanların psixikasında pozğunluq müşahidə olunur. Zehni bulanıqlıq və konsentrasiyanın olmaması, unutqanlıq, əsəbilik kimi hallar özünü göstərir.
Alkoqol və ürək
Məşhur professorlar alkoqolun beyinə inanılmaz təsirlərini açıqladıBir çox içki həvəskarları elə hesab edir ki, alkoqol ürək-damar xəstəliklərinin vəziyyətini yaxşılaşdırır. Əslində, hər şey tamamilə əksinə baş verir. Orqanizmə daxil olan etil spirti sürətlə qana keçir və burada 6-7 saat dövr edir, təzyiq dərhal artır və ürək döyüntüləri sürətlənir.
Spirt və onun zəhərli metabolitləri qanın qatılaşmasına gətirib çıxarır, odur ki, qan ürəyin kiçik damarlarına çox çətinliklə daxil olur. Miyokardiya toxuması hipoksiyaya (oksigen çatışmazlığına) məruz qalır, bu da ölümə səbəb olur.
Daimi spirtli içki qəbul edən insan ürəyi yumşaq və atonik olur. Ürək qanı tam vura (nasoslaya) bilmir. Ürəyin bədənin ehtiyacını qarşılayacaq səviyyədə qanı nasosla vura bilməməsinə ürək çatmazlığı deyilir. Zəif ürək qan dövranını normal yerinə yetirə bilmir.
Məşhur professorlar alkoqolun beyinə inanılmaz təsirlərini açıqladıAlkoqoldan sonra ürək müalicə üçün uyğun olmayan dəyişikliklərə məruz qalır. Miyokardın normal strukturunu bərpa etmək mümkün olmadığı üçün yalnız simptomatik terapiya aparmaq, yəni ortaya çıxan ağırlaşmaları müalicə etmək qalır.
Alkoqol və xərçəng
Məşhur professorlar alkoqolun beyinə inanılmaz təsirlərini açıqladıÜmumdünya Səhiyyə Təşkilatı iddia edir ki, spirt ən azı 60 müxtəlif xəstəliklərin, o cümlədən bağırsaq, döş xərçəngi, mədə, qaraciyər, ağız və boğaz xərçənginin inkişafına səbəb olur.
Təşkilatın ekspertləri əmindir ki, hər gün 4 qədəh şərab içən qadın süd vəzi xərçənginin yaranma risikini 50 faiz artırır.
"Alkoqolun zərərsiz "dozası" mövcud deyil, hətta ən kiçik qədəh də sağlamlığımıza zərər verir" , deyə səhiyyə təşkilatı vurğulayır. Yeri gəlmişkən, 1975-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı alkoqolu narkotik vasitə qəbul etmişdi.
İnsanları az miqdarda içməyə təşviq etmək və bunun zərərsiz olduğunu söyləmək kifayətdir ki, onlar bu məsləhətləri sevinclə yerinə yetirsin. Belə bir kədərli nəticədən necə qaçmaq olar? Spirtdən tamamilə imtina etmək ən yaxşı yoldur.
Məşhur professorlar alkoqolun beyinə inanılmaz təsirlərini açıqladıAytən Məftun

Sağlamlıq     Baxılıb: 2103   Tarix: 18 iyul 2019
f Paylaş

Oxşar xəbərlər

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

turlar.az

gözəllik məhsulları qadın geyimi reseptler gəncə xəbərləri marqarita pizza valideynlərə məsləhət hicab haqqinda kosmetika lakonizim qiz adlari öpüşme novruz hakistalari turpun nağlı