Məşhur türk müğənninin təyyarədə halı pisləşdi - Əməliyyat olunacaq
"Kobra Murad" ləqəbli türkiyəli müğənni Murad Divandilerin Belçikadan qayıdan təyyarədə qəflətən vəziyyəti pisləşib.
azxeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, xəstəxanaya müraciət edən "Kobra Murad" həyatı üçün təhlükə yaradan əməliyyat olunacağını və sağalma prosesinin bir ay çəkəcəyini bildirib.
Əməliyyata edilməyə hazırlaşan müğənni paylaşım edərək bu sözləri yazıb:
"Bütün pərəstişkarlarımdan üzr istəyirəm. Məni bağışlayın və dualar edin. Sizə sağlam, məhsuldar, uğurlu və dinc ömür arzulayıram. İnşallah bu əməliyyatdan keçəcəm. Dualarınızı gözləyirəm. Kobra Muratdan sonsuz sevgi, hörmət və salamlar. Allah sizinlə olsun".
Digər tərəfdən, müğənni daha bir yayımladığı videoda pərəstişkarlarına müraciət edərək hadisəylə bağlı təfərrüatları danışıb:
"Burada açıqlama verəcəm. Belçikadan gələn təyyarədə qəfil qarnımda partlayış oldu. Təcili yardımla Balatdakı xəstəxanaya gəldik. Analizlər aparıldı. Təəssüf ki, bağırsağım parçalanıb. Əməliyyata girəcəm. Bu əməliyyat prosesi 1 ay davam edəcək".
Mikayıl









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi