Məşhurlar Xalq artisti Canəli Əkbərovu qəbul etmirlər: "Heç kimlə yola getmir, dava-qırğın istəyir"

Artıq bir neçə ildir ki, Azərbaycanda Beynəlxalq Muğam Festivalı keçirilir. Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi əsasında Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Muğam televiziya müsabiqəsində seçimlərə yenidən start verilib.
Картинки по запросу nadir axundov

Xanim.az Unikal.org-a istinadən bildirir ki, layihə rəhbəri Nadir Axundov seçim turunun indiyədək Gəncə və İsmayıllıda baş tutduğunu deyib: "Hazırda seçimlər Bərdədə və sabah isə Ağcəbədidə keçiriləcək. Hazırda 300-dən çox iddiaçı var. Bu il İranın Təbriz şəhərindən 6 nəfər də müsabiqədə iştirak edəcək və bu bizə çox xoşdur. Bundan sonra Bakıda 4 günlük dinləmələr olacaq. İyirmilik seçildikdən sonra mart ayında yeni muğam televiziya müsabiqəsi başlayacaq".
Qeyd edək ki, müsabiqənin münsiflər heyətinin tərkibi olduğu kimi qalıb. Jüriyə Sərdar Fərəcov, Əlibaba Məmmədov, Arif Babayev, Ramiz Zöhrabov, Səkinə İsmayılova, Mənsum İbrahimov və Nadir Axundov daxildir.
Müsabiqənin münsiflər heyətinin tərkibinə Xalq artisti Canəli Əkbərov qatılmaq istəsə də, digər münsiflər bundan imtina edib. Onlar unikal.org-a açıqlamasında deyiblər ki, Canəli Əkbərov münsif kimi heyətə qatılarsa, onlar burda iştirakdan imtina edəcəklər.
Картинки по запросу mənsum ibrahimov

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Mənsum İbrahimov deyib ki, biz 5 müsabiqəni yola vermişik və hazırda 6-cı müsabiqənin seçimlərinə start verilib: "Mən şəxsən Canəli Əkbərovun münsiflər heyətində təmsil olunmasını istəmirəm. Çünki o adam çox qərəzlidir və hazırkı münsiflər heyətinin hamısı ilə küsülüdür. Canəli Əkbərov heç kimlə yola getmir və əgər kimsə dava-qırğın istəyirsə, qoy, o, bu müsabiqəyə qatılsın. Şəxsən o bu müsabiqədə iştirak edərsə, mən münsif kimi burada qalmaqdan imtina edəcəm. Burada mənim məqsədim muğamımızın inkişafıdır və o isə qərəzli adamdır. Bu adamla yola getmək mümkün deyil. Bu adam ağzına gələni hər yerdə, xüsusən mətbuatda danışır".
Картинки по запросу Səkinə İsmayılova

Xalq artisti Səkinə İsmayılova deyib ki, Canəli Əkbərov heç zaman müsabiqədə iştirak etməyib və bundan sonrada iştirakını istəmir: "Hazırkı münsiflər heyətində seçimlərdə fikirlərimiz ayrı-ayrı olsa da, sonda bir-birimizi tamamlaya bilirik. Mənə elə gəlir ki, Canəli Əkbərov bunu bizimlə etməyəcək. O adam sağlam bir iş ortaya çıxarmayacaq. Mənə elə gəlir ki, hazırkı heyətlə biz hər şeyin öhdəsindən layiqincə gələ bilirik".
Картинки по запросу Arif Babayev

Xalq artisti Arif Babayev maraqlı mövqe bildirib: "Vallah Canəli bizim düşmənimiz deyil. Amma o, bizim işimizə problem yaradır. Bu layihə Mehriban xanım Əliyevanın ərsəyə gətirdiyi proyekt olduğu üçün istəmirik ki, burada söz-söhbət olsun. Mən onu başqa müsabiqələrdə də görmüşəm və daim problem yaradır. Hazırda kollektiv onu istəmir və o cümlədən mən. Nə qədər ona dərs keçəsən? Nə qədər deyəsən ki, bu belə yox, başqa cürdür? Bunu burda demək olmaz. Bu mümkün deyil. Ona görə bu böyük bir layihə olduğu üçün istəmirik ki, burada skandal olsun. Burada işlər çox gözəl və hər şey qaydasındadır".
Картинки по запросу Əlibaba Məmmədov

Xalq artisti Əlibaba Məmmədovun sözlərinə görə, Canəli Əkbərov müsabiqəyə gələrsə, o da iştirakdan imtina edəcək: "Mən şəxsən öz adımdan danışıram. Münsif kimi Canəli Əkbərovun orada iştirakının tərəfdarı deyiləm. O iştirak edərsə, mən bundan imtina edəcəm".
Картинки по запросу Sərdar Fərəcov

Xalq artisti Sərdar Fərəcov vurğulayıb ki, Canəli Əkbərov bizim hörmətli sənətkarımızdır: "Amma müsabiqə kollektivlik sevir və burada təmsil olunan hər bir adam professionallıqdan başqa, bir -birlərinə insani münasibət bəsləyirlər. O adam mətbuatda da öz həmkarları haqqında mənfi fikirlər səsləndirir. Bu adamın dedikləri istər-istəməz ünvanına çatır və hamısı tərəfindən inciklik yaradır".
Məşhurlar Xalq artisti Canəli Əkbərovu qəbul etmirlər: "Heç kimlə yola getmir, dava-qırğın istəyir"Məşhurlar Xalq artisti Canəli Əkbərovu qəbul etmirlər: "Heç kimlə yola getmir, dava-qırğın istəyir"Məşhurlar Xalq artisti Canəli Əkbərovu qəbul etmirlər: "Heç kimlə yola getmir, dava-qırğın istəyir"

Xəbərlər     Baxılıb: 2128   Tarix: 06 fevral 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Düzgün oturuş qaydası onurğanın təbii əyriliyini qoruyur və tez yorulmanın qarşısını alır. Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin Elmi-Tədqiqat Travmatologiy

turlar.az

hamilelikde qidalanma yay kolleksiyasi geyim necə seçməli maraqli el islerinin hazirlanmasi qış xəstəlikləri hakıştalar xinayaxdi hakista kosmetika klitor toyuq salati qogal rus dili rus dilini oyrenek 2ci ders