Məşhurlarımız hansı falçının yanına gedir? - SORĞU
Falçılara çox adam inanmadığını desə də, yenə də onların qapısında növbə olur... Bəs, məşhurlar falçı yanına gedir?
Metbuat.az bu sualla məşhurlara müraciət edib:
Xalq artisti Flora Kərimova: "Xeyir, heç vaxt falçı yanında olmamışam. Ümumiyyətlə, mən belə şeylərə inanmıram".
Xalq artisti Arif Quliyev: "Heç vaxt falçı yanında olmamışam. Amma bəziləri var ki, həqiqətən gələcəyi görə bilirlər. Vergi verilmək deyilən bir şey var. Yaxşı falçı olsa, yanına gedərəm".
Əməkdar artist Dialər Əliyeva: "Mən heç vaxt falçılara inanmamışam və onların yanına getməmişəm"
Aktrisa Ülviyyə Əliyeva: "Yox, mən inanmıram. Hər şey Allahın yazısıdır. Qismətdə nə varsa, onu da yaşayacağıq. Elə yerlərə heç vaxt getməmişəm".
Müğənni Xurman Şuşalı: "Allah bağışlasın, vaxtında falçı yanına getmişəm. Amma indi inanmıram, getmirəm. Heç kəsə də getməyi məsləhət görmürəm. Allahdan başqa insanın gələcəyini heç kəs bilə bilməz".
f Paylaş








Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir