Metabolizmi sürətləndiririk və arıqlayırıq

Metabolizmi sürətləndiririk və arıqlayırıqOrqanizmə daxil olan qidanın enerjiyə çevrilməsi prosesi "metabolizm" adlandırılır.
Bu enerji orqanizmin normal fəaliyyəti üçün lazımdır. Metabolizmin sürətindən insanın bədən çəkisi asılıdır. Bəzən insanlar şikayət edir ki, az qida qəbul edir, lakin buna baxmayaraq çəkisini azalda bilmirlər və ya əksinə kökəlirlər. Bunun səbəbi metabolizmdir.
Metabolizmin sürətinə bu kimi amillər təsir edir:
- İrsiyyət. Bəzi ailələr var ki, bu ailələrin bir çox üzvləri çox yeyir və buna baxmayaraq kökəlmirlər. Bu mübadilə proseslərin xüsusiyyətidir.
- İnsanın cinsi. Əzələ kütləsi hətta dinc vəziyyətdə piy kütləsindən çox enerji sərf edir. Kişilərdə adətən əzələ kütləsi qadınlarla müqayisədə daha çox olur və bu səbəbdən də kişilərdə metabolizm da qadınlarla müqayisədə daha sürətlidir.
- İnsanın yaşı. İnsan yaşa dolduqca metabolizm tədricən sürətini azaldır. Bu prosess 40 yaşında sonra başlayır.
- Fiziki aktivlik. İstənilən fiziki aktivlik metabolizmi sürətləndirir və kalorilərin daha tez "yanmasına" kömək edir.
- Bəzi xəstəliklər zamanı metabolizm sürətlənir və ya əksinə ləngiyir. Bu ilk növbədə qalxanvari vəzi xəstəlikləri zamanı baş verir. Bu xəstəliklər zamanı insan xüsusi müalicə almalıdır.
Təbii ki, insan öz cinsini, yaşını və irsiyyətini dəyişə bilməz. Lakin  bəzi sadə vasitələr var ki, bu vasitələrin köməyi ilə metabolizmi yaxşılaşdırmaq, sürətləndirmək mümkündür.
1. Çoxlu su için. Su orqanizmdə gedən bütün biokimyəvi proseslərində iştirak edir və mübadilə proseslərində əsas rollardan birini oynayır. Su orqanizmə lazım olandan az daxil olunduqda, metabolizm ləngiməyə başlayır. Nəzərinizə çatdıraq ki, burada söhbət məhz sudan gedir, çay, qəhvə, qazlı sulardan yox. Bu içkilərə kofein maddəsi daxildir. Kofein isə orqanizmin susuzlaşmasına səbəb olur.
Gün ərzində tez-tez və az miqdarlarda su için (təxminən hər dəfə 100 ml).  Qida qəbulundan 10 dəqiqə əvvəl 1/2-1 stəkan təmiz ev temperaturunda olan su için. Bu metabolizmi sürətləndirəcək, digər tərəfdən siz daha az qida qəbul edəcəksiniz.
2. Gün ərzində 5-6 dəfə qida qəbul edin. Əgər insan qida qəbulları arasında uzun fasilələr verirsə, orqanizmdə qoruyucu mexanizm işə salınır - aclıqdan "qorxaraq"  orqanizm metabolizmin sürətini azaldır və ehtiyat kaloriləri yığmağa başlayır.
3. Zülallarla zəngin olan qidaların qəbuluna fikir verin. Zülallar orqanizm tərəfindən yağlar və karbohidratlarla müqayisədə daha gec həzm olunur və bu səbəbdən insan özünü daha uzun müddət ərzində tox hiss edir. Bundan əlavə zülallar metabolizmi sürətləndirir ki, zülalın həzm olunmasına daha çox enerji tələb olunur.
Digər tərəfdən zülalların lazımi qədər qəbulu əzələ toxumasının "tikilməsinə" və saxlanılmasına kömək edir. Əzələ toxuması isə, bildiyimiz kimi, daha çox kalorilər yandırır.
4. Səhər qida qəbulu çox vacibdir. Səhər yeməyi mübadilə proseləri sürətləndirir. Mütəxəssislərin fikirinə görə, səhər yeməyi üçün ən yaxşı seçim yumurtadır (bişmiş, omlet şəklində və s.). Bundan əlavə səhər yeməyinizə sıyıq (xüsusilə yulaf yarması - "herkules"), pendir, kəsmik, tərəvəz salatı əlavə edə bilərsiniz.
5. Bəzi maddələr və qidalar metabolizmi sürətləndirir.
Sitrus meyvələrin tərkibində olan limon turşusu mübadilə prosesləri sürətləndirir. Səhhətiniz buna yol verirsə, qidalanmanıza daha tez-tez sitrus meyvələri daxil edin.
Bundan əlavə darçın, karri, zəncəfil, istiot, yoqurt, kefir, qarpız, alma, çuğundur, badam, yulaf yarması, balıq da metabolizmi sürətləndirir.
Şirniyyatlar isə əksinə metabolizmi ləngidir və çəkinin artmasına səbəb olur.
6. Fiziki məşğələlərin köməyi ilə əzələ toxumasını artırın. Əzələ toxuması hətta dinc  vəziyyətdə daha çox kalori sərf edir.
7. Normal gecə yuxusu çox vacibdir. Gecə 8 saat yatan insanlarlarda metabolizm daha sürətli olur. Digər tərəfdən az yatan insanın orqanizmində aclıq hormonun "qrelin"in səviyyəsi daha yüksək olur ki, nəticədə insan daha çox qida qəbul edir.
ABŞ mütəxəssisləri belə bir eksperiment aparıblar. Pəhrizdə oturan bir qrup insanlar 6 saat, digər qrup isə 8 saat yatırdı. 8 saat yatan insanlar daha sürətli arıqlayırdı.
Yatmazdan əvvəl karbohidratlarla zəngin olan qidaları qəbul etməyin. Bu metabolizmin ləngiməsinə səbəb olacaq. 1 stəkan yoqurt  və ya qatıq, yüngül tərəvəz salatı seçin.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1308   Tarix: 02 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

hamiləlik makiyaj etmek qaydalari geyim seçimi cinsi yaxinliq şirniyyatların hazırlanması ana südü pehriz salatlar kosmetika veten arxadan olmaq usaq seirleri qızlıq pərdəsi novruz