"Meyiti əvvəlcə şkafda gizlədib, sonra..."- 7 günlük gəlinin ölümündəki ŞOK İZLƏR
Sankt-Peterburqda yoxa çıxan bir həftənin gəlini Gülnar Həbibovanı qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı Samir Həbibovla bağlı yeni fakt ortaya çıxıb.
BiG.AZ-ın G.Həbibovanın yaxınlarından əldə etdiyi məlumata əsasən, Samir Həbibov əvvəllər məhkumluq həyatı yaşayıb.
Hətta Gülnar Həbibovanın ailəsi bu faktı cütlüyün nişan mərasimindən sonra öyrənib və nişanı qaytarmaq istəyib. Qohum-əqrəbanın nişanı qaytardıqdan sonra onları qınayacağını düşünən ailə bu fikirdən imtina edib. Digər tərəfdən, oğlanın ailəsi nişanı qaytarmamaq üçün G.Həbibovanın ailəsinə təzyiq göstərib.
Yaxınlarından əldə etdiyimiz məlumatda o da bildirilir ki, G.Həbibova ilə həyat yoldaşı arasında qısqanclıq üstündə dəfələrlə mübahisələri olub.
Toyundan bir həftə sonra isə, bu mübahisələr daha kəskinləşir və münaqişə zamanı gənc qız -Gülnar Həbibovan Sankt-Peterburqda əri Samir Həbibov tərəfindən öldürülür. Cinayəti ört-basdır etmək istəyən S.Həbibov həyat yoldaşının cansız bədənini əvvəlcə şkafda gizlətsə də, sonradan qətlin üstünün açılacağından ehtiyat edərək cəsədi şkafla birlikdə meşəyə aparır.
Gülnarın ailə üzvləri evdəki şkafın yoxa çıxmasından şübhələnib. Elə cinayətin izləri də bu məsələdən sonra üzə çıxmağa başlayır.
S.Həbibovun bu cinayəti təkbaşına deyil, qardaşı ilə birgə törətdiyi də bildirilir.
Hazırda S.Həbibov dindirilir, faktla bağlı araşdırma aparılır.
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Tərəf müqabili oldular
20 yaş cavanlaşmağın qiyməti bilindi - Ebru sərvət ödədi
Bu meyvə C vitamini ilə zəngindir: Limon və portağal deyil
Bağırsaq sağlamlığını yaxşılaşdırmağın 5 elmi yolu
Qadın kimi yaşamadığım bütün xoşbəxtlikləri qızım yaşayacaq' - Xalq artisti
Məni Vaqif Gərayzadənin ad gününə çağırmadılar
Demans riskini azaltmaq üçün ideal yuxu müddəti