Meymunçiçəyi xəstəliyi öz-özünə sağalırmı? - Əlamətləri, müalicəsi
Tibbdə Monkeypox (Mpox) kimi tanınan meymunçiçəyi virusuna insanlarda və heyvanlarda rastlanılır. Xəstəlik ümumiyyətlə tropik Afrikada yayılıb, lakin son illərdə digər bölgələrdə də müşahidə olunur.
Milli.Az medicina.az-a istinadən bildirir ki, meymunçiçəyi virusu ilk dəfə 1970-ci illərdə Konqo Demokratik Respublikasında insanlarda aşkar edilib.
Əlamətləri:
- Temperatur
- Baş ağrısı
- Əzələ ağrıları
- Limfa düyünlərində şişkinlik
- Yorğunluq
- Dəridə səpgi və lezyonlar (çiçək xəstəliyinə bənzər)
Yoluxma:
Birbaşa təmas: Virus yoluxmuş insan və ya heyvanla birbaşa təmasda ola bilər.
Tənəffüs yolu ilə: Uzun müddətli üz-üzə təmas zamanı ötürülməsi mümkündür.
Çirkli obyektlər: Yoluxmuş insanların istifadə etdiyi əşyalarla təmasda olmaq.
Müalicə:
Meymunçiçəyi üçün xüsusi bir müalicə yoxdur, lakin simptomları aradan qaldırmaq üçün müalicələr mövcuddur.
Çiçək xəstəliyinə qarşı peyvənd həm də meymun çiçəyi virusuna qarşı qismən qorunma təmin edə bilər. Yoluxmuş insanlarla təmasdan qaçmaq və gigiyena qaydalarına riayət etmək vacibdir.
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi