"Meymunçiçəyinə yoluxma sayı 10 minə yaxınlaşdı" - ÜST
ÜST bütün dünyada meymunçiçəyi virusunun yayılmasının davam etdiyini və yoluxma sayının 10 minə yaxınlaşdığını açıqlayıb.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus təşkilatın Cenevrədəki baş qərargahda keçirilən mətbuat konfransında danışıb.
Baş direktor virusun endemik və qeyri-endemik olduğu 63 ölkədə 9200 hadisəni təsdiqlədiklərini qeyd edib.
Qebreyesus, virus səbəbilə fövqəladə vəziyyət elan edilməsi ehtimalı ilə əlaqədar olaraq, "Fövqəladə Hallar Komitəsi gələn həftə meymunçiçəyi yoluxmalarındakı tendensiyanı və virusla mübarizə üsullarının effektivliyini qiymətləndirmək üçün toplanacaq. Ölkələrin bu epidemiya ilə necə mübarizə aparmalı olduqları ilə bağlı məsləhətlər veriləcək" bildirib.
O, ÜST-nin meymunçiçəyinə qarşı peyvəndlərin hazırlanması və yayılması ilə bağlı müvafiq ölkələrlə danışıqlara başladığını da vurğulayıb:
"ÜST olaraq epidemiya ilə bağlı əlavə araşdırmalar üçün müxtəlif ölkələr və mütəxəssislərlə danışıqlarımızı davam etdiririk".
Milli.Az /news.milli.az









Hakışta
Mükəmməl seks üçün yataqdakı QAYDALAR
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir
İşdə nə edək ki, daha az yorulaq
Çılpaq yatmağın faydaları
Sağlam qaraciyər üçün qəhvə için
Enerji içkisi sevənlər oxusun
Fatih Terim azərbaycanlı müğənni ilə bir arada — FOTOLAR
Hər gün etdiyiniz bir vərdiş həyatınızı xilas edə bilər
Gözümüzü məhv edə biləcək eynəklər var