Meymunçiçəyinin əlamətləri nələrdir?
Qızdırma, baş ağrısı və bədənin müxtəlif nayihələrində səpkilər son vaxtlar dünya ölkələrində geniş yayılan və Azərbaycanda da qeydə alınan meymunçiçəyi infeksiyasının əlamətləridir.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov "Xəzər Xəbər"ə müsahibəsində deyib ki, sözügedən infeksiya gizli dövrdən sonra başlayır və əsasən immun çatışmazlığı olan insanların yoluxma ehtimalı yüksəkdir.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, infeksionist deyib ki, xəstəlik bu əlamətlərin olduğu dövrdə bir insandan digərinə yoluxa bilər.
Mütəxəssis onu da qeyd edib ki, hospitalizasiya tələb edilməyən xəstələr evdə izolyasiya olunmalıdırlar. Meymunçiçəyinə yoluxan insanlar, xüsusən də tənəffüs yolları ilə bağlı simptomlar olduqda, tibbi maska taxmalıdırlar. Bundan başqa, digər insanlarla təmas riskini minimuma endirmək üçün xəstələrin dərisi mümkün qədər örtülməlidir.
Milli.Az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Azərbaycanlı şoumen xanımına xəyanət etdiyi aktrisa ilə evləndi
Yerimək üçün çox darıxmışam
Ayça Bingöl "Aşk və Taxt" serialının heyətinə qoşuldu
Məşhur müğənni 7-ci dəfə evləndi
Rəqsanənin qızı adını dəyişdi - FOTO
Azərbaycanlı iş adamı model xanımı ilə Bakıya gəldi