Meyvə-tərəvəzlərlə bağlı edilən 10 yanlış: Bu alışqanlıqlar qida dəyərini aşağı salır

Meyvə-tərəvəzlərlə bağlı edilən 10 yanlış: Bu alışqanlıqlar qida dəyərini aşağı salırOrqanizmin ehtiyac duyduğu vitamin və mineralların çoxu qidalardan, meyvə-tərəvəzlərdən alınır. Amma yemək hazırlayarkən, bişirərkən edilən bəzi xətalar qida dəyərinin azalmasına, hətta hamısının yox olmasına səbəb olur. Meyvə-tərəvəzlərin qida dəyərini qorumaq üçün nələrə diqqət olunmalıdır?
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, qidalanma və diet uzmanı Sıla Bilgili Tokgöz qidaların dəyərini aşağı salan 10 xətalı alşqanlıq barədə fikirlərini açıqlayıb. Onlar aşağıdakılardır:
1. Meyvə və tərəvəzlərin qabığını soymaq
Bir çox vitaminlər meyvə və tərəvəzlərin qabıqlarında və qabığın altında toplanır. Ona görə də onların qabığını soymaq lazımdırsa, çox incə şəkildə etmək olar. Amma qabığı soymayanda meyvə və tərəvəzləri bol suda fırça ilə yumaq lazımdır.
2. Meyvə və tərəvəzləri uzun zaman suda saxlamaq
Çiyələk, tut kimi meyvələri, ispanaq kimi göyərtiləri, eləcə də tərəvəzləri suda uzun zaman saxlamaq olmaz. Çünki bəzi  vitaminlər suda həll olur, nəticədə onların qida dəyəri azalır.
3. Göyərtiləri, tərəvəzləri suda bişirmək
Tərəvəzləri, göyərtiləri bişirəndə nə qədər çox su vurulsa, vitamin itkisi bir o qədər çox olur. Onsuz da ispanaq və çuğundur kimi göyərtilər, tərəvəzlərin su tərkibində çox yüksək miqdarda su var. Ona görə də göyərtiləri, tərəvəzləri suyu qoruya bilən dərəcələrdə, mümkün qədər heç su əlavə etmədən bişirmək lazımdır.
4. Uzun müddət bişirmək
B və C vitamini kimi bəzi vitaminlər istidə asanlıqla yoxa çıxır. Ona görə də tərəvəzləri mümkün qədər qısa müddətdə və diri qalacaq şəkildə bişirməyə diqqət olunmaldır. Qazanın qapağını bağlı olaraq bişirəndə isə buxarlanma itmir və bişmə müddəti qısalır. Bu səbəbdən vitamin itkisi daha az olur.
5. Yumurtanı uzun zaman qaynatmaq
Ən yüksək qida dəyəri olan yumurtanı uzun zaman qaynatmaq olmaz. Xüsusilə də yumurta sarısının çevrəsində yaşıl rəngdə dəmir-sulfid halqası yaranacaq həddə qaynatmaq olmaz. Dəmir-sulfid halqasının yaranması yumurtadakı dəmirdən faydalanmağı əngəlliyir. Amma yumurtanı biotin vitamininin yaxşı mənimsənilməsi və qida təhlükəsizliyi baxımından çiy də istifadə etmək olmaz. Ən ideal olan yumurtanı 4-7 dəqiqə qaynatmaqdır.
6. Meyvə-tərəvzələri çox incə doğramaq
Qida dəyəri itkisinin əsas səbəbi oksigen, işıq və istidir. Meyvə və tərəvəzlərin iç hissələri oksigen və işıqdan qorunduğu halda kəsilən zaman onların təsirinə məruz qalır. Meyvə-tərəvəzlər nə qədər çox incə doğransa, vitamin və mineral tərkibləri o qədər azalır. Tərəvəzləri böyük parçalar halında və əzmədən doğramaq lazımdır ki, qida dəyərinin itkisi az olsun. Meyvə-tərəvəzləri kəsən kimi yemək, ya da sərin yerdə, qapalı qapda saxlamaq laımdır.
7. Meyvə-tərəvəzlərin suyunu saxlamaq
Meyvə və tərəzələrin suyunu sıxdıqdan dərhal sonra istifadə etmək lazımdır, saxlamaq olmaz. Suyu sıxılan meyvə-tərəvəzlər işıq və oksigenlə təmasda olanda vitamin tərkibi itir.
8. Quru paxlalıları süd məhsulları ilə birgə istifadə etmək
Mərcimək, noxud, lobya kimi quru paxlalıları süd məhsulları ilə birgə qəbul etmək dəmirin mənimsənilməsini azaldır. Bitki tərkibli dəmir qaynağı olan quru paxlalıları göyərtilər, bibər, limon kimi C vitamini qaynağı olan məhsullarla istifadə etmək dəmirin sorulmasını artırır.
9.Tərəvəzləri qapalı torbada saxlamaq
Tərəvəzlərin nəfəs almağa ehtiyacı var. Onları plastik torbalarda saxlayanda dəliklər açmaq lazımdır. Ən doğrusu bu məhsulları torlu torbalarda saxlamaqdır. Onların hamısını bir yerdə saxlamaq da sürətli şəkildə xarab olmasına yol açır.
10. Tərəvəzləri qaynadıb suyunu atmaq
Tərəvəzlərin qaynadıldığı suyu atmaq düzgün deyil. C, B2 vitamini, fol turşusu kimi suda həll olan vitaminlərin böyük bir qismi suya keçdikləri üçün qida dəyərinin itkisi çok yüksək olur. Ona görə də tərəvəzlərin bişdiyi su şorbalara, yeməklərə, souslara qatıla bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1201   Tarix: 03 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

turlar.az

maskalar sac duzumleri yay geyimləri 2026 usaq masajlari daban agrilari milli mətbəx dərslər kosmetika atalar sozleri ikizler yuxuda qara ilan gormek novruz haqistalari azerb clpaq qadinlari