Göbələkdən zəhərlənməmək üçün nələrə diqqət etməliyik?

Göbələkdən zəhərlənməmək üçün nələrə diqqət etməliyik?Son illər payız aylarında göbələk zəhərlənmələri ilə bağlı hallar artıb. 
Milli.Az xəbər verir ki, əsasən, meşəlik və dağlıq ərazilərdən toplanan yabanı göbələklərin düzgün tanınmaması bir çox hallarda ağır fəsadlara, hətta ölümlə nəticələnən zəhərlənmələrə səbəb olur.
Mövzu ilə bağlı qida mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, görünüşcə bir-birinə bənzəyən bəzi göbələklərdən bəziləri çox zəhərlidir və onları yeməli növlərdən ayırmaq təcrübəsiz şəxslər üçün çox çətindir. Bu səbəbdən, xüsusilə bazarlarda və yol kənarlarında satılan, mənşəyi bəlli olmayan göbələklərin alınmaması tövsiyə olunur.
Ekspert qeyd edib ki, zəhərlənmədən qorunmaq üçün yalnız etibarlı mənbədən alınmış göbələklərdən istifadə edin. Mağazalarda satılan, qablaşdırılmış və nəzarətdən keçmiş göbələklərə üstünlük verin. Özünüz topladığınız göbələyi 100% tanımırsınızsa, istifadə etməyin. Yabanı göbələk yığımı peşəkar bilik tələb edir:
"Zəhərli göbələklərin əksəriyyəti qoxusuna, rənginə və dadına görə tanınmır. "Pis qoxulu olur" və ya "rəngi qaralmırsa, zəhərli deyil" kimi inanclara aldanmayın. Uşaqlara və yaşlılara yabanı göbələk verməkdən çəkinin. Onların immun sistemi daha həssasdır və zəhərlənməyə qarşı dözümsüz ola bilərlər.Zəhərlənmə əlamətləri gördükdə dərhal həkimə müraciət edin. Ürəkbulanma, qusma, qarın ağrısı, başgicəllənmə və ishal kimi hallar ciddi zəhərlənmə əlamətləri ola bilər".
Ekspert əlavə edir ki, zəhərli göbələklərin bəziləri ilk saatlarda heç bir əlamət vermir və zəhərlənmə bir neçə saatdan sonra ortaya çıxır. Bu isə diaqnoz və müalicəni daha da çətinləşdirir:
"Təbiətdən toplanan göbələk cazibədar və ləzzətli görünsə də, ehtiyatsızlıq həyat üçün təhlükə yarada bilər. Bir neçə kiloqramlıq göbələk deyil, cəmi bir tikə zəhərli göbələk belə ölümcül ola bilər".
Aysel Əkbər
Milli.Az 

Xəbərlər     Baxılıb: 921   Tarix: 11 sentyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

turlar.az

donlar 2026 qaşların formalari aksessuarlar aybaşı sikli hamiləlikdə axıntı ordan burdan qabyuyan masin kosmetika google novruz hakistalari hüzeyir hacibəyov ginekoloq ariqlamaq