Meyvə xeyirlidir, amma... Həkim MƏSLƏHƏTİ
Sağlam yaşamağın təməli düzgün qidalanmaqdır. Mövsümə uyğun qidalanmaq isə həmin dövrdə yarana biləcək xəstəliklərlə mübarizə üçün olduqca vacibdir.
Görəsən, dadlı yeməklərdən imtina etmədən mövsümə uyğun düzgün qidalanmaq üçün nələrə diqqət etməliyik?
Milli.Az bildirir ki, Lent.az bu suala aydınlıq gətirmək üçün mütəxəssisə müraciət edib. Dietoloq Şəhriyyə Əhmədovanın söylədiyinə görə, yay aylarında daha çox bol su içmək lazımdır:
"Yeməklərə gəldikdə, mövsümə uyğun tərəvəzləri qida rasionumuza daxil etməliyik. Çalışdığımız qədər ət xörəklərini günorta, daha yüngül, tərəvəzlərdən ibarət yeməkləri isə axşam istifadə edək. Gün ərzində daha çox aclıq hiss etdiyimiz vaxt, ara öyünlərdə dovğa, atlama kimi yeməklər tövsiyə olunur".
Dietoloq onu da qeyd edib ki, bəzən insanlar "meyvə xeyirlidir" deyib gün içində ondan olduqca çox istifadə edir: "Amma unutmayaq ki, meyvənin də tərkibində kalori mövcuddur. Hazırda ən kalorili meyvələr və giləmeyvələr mövsümüdür. Gilas, qarpız-yemiş yeməyin demirik, sadəcə olaraq hər kəs öz payına uyğun istifadə etməlidir. Bir incə ay dilimi qarpız, iki kiçik dilim yemiş, gilas isə 12-15 ədəd olmaqla bir paylıq olaraq nəzərdə tutulur. Bu zaman həmin meyvələrin ölçüləri də diqqətə alınmalıdır."
Milli.Az /news.milli.az









Hakışta
Mükəmməl seks üçün yataqdakı QAYDALAR
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir
Saç tökülməsi nə zaman təhlükəli sayılır?
Xərçəng halları niyə atır? - SƏBƏBLƏR
Bu çərəz mədə yanmasını anında kəsir: Cəmi bir ovuc kifayətdir
Kartof püresi soyuduqdan sonra qızdırıla bilərmi?
Teylor Sviftin toy tarixi bəlli oldu
Muhteşem Yüzyıl' bu il 800 min lirə qazanacaq
Hər gün saçını yuyanlara pis xəbər: Mütəxəssislər xəbərdarlıq edir