Meyvədən zəhərlənə bilərsiniz: Bu məhsulları yeyərkən diqqətli olun - VİDEO
Bu il çiyələkdən zəhərlənənlərin sayı üstünlük təşkil edir. Bununla yanaşı hazırda satışda olan qarpız və yemiş də təhlükəli ola bilər. Vətəndaşlar bu mövsümdə meyvə və tərəvəz alan zaman çox diqqətli olmalıdırlar. Çünki, bazara yeni-yeni gətirilən bu qidalar sizi də zəhərliyə bilər.
Aprelin 25-dən bu günə kimi mövsümü yeni başlayan meyvə-tərəvəzlərdən 50-ə yaxın vətəndaş zəhərlənib ki, bu hadisələrin də əksəriyyəti çiyələkdən baş verib.
Milli.Az xezerxeber-ə istinadən xəbər verir ki, satıcılar da etiraf edirlər ki, hazırda satdıqları, ölçüsü digərlərinə nisbətən dəfələrlə böyük olan bu çiyələklər parniklərdə yetişdirilir və daha çox dərmanlıdır.
Hal-hazırda qarpız və yemiş də risk qrupuna daxildir və artıq 2 nəfər bu qidalardan zəhərlənərək orta ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkim -infeksionist namiq nəbiyev deyir ki, qarpız və yemiş iyulun ikinci yarısından tez istifadə edilməməlidir.
Həkimin sözlərinə görə, bu mövsümdə yeni-yeni çıxan lobya, xüsusilə göbələkdən istifadə zamanı diqqətli olmaq lazımdır. bu tərəvəzlər bol su ilə yuyularaq, çox qaynadılmalıdır.
Həkim-infeksionistin sözlərinə görə, hipertoniya xəstəliyi, şəkərli diabet,o cümlədən ürək xəstəliyindən əziyyət çəkənlər üçün risk daha böyükdür. qeyd edək ki,sözügedən qidalardan zəhərlənənlər arasında hələ ki ölüm faktı qeydə alınmayıb.
Milli.Az
/news.milli.az
f Paylaş








Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qarazirə hər dərdin çarəsi olan bitki
Yuxuda sevişmək nəyə yozulur?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
D vitamininin ziyanı üzə çıxdı
Qatıq yeməyin də saatı varmış: Faydası qat-qat artır
Mətbəxdə istifadə edilən 3 yağ xərçəngə səbəb olurmuş
Səhər və axşam fərq etmədən zəhər istehlak edirik
Şeflərin "uzaq durun" dediyi 6 şirniyyat: Sifariş vermədən əvvəl iki dəfə düşünün
Ramazandan sonra necə qidalanmaq lazımdır?