Meyxanaçı Samirə ilə həmkarı arasında gərginlik: "KamAZ" surücüsüyəm" - VİDEO
Meyxanaçı Samirə ilə müğənni-meyxanaçı Elmar Qədimov arasında gərginlik yaşanıb.
azxeber.com Oxu.az-a istinadən xəbər verir ki, hadisə ATV-də yayımlanan "7 canlı" verilişində baş verib.
Samirənin "Elmar, siz müğənnisiniz, yoxsa meyxanaçı?" sualından sonra ikilinin sözü çəp gəlib və həmkarı sərt formada: "KamAZ" sürücüsüyəm", - deyə cavab verib.
Samirə Yusifqızı isə bu cavabdan narahat olaraq: "Bu saat bir çox meyxanaçılar mahnı oxuyur, özləri nəğmələrə söz yazırlar. Sizə hörmətsizlik etmədim və nəsə demədim. Tanımıram, bu səbəbdən sual verdim", - deyə cavab verib.
Qarşı tərəf isə: "Sizə xanım kimi hörmətim var. Sözlərinizdən elə çıxdı ki, mən bu sənətə dünən gəlmişəm. Axı elə deyil. İllərdir ki, bu sənətdəyəm. Mənim çoxlu sevənlərim var", - deyə bildirib.
Samirə isə Elmarın sözünü kəsərək: "Sizi camaat sevirsə, birinci incəsənət aləmi tanımalıdır. Sözlərinizə diqqət yetirin. Özünüzü ələ alın", - deyə xəbərdarlıq edib.
Ətraflı süjetdə:









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Mədəsi ağrıyanların nəzərinə
Dişləri saraldan qidalar
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı