Millət vəkili Mövludun intiharından yazdı:" İşsizlik, yoxsulluq, ailə problemləri..."

Millət vəkili Mövludun intiharından yazdı:" İşsizlik, yoxsulluq, ailə problemləri..."Millət vəkili Fazil Mustafa gənc yazar Mövlud Mövludun intihar etməsindən danışıb.

Xanim.az xəbər verir ki, o, Mövludun timsalında son günlər artan intihar hadisələrinə münasibət bildirib:

"Müəllim intihar edir, yazar intihar edir, başqa bir yazar intihar anonsu verir, bəlkə də hələ intihar qərarına gəlməmiş onlarla insan da yan-yörəmizdə yaşayır. İntihar bu qədər adiləşməyə başlayır. Düşünürəm ki, intiharların əsas səbəbi insanların sosiallaşma imkanının və ya təşəbbüslərinin olmamasıdır.

Nakam sevgi, üzücü xəstəlik, müalicə xərclərinin yetərsizliyi, əzizlərinin itkisi, bu və ya digər səbəbdən "el içində bədnam olma", patronla yola getməmə, psixi depressiya, fiziki qüsurluluq kimi motivləri də buraya əlavə etsək, o zaman intihar etmək üçün səbəblərin sayını həndəsi silsilə ilə artırmaq mümkündür. Dinimizin də intihara qarşı sərt münasibəti fonunda insanların belə bir qərar alması düşündürücü məqamlardan, bəlkə də, birincisidir. Fikrimcə, burada motiv olaraq əsas rolu siyasi, sosial, məişət, əqli xarakterli sıxıntılar deyil, insanların sosiallaşma imkanının və ya təşəbbüslərinin olmaması oynayır. Bunun adına siyasi-kütləvi ədəbiyyatda sahəvi həmkarlar birliyi və ya ittifaqı deyirlər, ancaq adın elə bir önəmi yoxdur, sadəcə bir gerçək qarşımızdadır ki, peşə olaraq, mənafe olaraq, fiziki çatışmazlıq olaraq sosiallaşan insanlar bir-birinə həm dəstək vermək üçün, həm də təsəlli vermək üçün çox işlər görə bilərlər. İllərdir Azərbaycanda bu kimi birlik və cəmiyyətlər süni mexanizmlərə çevrildikcə, insanların bir-birinə qarşı həmrəylik duyğusu da azalmağa başlayır.

Yazarlar, bəstəçilər, rəssamlar, jurnalistlər, taksiçilər, gözdən əlillər, şirniyyatçılar, məmurlar, bələdiyyə işçiləri, hamamçılar, bərbərlər, Qarabağ əlilləri və bəlkə də bu kimi onlarla adla tanıya biləcəyimiz mümkün birlik formaları statistika dəftərlərində yer almaq üçün süni quruluşlara çevrildiyinə görə kimsə başqasının dərdinə yaxından şərik ola bilmir. Axı bir Qarabağ əlilinin duyğularını daha çox başqa bir Qarabağ əlili, yaxud bir yazarın psixoloji sarsıntısını digər yazarlar, bir gözdən əllilin hisslərini digər gözdən əlil məndən, səndən daha həssaslıqla anlaya bilər. Ona görə də insanların peşəcə, ixtisasca, hissi maraqlarla birləşmə hüququnun təbii şəkildə canlandırmasına şərait yaratmaq lazımdır. Bunlar öz yerində, artıq cəmiyyətdə sürətlə artan işsizlik tendensiyasına son qoymaq üçün özəl sektorun inkişafını səmimi və açıq şəkildə təşviq etməkdən başqa çıxış yolu qalmır. Aidiyyəti qurumların qaldıra bilmədiyi yükü ancaq sahibkar qaldıra bilər. Çünki hansı yöndən təhlil edərsək, sonda intihar üçün əsas səbəblərin başında maddi sıxıntılar, işsizlik, yoxsulluq kimi amillər qarşımııza dikiləcəkdir.

İntiharlara hamımız üzülürük, istedadlı insanlarımızın intiharı isə daha çox ürəyimizi dağlayır. Allah gənc yazarımız Mövlud Mövludun günahlarını bağışlasın və seçdiyi yolu başqa istedadlı insanlarımız üçün birdəfəlik bağlasın!"

Xəbərlər     Baxılıb: 1966   Tarix: 16 mart 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Sumaq suyu içənlərdə o problemdən əsər-əlamət qalmır

Antioksidantlarla zəngin olan sumaq bədəndəki iltihabı azaltmaq qabiliyyəti ilə tanınır. Bu xüsusiyyəti onu sadəcə dadlandırıcı deyil, həm də profilaktik vasitəyə çevirir.  xəbər verir ki, sumaq suyu şişkinlik və həzmsizli

.

Ağcaqanadlar ən çox onları SANCIR

Yay aylarının ən narahatedici problemlərindən biri olan ağcaqanad sancmaları ilə bağlı maraqlı faktlar açıqlanıb.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ağcaqanadlar hər kəsi eyni dərəcədə sancmır. Onlar bəzi insanlar

.

Hər gün yumurta yemək olar?

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. xəbər verir ki, mütəxəssislər bildirir ki, onu hər gün yemək mümkündür, lakin müəyyən məqamlara diqqət yetirmək vacibdir. Məlumata görə, sağlam insanla

.

Sabunlarda təhlükəli bakteriya aşkar edildi: "Evində olan dərhal atsın"

Mikrobları məhv etmək üçün istifadə etdiyimiz antibakterial məhsullar əslində bakteriyaların mutasiyaya uğramasına və dərmanlara qarşı müqavimət qazanmasına səbəb olur.  xəbər verir ki, antibakterial məhsulların tərkibindək

.

5 ədəd badam yeyib idman et, gör NƏ OLUR

Gündə 5 qoz-fındıq yemək məşqin yağ yandırma təsirini artırır. Qoz-fındıq həmçinin intensiv məşqdən sonra gərginliyi və ağrını azalda bilər.  xəbər verir ki, bunu diyetoloq Vasilisa Ponomaryova yeni elmi araşdırmadan danışarkə

.

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Qadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq

.

Bu meyvəni budaqdan deyil, soyuducudan yeyin: Donmuş halı daha sağlam imiş

Qaragilə "beyin dostu" və "ürək qoruyucu" xüsusiyyətləri ilə tanınan super qidadır. Lakin onu dondurmaq sadəcə saxlama müddətini uzatmır, həm də içindəki şəfalı maddələri bədənimiz üçün daha əlçatan edir

.

Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun

Son illərdə "təbii qidalanma" anlayışının populyarlaşması bir çox insanı bu məhsulları məhdudiyyətsiz şəkildə istehlak etməyə sövq edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, "təbii" hər zaman "ta

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

turlar.az

kosmetika mehsullari hamiləlik kosmetik vasiteler körpə gəzintidə dil haqqinda atalar sozu islamda qadın qış ayaqqabıları kosmetika haqisda baldiza aid haxisda narin faydasi kəlamlar gözellik