Millət vəkili universitetdə çıxışı zamanı hücuma məruz qaldı - VIDEO
Türkiyədə MHP İğdır millət vəkili, milliyətcə azərbaycan türkü olan Sinan Oğan Bahçeşehir universitetində çıxış edərkən hücuma məruz qalıb.
Xanim.az virtualaz.org-a istinadən bildirir ki, MHP rəhbərliyi ilə neçə vaxtdır münaqişədə olan Sinan Oğan çıxışında Türkiyədə apreldə keçiriləcək referenduma çıxarılmış konstitusiya düzəlişləri barədə danışarkən zaldan bir nəfər gənc "Hərəkatın lideri Dövlət Baxçalıdır" deyərək ona hücum çəkib.Həmin şəxs Sinan Oğanı döyməyə çalışarkən təhlükəsizlik xidməti əməkdaşları onu zərərsizləşdirib. Sinan Oğan çıxışını Periscope-dən canlı yayımladığı üçün ona hücum anları da canlı yayımda göstərilib. İnsidentdən sonra Sinan Oğan yenidən kürsüyə qayıdıb. "Bu gənc arkadaşımızı aldadıb bura göndərənlər əslində partiyaya zərər verir"-deyib.
Sinan Oğan bir müddət əvvəl MHP-dən ixrac edilmişdi, lakin məhkəmə yoluyla yenidən partiyaya bərpa olunub. Ancaq onun partiyadan çıxarılması barədə yeni qərar qəbul ediləcəyi gözlənilir. Sinan Oğan Dövlət Baxçalını tənqid edir və MHP başqanı olmağa iddia edirdi.
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Hər iki ailəm xəyanətə görə dağılıb' - Aysun
Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər
Fillip Alla Puqaçovanın kukla kolleksiyasını yığır
Eldəniz Məmmədov baba oldu
Nuranın "Avroviziya" arzusu
Siqaretdən 10 qat daha zərərli: Hər evdə var
Məşhur azərbaycanlı aktrisa ana olacaq
Avropa İttifaqı Timatiyə sanksiya tətbiq etdi - SƏBƏB
Kanye Vest Türkiyədə dünya rekordu qıracaq