Milli süfrə mədəniyyətimiz

Milli süfrə mədəniyyətimizUlu babalarımızın və nənələrimizin əsrlər, qərinələr boyu öz gündəlik həyat və yaşam tərzində zaman-zaman, qətrə-qətrə yığıb topladıqları təcrübə və vərdişlər maddi- mədəniyyətimizin yaranması və formalaşmasında mühüm rol oynayıb. Danılmaz bir həqiqətdir ki, Azərbaycan xalqının çoxşaxəli və zəngin mədəniyyəti içərisində süfrə mədəniyyətinin öz yeri, öz gözəllikləri var. Süfrə mədəniyyəti tarixən xalqımızın həyat tərzini, məişətini, davranışını, zövqünü, estetikasını, dünyagörüşünü formalaşdıran əsas amil olmuşdur. Təsadüfi deyil ki, tarixi eramızdan çox-çox əvvələrə gedib çıxan antik mənbələrdə, o cümlədən qədim ədəbi abidələrimizdən olan "Qabusnamə"də, "Kitabi-Dədə Qorqud"da, nağıl və dastanlarımızda, əcnəbi səyyahların səyahətnamələrində, habelə digər saysız-hesabsız tarixi mənbələrdə və qaynaqlarda xalqımızın süfrə mədəniyyəti, yemək qaydaları, qonaq qarşılaması və sair barədə olduqca qiymətli məlumatlar var. Bu qaydaların böyük əksəriyyəti bu gün də öz bəşəri əhəmiyyətini qoruyub saxlamaqdadır.Azərbaycan xalqı dünyanın o xalqlarındandır ki, hər bir mövsümə, məqama, şəraitə, mərasimə uyğun fərqli süfrə mədəniyyətinə malikdir. Bu süfrələrin çoxu elə mərasimin öz adı ilə adlanır.

Ramazan ayı və iftar süfrəsi

Azərbaycan xalqının tarixən formalaşmış süfrə mədəniyyətinin içərisində Ramazan süfrəsi xüsusi yer tutur. Ramazan süfrəsi bütün digər süfrələrdən daha üstündür. Bu süfrə adətən orucluq ayı ərzində gündəlik olaraq iftar süfrəsi ilə başlayıb, imsaq — yaxud obaşdan adlanan süfrə ilə sona yetir. Günün demək olar ki, bütün işıqlı hissəsini oruc tutan müsəlmanlar xüsusi astronomik cədvəl üzrə təyin olunmuş vaxtda iftar süfrəsi açırlar. İftar süfrəsi bəşər mədəniyyətinin indiyədək yaratdığı ən ecazkar, ən cəlbedici və müqədəs süfrəsidir. Halal nemətlərlə o cümlədən su, xurma, halva, müxtəlif şirniyyatlar olan iftar süfrəsində hər bir nemətin öz yeri var. İftar süfrəsi son dərəcə sadə, lakin olduqca səliqəli, təmiz, cəlbedici olur. İftar süfrəsində müqəddəs Qurani-Kərimdə haram buyrulmuş bircə şey belə ola bilməz. Odur ki, bu süfrənin hazırlanması müsəlman qayda qanunlarını bilənlərə həvalə olunur.
İftar süfrəsi bir qayda olaraq oruc tutmuş şəxslər üçün açılır. Bu süfrə adi süfrə olmadığı üçün ətrafında əyləşənlər də müəyyən qaydalara əməl etməyə borcludurlar. İftar süfrəsi arxasında əyləşənlər bir-birilərinə xüsusi mehribançılıq, diqqət və qayğı nümayiş etdirməli, həssas olmalı, nə qədər ac olsa da, öz nəfsini saxlamağıbacarmalıdır.

İftar süfrəsinin yüksək mədəniyyətin təzahürü olan qaydalarından biri insanların oruclarını ilk öncə bir stəkan su və xurma ilə açmasıdır. Bu qaydanın mahiyyəti elmi biliklərə söykənir və insan orqanizminin sağlamlığına xidmət edir. İftar süfrəsi yalnız yeyib-içmək və ləzzət almaları üçün deyildir. İftar süfrəsinin öz fəzilətləri var. Bu süfrənin ilahi qüvvəsi bir də ondadır ki, insanın ömrü boyu yeyib-içdiyi nemətlər iftar süfrəsində sanki qeyri-adi bir dada, tama, ləzzətə malik olur. Kim həyatında oruc tutmayıbsa bu iftar süfrəsinin sehrini başa düşə bilməz.
İftardan sonrakı süfrə isə imsaq süfrəsi, yaxud obaşdan adlanır. Bu süfrənin öz fəzilətləri və sirləri var. Halal təamlar qoyulmuş, xüsusi zövqlə düzəldilmiş, ətirli ədvalardan istifadə olunaraq hazırlanan xörəklərin valehedici ətri insana yalnız maddi deyil, həm də mənəvi ləzzət verir. İftar və imsaq süfrələrinin arxasında əyləşmiş hər bir kəs xalqımızın yüksək süfrə mədəniyyətinin də şahidi olur.

Toy süfrəsi

Adından da göründüyü kimi toy süfrəsi xalqımızın toy-düyün adətləri ilə bağlı olub. Toy süfrəsii Azərbaycanda ən geniş yayılmış və ən populyar süfrələrdən biridir. Toy süfrələri adətən iri mağarlarda, çadırlarda təşkil olunub. Tarixən bu süfrə arxasında bütöv bir elat, kənd, oba camaatı əyləşib.
Təəssüf ki, son zamanlar mili toylarımız öz məcrasından çıxaraq ilkin mahiyyətini, klassik cazibədarlığını və ləzzətini itirib. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, milli adət və ənənələrimizin içərisində ən çox deformasiyaya uğrayanı və ən çox tənqid olunanı məhz toylardır. Acınacaqlı bir haldır ki, milli toylarımız demək olar ki öz simasını iitirib. Bu sahədə böyük bir hərcmərclik və xaosun olduğunu söyləyənlər haqlıdırlar. Onu da qeyd edək ki, milli toylar öz simasını itirdiyi kimi, milli toy süfrələrimiz də öz gözəlliyini itirib. Bu bir həqiqətdir ki, hazırda Azərbaycan toyları bir növ şan-şöhrət nümayişi üçün "mədəni poliqona" çevrilib.
"Mədəniyyət" qəzeti bu barədə dəfələrlə məqalələr dərc etmiş, müxtəlif peşə sahiblərinin rəy və təklifləriniə geniş yer vermiş, müzakirələr aparmışdır. Söhbət xalqımızın toy mədəniyyətinin "lakmus kağızı" olan toy süfrələrindən gedir.Təfərrüata varmadan qeyd edək ki, hazırda şadlıq evlərindəki toylarımızda təşkil olunan toy süfrələri öz zənginliyi, bolluğu, dəbdəbəsi ilə diqqəti cəlb etsə də özünün milli koloritini, əsl simasını, cazibədarlığını itirməkdədir.

Əlbəttə toy etmək, toy süfrəsi bəzəmək kimi məsələlər hər kəsin şəxsi işi sayıla bilər. Lakin, unutmaq olmaz ki, toy ilk məkan etibarilə həm də böyük bir auditoriya, ictimai məkandır. Hər bir ictimai məkan isə konkret qayda-qanuna, hamı və hər kəs üçün zəruri olan davranış qaydalarına söykənməlidir.
Maraqlıdır ki, bu gün toy süfrələrimiz hədən artıq deformasiyaya uğradığı üçün bəzən bu süfrələrin dünyanın hansı xalqına mənsub olduğunu da ayırd etmək olmur.
Sevindirici haldır ki, bütün bu deyilənlərə baxmayaraq hələ də bəzi əyalət rayonlarımızdakı yaşayış məntəqələrində, kənd və qəsəbələrdə az da olsa əsl toy süfrəsinə rast gəlmək olur.

Qonaq süfrəsi

Xalqımızın qonaqpərvərliyi onun tarixi qədər qədimdir. Bir mahnıda deyildiyi kimi- "Sən bizim ellərin ruhuna bir bax, bizdən inciməmiş bir əziz qonaq".
Bu sözlərdə böyük bir həqiqət var. Xalqımız minillər boyu ölkəmizə gələn, torpağımıza ayaq basan, qapımızı qonaq-qaranı ən əziz, ən doğma adamı kimi qəbul edib, Evindəki ən ləziz yeməyi, ən əziz əşyanı məhz qonağın qarşısına qoyub. Təsadüfi deyil ki, xalqımız, "qonaq Allah qonağıdır" — deyib həmişə.
Xalqımızın qonaqpərvərliyi haqqında ən qədim tarixi mənbələrdə, qaynaqlarda, folklor nümunələrində istənilən qədər maraqlı məlumatlara rast gəlmək olar. Belə tarixi mənbələrdən biri məşhur avropalı səyyah Marko Polonun səyahətnaməsidir. Hələ XIII əsrdə ölkəmizə gəlmiş bu səyyah özünün yol qeydlərində Azərbaycanın təbiəti, tarixi, şəhərləri və insanları haqqında məlumat verən səyyah həm də milli süfrə mədəniyyətimizə heyran olduğunu gizlətmir. Təbriz, Şamaxı, Gəncə, Bakı kimi şəhərləri gəzən Marko Polo hər eldə, hər obada rastlaşdığı süfrə mədəniyyətinə də biganə qala bilməmiş, yediyi, daddığı, işdiyi təamları heyranlıqla təsvir etmişdir. Bu venesiyalı səyyah Təbriz və Şamaxı şəhərlərində qarşılandığı məclislərdə şahidi olduğu "süfrələrin vəsfəgəlməz gözəlliyi qarşısında insanın bihuş olduğunu" bildirir.
Digər bir italyan səyyahı Katerino Zenonun XV əsr Azərbaycanda süfrə mədəniyyəti haqqında verdiyi məlumatlar da olduqca maraqlıdır. Ağqoyunlu hökmdarı Uzun Həsənin qonağı olmuş Zeno yazır: — "Mən sarayda yer verildi. Mən hər gün şah süfrəsində nahar edə bilərdim". Gördüklərini möcüzə adlandıran Zeno hər dəfə süfrə arxasında oturarkən yemək əvəzinə burdakı gözəlliyə baxıb "doyduğunu" bildirir. Göründüyü kimi hələ 500 il əvvəl milli süfrə mədəniyyətimizə heyran olan avropalının dedikləri xalqımızın qonaqpərvərliyi ilə yanaşı, zəngin bir mədəniyyət sahibi olduğunu sübut edir.
Onu da deyək ki, milli süfrələrimiz haqqında maraqlı məlumat verən əcnəbiərdən biri də ingilis diplomatı Antoni Cenkinsondur. Onun xatirələrində ən maraqlı yerlərdən biri Şamaxı xanı Abdulla xanla olan görüşüdür. Tarixdən məlum olduğu kimi, Şamaxı tərəfindən böyük qonaqpərvərliklə qarşılanan Antoni Cenkinson burada gördüklərinə heyran qalır. İngilis səyyahını ən çox heyrətləndirən isə xanın onun şərəfinə açdığı qonaq süfrəsi olub. İngilis diplomatı Antoni Cenkinson öz gündəliyində yazır: — "Kral və onun yaxın adamları çadırda bardaş qurub oturmuşdular. Lakin mənə belə oturmaq çətin olduğunu görcək, əlahəzrət stul verilməsini əmr etdi. Və mənə dedi ki, adət etdiyim qaydada oturum. Nahar vaxtı çatanda yerə süfrələr salındı və müxtəlif cür xörəklər verildi. Bu xörəklər növlərinə görə cərgə ilə düzülmüşdü. Mənim hesabıma görə süfrədə 140 cür xörək vardı. Bu xörəklər yeyildikdən sonra qabları süfrə ilə birlikdə yığışdırıb, təzə süfrələr saldılar. Ortaya 150 dövrə meyvə və başqa ziyafət yeməkləri gətirildi. Belə ki, iki dəfə də 290 cür yemək verildi".

Göründüyü kimi, milli mətbəximiz, xörəklərimiz, süfrə mədəniyyətimiz əcnəbiləri hələ çox-çox illər bindan əvvəl heyran edib, öz sehrinə salıb. Hər bir əcnəbi isə təbii ki, burdan gedərkən özü ilə təkcə qızıl, qaş-daş, sərvət deyil, həm də müəyyən mənada mədəniyyət aparıb. Çünki, xalqımızın milli süfrə mədəniyyəti əsrlər boyu inkişaf edərək bu günümüzədək gəlib çıxmış misilsiz xəzinədir. Bu xəzinənin açarını gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur.

Mətbəx     Baxılıb: 4539   Tarix: 09 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Ləzzətli və Ətirli Almalı Ördək Filesi

Restoranların menyusunda ördək ətindən hazırlanan dadlı və bahalı bir yemək növü. Lakin bu yeməyi restoranda yemək üçün xeyli miqdarda pul ödəməli olacaqsınız. Ördək filesi alma ilə inanılmaz dərəcədə ləzzətli, şirəli v

.

Toyuqlu Qat-Qat Piroq

Əvvəlcə pendirli qarışıqdan 4 nazik biskvit hazırlanır. Sonra bu biskvitlərin arasına toyuqdan və ya hind quşundan hazırlanan farş yayılır, piroq folqa kağızına bükülür və sobaya verilir. Nəticədə ortaya maraqlı bir yemə

.

Kələm Salatı

Ərzaqlar. Kələm — 300 q. təzə pomidor — 4 əd. pendir (bərk sort) — 150 q. göyərti (şüyüd, cəfəri) — 50 q. duz – zövqə görə. mayonez. Hazırlanması. Kələm doğranır, duzlanır ,azacıq sıxılır ki bir qədər suyunu buraxsın. Pomidorla

.

Ev Sayağı kumpir resepti

Tərkibi. Kartof – 3 ədəd (böyük olsa daha yaxşı olar). Kök – 1 ədəd. Yumurta – 2 ədəd. Xiyar turşusu – 1 ədəd. Yaşıl noxud (konservləşdirilmiş) – 60 qram. Qarğıdalı (konservləşdirilmiş) – 60 qram. Pomidor – 1 ədəd. Mayonez

.

Mandarin Bulgur Salat Resepti

Mandarin Bulgur Salat Resepti üçün Tərkibi. Salat üçün:. 2 -ci. su şüşəsi. bulgur başı. 4. nömrə. Mandarin. 2 -ci. çay qaşığı. duz. bir. nömrə. yerkökü. 6. nömrə. quru pomidor. bir. bağlamaq. təzə nanə. Sos üçün:. 1 çay fincanı

.

Dadı Damağınızdan Getməyəcək Tünbəki Dolması

Dadı Damağınızdan Getməyəcək Tünbəki Dolması. Author: Selcan Xatun. Category: Ət Yeməkləri. Cuisine: Azərbaycan Mətbəxi. Yields:. 1 Serving. Qədim və zəngin Azərbaycan mətbəxinin adından və dadından xəbərsiz olduğumuz bölgələrin

.

Yumurtalı ət ruleti (foto resept)

Tərkibi:. Farş- 500 q. Soğan- 1 ədəd. Sarımsaq- 1 diş. "Best cow" kərə yağı- 50 q. Şüyüd- 1 dəstə. Yumurta- 3 ədəd. Duz-istiot. Hazırlanması:. Soğanı xırda-xırda doğrayıb kərə yağında ızarana qədər bişiririk. Soğanı

.

Qədim yeməyimiz xaşlama resepti

Tərkibi:. 1 kq sümüklü ət (qoyun,quzu və ya mal). 5 ədədsoğan. 7 ədəd kartof. 3-4 ədəd bolqar bibəri. 2-3 ədəd pomidor. 2 ədəd dəfnə yarpağı. 1 çimdik qırmızı acı bibər tozu. duz, istiot. Hazırlanması:. İlk öncə ətı doğrayı

.

Pendirli, göyərtili fəsəlinin resepti - Video resept

Tərkibi:. 600qr un (200qr-lıq stəkanla 4stəkan dolu 5 ci stəkanın 3 ). 400ml ilıq su 2 stəkan. 8 qram yaş maya (quru 1 silə çay qaşığı). İçliyi üçün:. 250qr ağ pendir. hərəsindən 1 dəstə- keşniş,şüyüd, göy soğan və yarı

turlar.az

sonxeber.az makiyaj etmek qaydalari yaz geyimleri 2024 geymler 2024 bürc uyğunluğu cizgi filmi qış tədarükü uşaq xəstəlikləri novruz bayramı haxışta ağır itki tapmacalar həsən bəy zərdabi vetene aid bayati