Səhər süfrəsində olan bu qidalar qaraciyərin düşmənidir

Səhər süfrəsində olan bu qidalar qaraciyərin düşmənidirGünə sağlam başlamaq istəsək də, səhər süfrəsində etdiyimiz bəzi seçimlər orqanizmə ciddi zərər verə bilər.
Milli.Az xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edirlər ki, tez-tez istehlak olunan bəzi məhsullar qaraciyər və böyrək sağlamlığı üçün risk yaradır.
Araşdırmalara görə, bu qidaların müntəzəm qəbulu təkcə artıq çəkiyə deyil, həm də müxtəlif xroniki xəstəliklərə səbəb ola bilər. Xüsusilə bəzi məhsulların xərçəng riskini artırdığı bildirilir.
Kolbasa, sosis, hisə verilmiş və duzlanmış ət məhsulları siyahının başında gəlir. Bu məhsulların rəngini qorumaq və saxlanma müddətini uzatmaq üçün istifadə edilən nitrit və nitratlar orqanizmə daxil olduqda kanserogen təsir göstərə bilər.
Bundan əlavə, bu cür məhsullar yüksək miqdarda duz ehtiva edir. Həddindən artıq duz qəbulu yüksək təzyiqə, ürək-damar problemlərinə və böyrəklərin yüklənməsinə səbəb olur. Tərkibindəki dad gücləndiriciləri və müxtəlif qatqı maddələri də maddələr mübadiləsinin təbii balansını poza bilər.
Bu məhsullardan da uzaq durun
Təhlükə yalnız emal olunmuş ətlərlə məhdudlaşmır. Səhər yeməyində tez-tez istifadə olunan digər məhsullar da risk yaradır:
Şəkərli səhər dənliləri - Qanda şəkərin sürətlə qalxıb-enməsinə səbəb olur, bu isə tez aclıq hissi yaradır və insulin balansını poza bilər.
Emal olunmuş meyvə şirələri - Lifdən məhrum olan bu içkilər yüksək şəkər tərkibinə görə "maye şəkər" hesab edilir və yağlı qaraciyər riskini artıra bilər.
Marqarin tərkibli məhsullar - Trans yağlar damarların daralmasına və ateroskleroz riskinin yüksəlməsinə səbəb ola bilər.
Milli.Az

Xəbərlər     Baxılıb: 1107   Tarix: 20 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

geyim necə seçməli yay geyimləri 2026 kosmetik vasiteler evlilik etiraflar mələk kartları çək nişan geyim modelləri kosmetika buga burcu haxista efsaneler şirin qoğal big.az