Şimal bölgəsinin ən fərqli yeməklərindən biri

Şimal bölgəsinin ən fərqli yeməklərindən biriSürhüllü Azərbaycanın şimal-qərb zonasına, əsasən Qax, (İlisu, Sarıbaş, Ağçay, Qaşqaçay), Zaqatala və Balakən rayonlarına, qismən Quba, Xaçmaz və Gəncəbasar bölgələrinə məxsus xəmir yeməyidir. Xüsusilə qış aylarında yeyilən bu yeməyin adı sürtmək, xəmirin sürtülərək formaya salınması mənasını verir.

Tərkibi

1/2 kq sümüklü mal və ya qoyun əti

1 stəkan buğda unu

1 ovuc iri lobya

4 x/q alça və ya zoğal məti

4-5 diş sarımsaq

Duz

Mal və ya qoyun ətindən bulyon hazırlayıb süzün. Lobyanı ayrıca bişirin.

Buğda unundan suya duz qatmaqla bərk xəmir yoğurun. Xəmirə 20 dəqiqə istirahət verdikdən sonra kündələr hazırlayın. 8-10 mm qalınlığında yayılıb çubuqcuqlar şəklində doğrayın.

Həmin çubuqcuqlardan fındıq boyda tikələr kəsin, urvalayın, barmaqla sirkələyin. Bu zaman xəmir tikələri içərisi boş, xırda boruvarı forma kəsb edir.

Ət bulyonuna əvvəlcə sürfüllü tökülüb bişirilir, sonra ona bişirilmiş lobya qatılıb hazır vəziyyətə gətirilir.

Sürfüllünü bulyonu ilə birlikdə çörəksiz yeyirlər. Xörəyin yanında sarımsaq qatılmış alça məti (və ya zoğal məti) ayrıca verilir. Sürfüllüyə turşu əvəzi pomidor məti və ya təzə pomidor da tökmək olar. Bundan başa ətsiz sürfüllü də bişirilir. Bu zaman hər paya 20 qram yağ götürülür, baş soğan yağda qızardılır və bişmənin sonunda əlavə edilir.

Əgər siz də bu reseptdən faydalanaraq "Sürfüllü" yeməyini hazırladınızsa, yeməyin şəklini və yemək haqqında təəsüratlarınızı bizimlə paylaşmağı unutmayın!

Nuş olsun!

Mətbəx     Baxılıb: 36754   Tarix: 22 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Düyü Salatı

Ərzaqlar. 2 kasa düyü. 1 kasa qarışıq yaşıl noxud. 2 budaq təzə soğan. ½ dəstə cəfəri. 8-10 ədəd gavalı turşusu. 1 kasa dənələnmiş qarğıdalı. 2 st. limon suyu. Zeytun yağı, duz, pul bibər. Hazırlanması. Təzə soğan və cəfər

.

Badımcan Salatı

Fərqli dadı olan bu salatı hamıya hazırlamağı məsləhət görərdim. Əminəm ki, çox bəyəniləcək. Lazım olan ərzaqlar:. 4-5 ədəd orta boy badımcan. 3 ədəd pomidor. 1-2 ədəd bibər. 250 qr toyuq döş əti. keşniş. şüyüd. bitki yağı

.

Toyuqlu Qat-Qat Piroq

Əvvəlcə pendirli qarışıqdan 4 nazik biskvit hazırlanır. Sonra bu biskvitlərin arasına toyuqdan və ya hind quşundan hazırlanan farş yayılır, piroq folqa kağızına bükülür və sobaya verilir. Nəticədə ortaya maraqlı bir yemə

.

Şimal bölgəsinin ən fərqli yeməklərindən biri

Sürhüllü Azərbaycanın şimal-qərb zonasına, əsasən Qax, (İlisu, Sarıbaş, Ağçay, Qaşqaçay), Zaqatala və Balakən rayonlarına, qismən Quba, Xaçmaz və Gəncəbasar bölgələrinə məxsus xəmir yeməyidir. Xüsusilə qış aylarında yeyilə

.

Qarğıdalı keksi

Tərkibi. 1 litr süd. 250 qr qarğıdalı unu. 120 qr şəkər tozu. 50 qr yağ. 3 ədəd yumurta. ½ vanil çubuğu. 3-4 dilim təzə ananas (və ya konservi)

.

Pomidorlu tart resepti

Tərkibi. 250 qr un. ½ çay qaşığı qabartma tozu. 100 ml günəbaxan yağı. 100 ml ilıq su. 150 qr holland pendiri. 4 ədəd pomidor. ½ xörək qaşığı zeytun yağı. 2 çay qaşığı xardal. 1 çay qaşığı kəklikotu. 1 çay qaşığı duz

.

ƏTLİ NOXUDLU SOUS, İSTİ YEMEK RESEPTLERİ

Resept. 250 q. ət,. 1 xörək qaşığı yumuru düyü,. 1 xörək qaşığı tamat,. Yarım stəkan noxud,. 2 ədəd soğan,. 2 ədəd kartof. Sarıkök,. 1 diş sarımsaq,. 1 xörək qaşığı un,. 4-5 xörək qaşığı su,. Qırmızı bibər tozu,. Ət otu,

.

Amosov pastası – zehin və ürək üçün təbii gücləndirici

Akademik Amosov əməliyyat olunan xəstələr üçün əməliyyatdan sonra orqanizmin tez surətdə bərpası və güclənməsi üçün gücləndirici qarışım tövsiyə edir. Mikroelementlər və minerallar qaynağı olan bu qarışımın reseptini təqdi

.

BALQABAQ VƏ BİSKVİTLİ TORT RESEPTİ

Tərkibi:. 3-4 dilim iri balqabaq. 2,5 stəkan şəkər tozu. 1 litr süd. 3 xörək qaşığı un. 1 xörək qaşığı nişasta. 1/2 paket marqarin. 1 paket vanil. 200 qram qoz ləpəsi. 100 qram fındıq. 3 paket biskvit (peçenye). Hazırlanması:

turlar.az

hamiləlik qadın geyimi gözəllik məhsulları yagli saclar ucun meslehetler öskürəyin təbii müalicəsi faydalı bitkilər küftələr kosmetika qadin.az oğlan evine aid hakisda terezi rus dilini öyrənək 2 ci dərs ariqlamaq