Milyarder ərəb şeyxi ilə evlənən azərbaycanlı qız: "Münasibətdə olduğum biri yox idi..."

Milyarder ərəb şeyxi ilə evlənən azərbaycanlı qız: "Münasibətdə olduğum biri yox idi...""Adətən kimsə ərə gedəndə, biz ona xoşbəxtlik arzulayırıq. Lakin məndə belə olmadı".

Qadinsayti.az xəbər verir ki, bu sözləri Azərbaycanın tanınmış bədii gimnastı, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı sosial şəbəkədəki hesabında yazıb.

Qeyd edək ki, bir neçə gün öncə "Qafqazinfo" gimnastımızın Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun qardaşı oğlu Şeyx Səid Əl Məktuma ərə getməsi ilə bağlı xəbər yaymışdı:

"Mən sizlərdən heç nə istəməmişəm və 24 yaşımda ərə gedəndə ayaqlarım üstündə möhkəm və müstəqil dura bilirdim. Yaşıdlarım olan uşaqlar küçədə oynayanda mən oynamırdım, çoxlu şirniyyat yeyə bilmirdim, həmyaşıdlarımla gəzə bilmirdim, münasibətdə olduğum biri yox idi, yaşıdlarım kimi klublarda əylənmirdim.

Mən aylarla valideynlərimi görmürdüm və həyatımın yarısını təyyarələrdə, səfərlərdə keçirirdim. İdmançı idim, peşəkar idmançı. Ciddi rejimdə yaşayırdım və ən mühafizəkar şəkildə tərbiyə olunurdum. Bədii gimnastikada ilk milli kadr idim, ölkəmi təmsil edirdim və az medal gətirməmişəm, ölkəmin bayrağını dəfələrlə qaldırmışam. Ailəm, şükür allaha, acından ölmürdü. Valideynlərim mənə statusundan asılı olmayaraq, hər kəsə hörmət etməyi, zəhmət çəkməyi və öz zəhmətimlə məqsədlərimə doğru getməyi öyrədib.

Mən Qəbələdə işləməyə can atmamışam. Ölkənin ən yaxşı idmançıları ilə birgə idman klubunda işləmək üçün dəvət almışdım. Uzun müddət öz gimnastika məktəbimi açmaq üçün "vuruşdum" və orada hansısa maddi səbəblər yox idi. Nəhayət ki, bunu edə bildim, mənim çoxlu gözəl uşaqlarım oldu.

İndi internetin yarısı, yetkin kişilər və qadınlar mənim şəxsi həyatımı, işimi və hərəkətlərimi müzakirə edirlər. Bilmirəm pis olan kimdir, mənim haqqımda yalan hekayəni yazanlar, yoxsa bu ucuz piarı dəstəkləyənlər. Hesab edirəm ki, 25 yaşımda öz ölkəm üçün şərh yazan, kiməsə gülən və ya tamamilə sənə yad olan insanların şəxsi həyatını müzakirə edənlərdən daha çox işlər görmüşəm.

Demək istəyirəm ki, mən şahzadə axtarmırdım. Mən ümumiyyətlə, heç vaxt heç kimi axtarmamışam. Taledən qaçmaq olmur."

Xəbərlər     Baxılıb: 3120   Tarix: 08 dekabr 2016
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Depressiya və narahatlıq üçün yeni müalicə üsulu tapılıb

ABŞ-ın Florida Universitetinin alimləri müəyyən ediblər ki, qeyri-invaziv beyin stimulyasiyası yaşlı insanlarda depressiya və narahatlıq əlamətlərini yaxşılaşdırır.   -a istinadən xəbər verir ki, elmi işin nəticələri "Brai

.

Bağırsaq üçün ƏN FAYDALI QİDA

"Qırmızı kələm şirəsi mədə-bağırsaq traktında iltihabı aradan qaldırır". -a istinadən bildirir ki, bunu rusiyalı endokrinoloq, tibb elmləri doktoru Zuxra Pavlova deyib. Bu xəstəliyi olanlar banan yeməlidir. Mixəyi

.

Pəhriz saxlayanda kartof yeməyin: SƏBƏB

Kartof kulinariya ənənəmizdə o qədər məşhur və axtarılan məhsuldur ki, onlarsız pəhriz təsəvvür etmək demək olar ki, mümkün deyil.   -a istinadən bildirir ki, lakin artıq çəki ilə mübarizə prosesində, karttofdan imtina etməlisiniz. 

.

Bağda işləmək bu problemləri azaldır

Bağ evində işləmək antidepressant qəbul etməyə bənzəyir və depressiya riskini 23% azaldır. -a istinadən bildirir ki, bu barədə britaniyalı alimlər apardıqları uzunmüddətli araşdırmalardan sonra elan ediblər. Səhər yeməyind

.

Qan şəkərini aşağı salan və xolesterolu "parçalayan" meyvə

Həkimlər meyvələri pəhrizinizə mümkün qədər tez-tez daxil etməyi məsləhət görürlər. Bu da orqanizmi xolesteroldan təmizləməyə, qan şəkərinin səviyyəsini aşağı salmağa və hətta daha sürətli arıqlamağa kömək edir.   -a istinadən xəbə

.

Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?

Dərdlərə dərman aspirin bu ağacdan hazırlanır. Söyüd yarpağının bel ağrılarının müalicəsində ən güclü üsullardan biri olduğunu bilirdiniz?. -a istinadən söyüd yarpağının bu inanılmaz faydası barədə yazını təqdim edir. . Söyü

.

Bu xəstəliklər xərçəngə çevrilə bilər - Xəbərdarlıq

Bağırsaq polipləri, qastrit, xroniki gedişdə anal çatlar xərçəngin inkişafına səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə "FederalPress"ə onkoloq-ginekoloq Yekaterina Timofeyeva məlumat verib . "Bu

.

Səhər yeməyindən əvvəl idman edin, yoxsa

Səhər yeməyindən əvvəl idman etmək daha sürətli arıqlamağa kömək edir.   -a istinadən bildirir ki, səhər saat 7-9 arasında acqarına fiziki fəaliyyət sürətli və effektiv arıqlamağı təmin edir. . Səhər yeməyində hansı qidala

.

Çayın xərçəngə səbəb olduğu sübut olundu

Çin alimləri çayla xərçəng xəstəliyi arasında əlaqəni sübut edən çoxillik araşdırmalarına yekun vurublar. " "a istinadən  xəbər verir ki, nəticələr qara çayın siqaret qədər ağciyər xərçənginə səbəb olduğunu sübu

turlar.az

sonxeber.az kosmetik vasiteler hamilelikde qidalanma toy makiyajlari balıq yağı immun sistemi geyim qaydaları xatire islamin sekilleri kosmetika layla hakışda qurd xəstəliklərinə qarşı mualicə vicdan vətən həsrəti