Min bir dərdin dərmanı XAŞ - Saçları uzadır, yuxunu bərpa edir

Min bir dərdin dərmanı XAŞ - Saçları uzadır, yuxunu bərpa edirXaş Orta Şərq və Cənubi Qafqaz mətbəxinin ən çox sevilən yeməklərindən biridir. Xaşa dünyanın müxtəlif ölkələrində fərqli adlar verilib. Xaşın hazırlanma prosesi xeyli vaxt və zəhmət tələb edir.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, türkiyəli doktor Canan Karatay xaşın hətta uşaqlara və xərçəng xəstələrinə də faydalı olduğunu bildirib.
Onun sözlərinə görə, yağı və kalorisi olduqca yüksək olan xaş ilk növbədə insan orqanizminə bol enerji verir:
"Xaş uşaqlar üçün də faydalıdır. Onun tərkibindəki maddələr inkişaf mərhələsində olan uşaqlar üçün faydalıdır. Xərçəng xəstələrinin müalicədən müsbət nəticə əldə etmələrində xaşın müsbət təsiri var. Xərçəng xəstəliyi ilə mübarizədə hədsiz faydalı olan kollagen adlı maddə xaşın tərkibində boldur. Çünki bu maddə əsasən sümük suyunda, xaşda və toyuq şorbasında olur. Bu səbəbdən xərçəng xəstələri üçün xaş olduqca faydalı bir yeməkdir".
Bundan əlavə xalq arasında belə bir fikir var ki, bir insanın qolu sınanda və ya çıxanda ona xaş yemək məsləhət görülür. Araşdırmalarımız göstərir ki, bu, həqiqətən də belədir. Sümüklərin güclənməsində xaşın faydalı olduğu qənaətinə gəlmək olar. Canan Karatay kökəlmək arzusunda olanlara da xaş yeməyi məsləhət görür:
"Amma kimlər ki, kökəlmək istəmir onların xaş yeyəndən sonra piyada gəzmələri, yaxud fiziki işlə məşğul olmaları vacibdir".
C. Karatay deyir ki, xaş soyuqvurmadan əziyyət çəkənlərin müalicəsinə də müsbət təsir göstərir:
"Xaşı bir növ vitamin deposu hesab etmək olar. Tərkibindəki maddələr, vitaminlər soyuqvurmadan sürətli şəkildə xilas olmağa imkan verir".
Doktorun sözlərinə görə, xaş sümükləri gücləndirməklə, inkişaf etdirməklə yanaşı, sümük ağrılarını da azaldır.Xaşın yanında limon, sarımsaq, turp kimi tərəvəzlərdən istifadə xolestrolu və təzyiqi nizamlayır. Kalsium, maqnezium və fosfor çatışmazlığından qaynaqlanan problem yaşayanlar üçün xaş idealdır.
Qan azlığından əziyyət çəkənlər tez-tez xaş yeməklə bu problemi tədricən aradan qaldırmış olarlar. Davamlı olaraq xaş yeyən insanların üz dərisi də sağlamlaşır, qüsursuz görünür. Xaş Omega-3 baxımından da olduqca zəngindir. Xaş qış aylarında artan xəstəliklərə qarşı qalxan rolunu oynayır.
Bundan əlavə xaşın orqanizmə aşağıdakı faydaları da var:
-Xaş orqanizmə güc verir, orqanizmi möhkəmləndirir, zəifliyi aradan qaldırır.
-Xaş beyin üçün ən faydalı yeməklərdən biridir. Onun tərkibində B qrupu vitaminləri, qlisin və polidoymamış yağlı turşular var. Bu maddələr beyinin sağlamlığını və normal fəaliyyəti üçün olduqca vacibdir.
-Xaşın tərkibində olan qlisin aminturşusu stresi və gərginliyi azaldır, sakitləşdirir, yuxunu tənzimləyir.
-B qrupu vitaminləri ilə zəngin olan xaşın qanazlığından əziyyət çəkənlərə də faydası var.
-Xaşın tərkibində olan kollagen dərini, birləşdirici toxumaları, bağ və oynaqları sağlam və cavan edir.
-Oynaq problemləri, osteoxondroz kimi pozulmaları olan insanlar mütləq xaş yeməlidir. Xaş oynaqların və fəqərə arası diklərin dağılmasını ləngidir.
-Xaşın tərkibində olan lizin aminturşusu kalsiumun mənimsənilməsini yaxşılaşdırır, immuniteti möhkəmləndirir, damarları genişləndirir.
-Xaş saçları daha sağlam edir, onların uzanmasını sürətləndirir.
Bütün bu faydalı xüsusiyyətlərə baxmayaraq xaş kifəyət qədər "ağır" yemək olduğunda onu tez-tez və çox yemək tövsiyə edimir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2334   Tarix: 07 noyabr 2019
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

turlar.az

gözəllik məhsulları yay kolleksiyasi toy makiyajlari qadın sağlamlıq abşeron tortu kartof maskasi uz ucun qaraciyər kosmetika bayatilar tərəzi bürcü dovsan səməd vurğun oyunlar