Miqren yoxsa baş ağrısı

Miqren yoxsa baş ağrısıBaş ağrısı -  əzabverici və insanı normal həyat fəaliyyətindən məhrum edən vəziyyət olaraq, gərginlik baş ağrısı və sair kimi bir neçə birincili baş ağrısı vəziyyətlərində yaranır. Miqren - birtərəfli güclü və əzabverici baş ağrısı tutmaları ilə təzahür olunan sinir sisteminin paroksizmal xəstəliyi olub, ürəkbulanma, qusma, işıq və səsə qarşı dözümsüzlük, tutmadan sonra yuxululuq və əzginliklə müşayiət olunur. Miqren zamanı tutmanın müddəti fərdidir, 2 saatdan 72 saata qədər davam edə bilər.
Miqrenin yaranma səbəbləri. Miqrenin səbəbləri hələ də öyrənilməkdədir. Ancaq alimlər xəstəliyin irsi olaraq qadın xətti boyunca yayıldığını aşkar etmişlər. Bu səbəbdən qadınlarda miqren kişilərə nisbətən daha tez-tez - 1,5-2 dəfə çox müşahidə olunur. Xəstəlik daha çox qadınlar arasında 40, kişilərdə isə 35 yaşlılarda təsadüf edilir. Miqren zamanı ağrıların inkişaf mexanizmi üçlü sinir mərkəzinin aktivləşməsi ilə əlaqədar olub, miqren ağrısının yaranmasına səbəb olan öncə spazm, sonra isə beyin arteriyalarının genişlənməsi ilə əlaqələndirilir.  
Miqrenin diaqnostikası.  Ümumiyyətlə miqrenin diaqnozu şikayətlər əsasında, xəstə ilə söhbətdən və müayinədən sonra qoyulur. Adətən ağrının xarakteri və yanaşı simptomların təsviri diaqnoz qoymağa kifayət edir. Lakin xəstələr baş ağrılarından olduqca tez-tez şikayət edirlər və bu ağrıların səbəbi müxtəlif ola bilər. Bu səbəbdən tam müayinə aparılmalıdır.
Test "ID Migraine". Bu test vasitəsilə baş ağrısının miqren və ya adı baş ağrısı olduğunu ayırd etmək olar. Sizdə son 3 ay ərzində baş ağrısı aşağıdakı hansı simptomlarla birlikdə müşahidə olunmuşdur?
1.
Ürəkbulanma və ya qusma                                                              
HƏ
YOX
2.
İşıq və səsə qarşı dözümsüzlük                                                      
HƏ
YOX
3.
Baş ağrısı iş qabiliyyətinin, dərsin və ya gündəlik
həyat tərzinin ən azı 1 gününü məhdudlaşdırmışdır?                      
HƏ
YOX
Əgər siz heç olmasa  2 suala "hə" cavabı verdinizsə, 93% ehtimalla sizdə miqren vardir. 
Miqrenin müalicəsi.  Müalicə iki istiqamətdə aparılır: birinci - tutma zamanı yardım, ikinci - tutmaların intensivliyini və tezliyini azaltmaq üçün profilaktik tədbirlər.
Miqren tutması zamanı ağrıları necə aradan qaldırmaq olar? Tutmanın başlandığını hiss edən kimi dərman qəbul etmək lazımdır. Əgər xəstə ağrıya dözərsə, ağrı getdikcə artacaq və ağrı başladıqdan 20 dəqiqə sonra qəbul edilən ağrıkəsici və damar daraldıcı preparatların qəbulu vəziyyəti daha da pisləşdirəcək. Tez-tez qəbul ehtiyacına görə ağrıkəsici preparatlar qəbul edilə bilmirsə və ya kömək etmirsə, bu halda miqrenin patogenezində mühüm rol oynayan serotonin törəmələri olan triptanlar (eletriptan, sumatriptan) seçım preparatdır.
Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.
Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliyə qarşı, eləcə də digər xəstəliklərə qarşı effektiv və güclü mübarizə aparmaq üçün keyfiyyətli, təbii dərman vasitələri, kosmetoloji vasitələr, gigiyena və təmizlik vasitələri, uşaq qidaları və tibbi ləvazimatlar üçün 24 saat operativ xidmət   göstərən *7700 - təcili dərman çatdırılma xidmətinə müraciət edə bilərsiniz.
Sifariş üçün:
+99455 251 77 00 (Whatsapp) nömrəsinə yaza və ya *7700 nömrəsinə zəng edə bilərsiniz.
Çatdırılma ÖDƏNİŞSİZDİR. /news.milli.az

Xəbərlər     Baxılıb: 1548   Tarix: 19 dekabr 2019
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

turlar.az

qadin sayti geyim və ayaqqabılar yemek reseptleri etiraflar qadin.az körpələrin qidalanması boyun osteoxondrozu kosmetika qz eviyçun hakışta baliq burcu baldiza aid haxisda hüzeyir hacibəyov kahfe kali