Mitoxondriyaları müalicə etmək mümkündürmü?

Mitoxondriyaları müalicə etmək mümkündürmü?Mitoxondriyaların əsas funksiyası universal enerji mənbəyi olan ATF sintez etməkdir. Bu səbəblə onlar sitoplazmanın ATF enerjisinə çox ehtiyac olan yerlərində daha sıx olurlar (məsələn, ürək əzələsində miofibrillərin arasında və ya sperma­tozoidin qamçısında və s.).
Milli.Az ailehekimi.az-a istinadən bildirir ki, mitoxondriyalarda keçən proseslərin insan sağlamlığına təsiri ilə bağlı mitoxondrial tibb istiqaməti yaranmışdır. Bu, təkcə mitoxondrial xəstəliklərdə deyil (birincili mitoxondrial disfunksiya), yaşdanasılı xəstəliklərdə də mitoxondrial funksiyanı yaxşılaşdıran tədbirlər kompleksidir.
"Mitoxondrial tibb" termini əvvəldən irsi mitoxondrial xəstəliklərin tədqiqatları ilə bağlı yaranmışdır. İndi bu anlayış mitoxondriyaların yaşla bağlı disfunksiyasını da əhatə edir.
Mitoxondrial tibb inkişaf edir!
Mitoxondrial tibbin əsas yanaşmaları:
1. Antioksidantların istifadəsi.
2. Mitoqormezis - stres təsirinə cavab olaraq adaptasiya mexanizmlərinin işə salınması. Bu zaman mitoxondriyaların işinin adaptiv yaxşılaşması qeyd olunur.
3. Mitoxondriyaların biogenezinin və dinamika proseslərinin canlandırılması.
4. Mitofagiyanın stimulyasiyası.
5. Mitoxondriyaların elektron-nəqliyyat zəncirinin optimallaşması.
6. Mitoxondriyaların daxili membran lipidlərinin sabitləşdirilməsi.
7. Mitoxondriyaların transplantasiyası.
8. Mitoxondrial DNT-un gen redaktəsi.
Mitoxondriyalarda keçən proseslər qarşılıqlı əlaqədədir, bu səbəbdən göstərilən istiqamətlər kəsişə bilər. Misal üçün, mitoxondri­ya membranının sabitləşməsi mitofagiya proseslərinin keyfiyyətini artırır.
Bundan başqa, mitoxondrial tibb istiqamətlərinə aiddir:
• mitoxondriya funksiyalarının diaqnostikası;
• konservativ yanaşmalar (həyat tərzinin dəyişməsi);
• innovasion yanaşmalar (mitoxondriyaların transplantasiyası, mitoxondriyaların gen terapiyası, genlərin nüvəyə köçürülməsi və s.).
Hədəf - kardiolipin
Kardiolipin - normada yalnız mitoxondriyaların daxili membranında yerləşən və orada da sintez olunan fosfolipiddir. İbarət olduğu dörd asil zəncir qliserin və iki fosfat başlıqla birləşərək "dayanıb durur". Kardiolipinin tərkibindəki yağlı turşular toxumadan toxumaya fərqlənir. Əzələ və ürək mitoxondriyalarında bu, əsasən, linol turşusudur. Beyində kardiolipinin yağlıturşulu tərkibi daha müxtəlifdir: polidoymayan yağlı turşular, araxidon və dokozaheksayen turşuları. Kardiolipinin unikal konik forması qeyri-biqatlı strukturlara aqreqasiya olunur və mitoxondriya kristləri əmələ gətirir.
Terapiya məqsədi ilə kardiolipin prekursorları olan fosfolipidlər istifadə oluna bilər. Onlardan biri fosfatidilqliseroldur. In vitro tədqiqatlarda göstərilir ki, fosfatidilqliserol mitoxondriya membranlarına quraşdırılır, ATF sintezi və oksigen istifadəsi artır, proiltihab sitokinlərin istehsalı azalır. V gksperimentax in vivo sınaqlarda hər şey, təbii ki, daha çətindir, çünki tədiqat materialının bioəlçatanlığı müəyyən suallarla üzləşir.
Sələf-fosfolipidlərdən başqa kommersiya farma­koloji preparatı - elamipretid mövcuddur. Passiv diffuziya yolu ilə hüceyrələrə hoparaq, hətta depolyarizasiyalı mitoxondriyalara sirayət edir və kardiolipinlə qarşılıqlı əlaqəyə girir. In vitro göstərilir ki, elamipretid orqanizmə bu təsirləri göstərir:
• AFT-un əmələ gəlməsini azaldır;
• oksigenin mənimsənilməsini artırır;
• kardiolipinin oksidləşməsini azaldır;
• ATF miqdarını artırır.
• Antioksidantlar oksidləşmə stresini azalda bilir, amma ATF hasilatına və tənəffüs zəncirinə təsir etmir. Onlar həm sitoplazmada (vitamin C), həm də lipid membran fraksiyasında (vitamin E) təsir edə bilir. Mitoxondriyalar hüceyrədə AFT-nun əmələ gəldiyi əsas yerdir, bu baxımdan təsiri birbaşa mitoxondriyalara yönələn target antioksidantlar işlənib hazırlanır.
• Antioksidant təsirli birləşmələrə ürək prepa­ratları da aiddir. Onların arasında renin-angio­ten­zin sistemi, angiotenzin-çevirən ferment (AÇF) inhibitorları, habelə sartanları (1 tipli angiotenzin reseptorları blokatoru) göstərmək olar.
Bəs mitoxondriyaları necə müalicə edək?
Bu gün mitoxondrial xəstəliklər, əsasən, konservativ müalicə edilir, lakin mitoxondrial disfunksiya dərəcəsi yüksəkdirsə, yaxud anadan­gəl­mə mitoxondrial xəstəliklər varsa, bu müalicə yetərli deyil. Mitoxondriyaların normal işi təkcə mitoxondrial xəstəliklərdə deyil, Altsgeymer və Parkinson xəstəliklərində, diabet, sarkopeniya, insulinrezistentliyi xəstəlikləri və insult, miokard infarktı, orqanizmin qocalma prosesi zamanı da pozulur. Məlumdur ki, yeni mitoxondriyaların çatdırılması və ya onların pulunun bərpası terapevtik effekt verə bilər. Alimlərin fikrincə, mitoxondrial terapiyanın yeni paradiqması "təzə" orqanellərin çatdırılmasına əsaslanır, istər auto­loji (eyni orqanizmdən), istər heteroloji (başqa orqanizmdən). Hüceyrəyə mitoxondriyaların süni yeridilməsi yaşdanasılı mitoxondrial disfunksiyanın əsas problemini həll edə bilər, yəni hüceyrənin normal işi üçün vacib olan "yaxşı" mitoxondriyaların miqdarını hədəf səviyyəyə qədər artırmaq.
Qeyd etmək vacibdir ki, in vivo mitoxondriyaların hüceyrədən-hüceyrəyə ötürülməsi normal və orqanizmdə geniş yayılmış prosesdir. Orqanizmin hüceyrələri mtDNT ilə mübadilə edə bilər (ekzosomlar, mikrovezikullar, apoptotik cisimciklərin tərkibində), hətta başqa hüceyrələrə bütöv mitoxondriya ötürə bilər (mikrovezikullar və tunnel nanoborucuqların vasitəsi ilə). Mitoxondriyaların donorları mezenximal kök hüceyrələri, fibroblastlar, astrositlər, aktivləşmiş trombositlər və bəzi başqa tip hüceyrələr ola bilər.
Mitoxondriyaların in vivo köçürülməsi bir sıra fizioloji funksiyanı yerinə yetirir:
• zədələnmə vaxtı hüceyrənin apoptozdan qorunulması (astrositlər neyronları "xilas" edir);
• hüceyrələrin yenidən proqramlaşdırılması və differensiyası;
• immun proseslərdə iştirak (mitoxondriyaların mezenximal kök hüceyrələrdən makrofaqlara transferi sonuncuların faqositar aktivliyini gücləndirir).
Milli.Az

Xəbərlər     Baxılıb: 979   Tarix: 02 sentyabr 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

turlar.az

qis geyimləri 2026 toy makiyajlari yaz geyimleri 2026 əkizlər bürcü aybasi ucun derman saç kəsimləri şirniyyat kosmetika haxisda rəksanə yemekler veten haqqinda bayatilar əqrəb