Möcüzəvi faydalara malik pivə mayası - ARAŞDIRMA

Möcüzəvi faydalara malik pivə mayası - ARAŞDIRMAPivə mayası faydalı müalicə məhsuldur. Pivə ilə müqayisədə onun tərkibində spirt yoxdur və bu səbəbdən pivə mayasını həm böyüklər, həm də uşaqlar qəbul edə bilər.
Cücərdilmiş buğda və mayaotundan hazırlanan pivə mayası tam təbii məhsuldur. Onun tərkibində bir çox faydalı vitaminlər (xüsusilə B qrupu vitaminləri) və minerallar var. Belə zəngin tərkibə görə pivə mayası orqanizmə ümumi möhkəmləndirici təsir edir, orqanizmin tonusunu artırır, immun, sinir və mədə-bağırsaq sisteminə çox müsbət təsir edir.
Pivə mayası stress, depressiya, yuxusuzluqdan əziyyət çəkənlər üçün çox faydalıdır - sakitləşdirir, yuxunu tənzimləyir, sinir sistemini möhkəmləndirir. Həzm problemlərləri, iştahasızlıqdan əziyyət çəkənlər də bu təbii məhsuldan faydalana bilərlər. Pivə mayası qidanın həzmini və nazik bağırsaqda sovrulmasını yaxşılaşdırır, mədəaltı vəzinə müsbət təsir edir, iştahanı artırır.
Pivə mayası orqanizmi ziyanlı maddələrdən təmizləyir.
Pivə mayası həm də kosmetik məhsuldur. Bu məhsul saç, dəri və dırnaqların sağlamlığına olduqca müsbət təsir edir. Onun qəbulundan sonra saçlar canlı və möhkəm olur, daha tez uzanır, onların tökülməsi azalır, dəri civzələr, iltihablar, ləkələrdən təmizlənir, dırnaqların vəziyyəti yaxşılaşır.
Gözəllik üçün pivə mayasını həm daxilə qəbul etmək, həm də maskaların tərkibinə əlavə etmək lazımdır.
Pivə mayası apteklərdə toz, qranullar və həblər şəklində satılır. Pivə mayasını qablaşdırmanın üzərində olan təlimata uyğun qəbul etmək lazımdır. Həb şəklində olan pivə mayası gündə 3 dəfə yeməkdən sonra 2 həb olmaqla qəbul olunur. 3-12 yaş arası uşaqlar üçün - 1 həb. Pivə mayası 1 ay ərzində qəbul edilir.
Nəzərə almaq lazımdır ki, pivə mayası bəzən allergik reaksiyalara və həmçinin köp və ishala səbəb ola bilər. Bu halda pivə mayasının qəbulunu dayandırmaq lazımdır.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1580   Tarix: 16 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

turlar.az

geyim dəbləri sade makiyaj sekilleri reseptler soda maskasi körpələrdə süni qidalar tərbiyə qripdən qorunmaq kosmetika xanım az cinsi intim munasibetler bahar ziyafet geyimleri