MOERMAN PƏHRİZİ: 150 xərçəng xəstəsindən 115-i tam sağalıb

MOERMAN PƏHRİZİ: 150 xərçəng xəstəsindən 115-i tam sağalıbƏn qorxulu xəstəliklərdən sayılan xərçəngin müalicəsində tətbiq olunan üsullardan biri də pəhrizdir. Reviçi, Qurzonu, Broys, Nişi, Qouler, Şatalova, Qrinizeyşn və digər pəhrizlər həmin qida sistemlərinə aiddir.
Sherg.az xəbər verir ki, dəhşətli xəstəlik əleyhinə tətbiq edilən ən məşhur qida sistemi Moerman pəhrizidir.
Kornelus Moerman XX əsrdə Niderlandda yaşayıb və 96 yaşında vəfat edib. O, öz metodu ilə xərçəng xəstəliyinə tutulan 150 xəstədən 115-ni tam sağaltmağa nail olub. Lakin tibb elminin həmin üsulu qəbul etməsi heç də asan başa gəlməyib. həkimlər niderlandlı təbibin pəhriz üsulunu təpki ilə qarşılayır və səbəb kimi sistemin sadə olduğunu arqument göstərirdilər. Pəhriz rahat tapılan və hər kəsin əldə edə biləcəyi ərzaqlardan ibarətdir. Hətta Moerman pəhrizi həkimlərin ümidsiz yanaşdığı və yaxud müalicəsindən imtina etdiyi ən çarəsiz onkoloji xəstələrin də sağalmasına kömək edib. 1987-ci ildə Niderlandın səhiyyə nazirliyi Moermanın pəhriz metodunu təsdiq edib. Xərçəng əleyhinə yönələn həmin pəhrizi ikiqat Nobel mükafatçısı L. Pollinq də dəstəklədiyini bildirib. (azərtac)
Moerman pəhrizi nəticəsində xəstənin immun sistemi güclənir, həmçinin çoxlu miqdarda təbii ərzaqların davamlı şəkildə qəbulu maddələr mübadiləsini qaydaya salır.
Dünya səviyyəsində həkim və xəstələrin rəğbətini qazanmış Moerman metodunun əsasını çiy və buxarda hazırlanmış tərəvəzlər- yaşıl noxud, kartof, çəfəri, rəvənd, kələm (hətta turşuya qoyulmuşu da), meyvələr- portağal, limon, alma, kök, çuğundur, onlardan çəkilmiş təbii şirələr, kəpəkli undan hazırlanan çörək, təmizlənməmiş düyü, buğda kəpəyi, yulaf və arpa yarmaları, qarğıdalı və buğda lopaları, yumurta sarısı, bal, bitki çayları, soyuq sıxma üsulu ilə alınmış zeytun yağı və dəniz duzundan istifadə təşkil edir.
Ağ çörək, makaron, şirniyyat, biskvit, pirojna və kekslər, ət və toyuq, onların bulyonları, rafinə edilmiş qənd, balıq və molyusklar, süd məhsulları, yumurtanın ağı, göbələk və göbələk bulyonu, rafinə olunmuş bitki yağı, konservant və rənglər, xörək duzu, spirtli içki, tünd çay və qəhvə qəbul edilməsi məsləhət görülmür.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1035   Tarix: 08 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

turlar.az

geyim şəkilləri yaz geyimleri 2026 geyim necə seçməli dirnaq maskalari analiq məktəbi sifahi xalq edebiyyati qis salatlarinin hazirlanmasi kosmetika haxışda gözəllik vətənə aid bayatı veten haqqinda atalar sozu hamilelik