Mövsümi soyuqdəyməni koronavirusdan necə fərqləndirək?

Mövsümi soyuqdəyməni koronavirusdan necə fərqləndirək?Boğaz ağrısı hər bir insana tanışdır, həyatımızda ən azı bir dəfə, hətta ən sağlam adam udqunarkən, danışarkən və istirahət zamanı belə boğazında narahatlıq, ağrı hiss edir. Tibbi statistika onu göstərir ki, daha tez-tez boğaz ağrısı uşaqlarda qeydə alınır. Bu, immun sistemindəki çatışmazlıqlar (tam formalaşmamış) səbəbindən xəstəliklərin inkişaf meylinin artması ilə əlaqədardır. Onu da qeyd etmək lazımdır ki, uşaqlar boğaz ağrısını əksər hallarda temperatur olmadan keçirirlər, əsas səbəb yenə də tam formalaşmamış immun sistemidir. Boğaz ağrıları ilə bağlı şikayətlər xüsusilə mövsümi olaraq artır.
Boğaz ağrısının əsas səbəbləri. Udma zamanı xoşagəlməz simptomlar ən çox belə xəstəliklərlə rast gəlinir: virus infeksiyası (KRVİ), badamcıqların birinin bakterial infeksiyası (ən çox streptokokk mənşəli), kəskin faringit (allergik, zəhərli və ya alimentar mənşəli), xroniki faringit (kataral, dənəvər və ya atrofik formalı), nevrotik mənşəli ağrı, zəhərli maddələrlə boğazın və ya qırtlağın qıcıqlanması (siqaret tüstüsü, zərərli istehsal tullantıları və s.), termal və kimyəvi yanıqlar, xarici əşyaların daxil olması (balıq sümükləri, şüşə parçaları və s.), uğursuz cərrahi müdaxilələr (traxeotomiya və ya tonzilektomiya).
Çox zaman boğazdakı ağrı xüsusilə də udma zamanı yaranan ağrının əsas səbəbi virus və ya bakterial mənşəli infeksiyadır. Patogen mikrob, hava və ya məişət yolu ilə ağız-udlağın selikli qişasına daxil olur, orada məskunlaşır və aktivləşməyə başlayır. Selikli qişanın mexaniki zədələnməsi və soyuqdəymə immuniteti zəiflədir, xəstəlik törədən bakteriyaların artıb çoxalmasına səbəb olur.Tərləmə, ağrı, səsin dəyişməsi və öskürək patogen floranın böyümə və çoxalması zamanı ifraz etdiyi toksinlərin təsirindən yaranan əlamətlərdir.
Covid-19 zamanı rast gəlinən əlamətlər: Koronavirusun ən çox rast gəlinən simptomları - temperatur və kəskin öskürəklə yanaşı, xəstələrdə şiddətli boğaz ağrıları da müşahidə olunur. Covid -19 xəstələrindəki boğaz ağrısı fərqli olur. Beləliklə, virusa yoluxanlarda boğazın arxa hissəsi qırmızı rəngdə olur və ağızda xoşagəlməz bir dad yaranır. Bundan əlavə, boyundakı limfa düyünləri böyüyə bilər. Boyundakı genişlənmiş limfa düyünü də narahatlığa və boğazda sanki bir parça olması hissinə səbəb ola bilər. Koronovirus çox zaman qırtlağın arxa hissəsini zədələyir. Bəzən ağrı qulağa da verə bilər, boğazda quruluq  əmələ gəlir.
Boğazda yaranan ağrı və şişkinliyin intensivliyi selikli qişada olan virusların çoxluğundan asılıdır. Virusların miqdarı nə qədər çox olsa, kəskin, dözülməz  boğaz ağrısının olması ehtimalı bir o  qədər yüksəkdir.
Boğaz ağrısının müalicəsi. Boğaz ağrısının səbəbindən asılı olaraq xəstəyə virusəleyhinə və ya antibakterial dərmanlar təyin olunur. Angina zamanı isə düzgün antibiotik və ya effektiv virusəleyhinə dərman təyin etmək, eyni zamanda yerli təsirli antiseptik və ağrıkəsici vasitələrdən istifadə etmək vacibdir. Faringit, tonzillit, herpetik boğaz ağrısı, adenoidit və laringit zamanı əksər hallarda törədicisi virus infeksiyası olduğu üçün virusəleyhinə dərmanlarla müalicə aparmaq uğurlu nəticə verir.
Boğaz üçün sorma pastillərdən istifadə etdikdə, tez bir zamanda boğazdakı ağrını aradan qaldırmağa, toxumaların şişkinliyini və qızartını azaltmağa, iltihabın mərkəzindəki bakteriyaların konsentrasiyasını azaltmağa kömək edir.
Təbii komponentlərlə müalicə təhlükəsiz və effektiv sayılır. Bitki mənşəli dərmanları böyüklərə, uşaqlara, hamilə qadınlara, yanaşı  xəstəliyi olan insanlara və antibiotiklərə qarşı həssas olanlara da təyin etmək mümkündür.
Boğaz ağrısı üçün bitki mənşəli preparatlar sorma pastil formasında istehsal olunur. Bu sorma pastillərin tərkibinə kompleks bitkilər daxildir. Biyan kokü, exinaseya, nanə, evkalipt, zəncəfil, zərdəçal və ardıc ekstraktları qeyri-spesifik immun sisteminin müdafiə faktorlarını aktivləşdirir, iltihab və şişəleyhinə təsir göstərirlər.
Bitki mənşəli sorma pastillər apteklərdən reseptsiz satılır.
Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.
Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliklərlə yanaşı müxtəlif xəstəliklərə qarşı effektiv və təsirli bir mübarizə üçün yüksək keyfiyyətli dərmanlar, təbii dərmanlar, kosmetik və gigiyena məhsulları, uşaq qidaları və tibbi ləvazimatlar üçün *7700 ilə əlaqə saxlayaraq axtardığınız dərmanları pulsuz çatdırılma ilə əldə edə bilərsiniz.
Sifariş üçün:
+99455 251 77 00 (WhatsApp) nömrəsinə yaza, və ya * 7700 ilə əlaqə saxlaya bilərsiniz.
Mobil tətbiq aptekonline.az.
Mobil tətbiqi buradan yükləyin:
aptekonline.az/qr /news.milli.az

Xəbərlər     Baxılıb: 1733   Tarix: 26 mart 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

turlar.az

qaşların formalari gozel gorunmek sac duzumleri aybasi cantalar 2026 qiz usagini acmaq qisa saclarin yigilmasi kosmetika bahar oğlan evine aid hakisda faydalı məsləhətlər seksler novruz bayramına aid bakışta