Mübariz Mənsimov "ölüm ayağındadır"

Mübariz Mənsimov "ölüm ayağındadır"Xəbər verildiyi kimi 2017-ci il sentyabrın sonlarında azərbaycanlı gəmiçilik maqnatı Mübariz Mənsimovun "Palmali" şirkəti digər azərbaycanlı maqnat Vahid Ələkbərovun "Lukoil" şirkətinin törəməsi olan "Litasco" treydinq şirkətini London məhkəməsinə verib. İddiaya əsasən "Litasco" "Palmali"yə 2 milyard dollar ödəməlidir.
Xanim.az Ölkə.Az - a istinadən xəbər verir ki, bu gün "Nezavisimaya qazeta" nəşri həmin iddia ətrafında baş verənlər haqda yazıb. Məqalədə deyilir ki, "Palmali" "Litasco"nu müqavilə öhdəliklərini yerinə yetirməməkdə, başqa sözlə "Palmali" ilə bağlanmış müqavilədə göstərilmiş həcmdə neft həcmi verməməkdə günahlandırır.

Buna cavab olaraq Vahid Ələkbərov bildirib: "Bu gün bildiyiniz kimi "Palmali" müflisləşmə ərəfəsindədir. Mən belə fikirləşirəm ki, bu məhkəmə iddiası sadəcə olaraq diqqəti yayındırmaq üçündür. Bizim əlimizdə sənəd var, hansı ki, onlar 2015-ci ildə imza atıblar ki, bizə hansısa iradları yoxdur". (Qəzet Ələkbərovun açıqlamasını rns.online portalına istinadla verir).

Məqalədə deyilir ki, "Palmali"nin "Lukoil"un törəmə şirkətini məhkəməyə verib-verməməsi, bu iddianın nə dərəcədə əsaslı olması bir tərəfə, türk şirkətinin özü və onun sahibi qanunsuz işlərə getdikcə daha çox bulaşır.

Belə ki, 2013-cü ildə Rusiyada vergi xidmətinin yoxlaması zamanı "Palmali"nin bu ölkədəki törəmə şirkəti olan "Palmali" MMC-nin iri məbləğdə vergidən yayındığı üzə çıxıb.
2016-cı ilin yanvarında Rusiya İstintaq Komitəsinin Cənub istintaq idarəsi Federal Vergi Xidmətinin materialları əsasında "Palmali" MMC-nin direktoru Aleksey Mixeyelovun barəsində cinayət işi qaldırıb. O, iri məbləğdə vergidən yayınmaqda ittiham olunur. Direktorun bu vergi maxinasiyalarını özbaşına, yoxsa "Palmali"nin sahibi Mübariz Mənsimovla əlbir həyata keçirdiyi haqda suala müstəntiqlər cavab verməyiblər. Hərçənd ağlabatan deyil ki, Mənsimovun bunlardan xəbəri olmasın. Xüsusən də söhbət 1.2 milyard rubl vergidən yayınmadan gedirsə.

Sənədlərə əsasən 2013-cü ilin sonlarında Rostovda qeydiyyatdan keçmiş "Palmali" MMC-nin səhmlərinin sahibi olan Türkiyə şirkəti "Palmali" Gemi Hizmetleri ve Agentelik Anonim Sirketi Rusiyadakı firmanı satmağı qərara alır. Alıcı kimi isə Maltada qeydiyyatdan keçmiş "Palmali Holding Co. Ltd" çıxış edir. Baxmayaraq ki, hər iki şirkətin sahibi eyni adamdır-Mübariz Mənsimovdur. Başqa sözlə, bu alqı-satqı bir cibdən alıb o biri cibə qoymaqdır. Hərçənd "Deloitte Malta" audit şirkətinin hesabatına əsasən "Palmali" MMC 230 milyon dollara satılıb.

Bu sövdələşmənin əsasənda "Palmali" Gemi Hizmetleri və Agentelik Anonim Sirketi 2013-cü ildə "Palmali Holding Co. Ltd"-dən avans kimi 140 milyon dollar alıb. 2014-cü ildə isə pulun qalanı-40 milyon dollar ödənilib. Baxmayaraq ki, "Palmali" MMC-nin səhmlərini "Palmali Holding Co. Ltd" 2014-cü ilin yanvarında almışdı. Ən maraqlısı isə budur ki, alqı-satqı müqaviləsi 2015-ci il noyabrın 5-i tarixə imzalanıb. Lakin müqavilədə şirkətin 230 milyon dollara yox, 38 dəfə ucuz-6.1 milyon dollara satıldığı göstərilir. Nəticədə Türkiyə şirkəti Rusiya büdcəsinə 44.8 milyon dollar vergi ödəməli olduğu halda cəmi 1.22 milyon dollar ödəyib.

Lakin Mübariz Mənsimov təxmin edirdi ki, Rusiyanın vergi orqanları bu sövdələşməni araşdıracaqlar. Ona görə də tərəflər əvvəlcədən müqaviləyə belə bənd daxil etmişdilər: "Satıcı təminat verir ki, bu müqaviləni bir sıra şərtlər üzündən özü üçün olduqda əlverişsiz şərtlərlə bağlayır".

Lakin həmin bənd "Palmali"ni xilas etmədi. Vergi orqanları bu maxinasiyanın üstünü açdı. "İstənilən biznes, xüsusən də böyük və ciddi biznes şirkətin imicinə əsaslanır. Bu dünyada belə deyirlər: "Siz mənim sözümü götürüb banka qoya bilərsiniz". Mübariz Mənsimovun sözü isə bu gün belə təəsürat yaranır ki, heç əzik quruşa da dəymir. Demək olar ki, Mübariz Mənsimovun tanker donanması sürətlə dibə gedir. Onun şirkəti isə imicini, tərəfdarlarını, etibarını görünür çoxdan itirib"-"Nezavisimaya qazeta" yazır.

Xəbərlər     Baxılıb: 11794   Tarix: 10 noyabr 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

turlar.az

kosmetika mehsullari geyim və ayaqqabılar geyim necə seçməli qadinlarda soyuqdeyme bizim mətbəx qadın kostyumları gözəl xanım kosmetika mikayıl abdullayev efsaneler haxışda badambura qurd ve quzu