Müğənni Afət Fərmanqızı nazirə cavab verdi - "Hələ yenə oxuyacam"

Müğənni Afət Fərmanqızı nazirə cavab verdi - "Hələ yenə oxuyacam"O, hələ Nəsiminin başqa mahnılarını da sintez edərək oxuyacağını qeyd edib.

Müğənni Afət Fərmanqızı ötən gün mədəniyyət naziri Əbülfəs Qarayevin onun "Pəncü şeş" ifasını tənqid etməsinə öz şəxsi İnstagram hesabında münasibət bildirib.

AzNews.az xəbər verir ki, müğənni nazir tərəfindən tənqid edilməsini müsbət hal kimi qiymətləndirsə də incikliyini gizlədə bilməyib.

O, hələ Nəsiminin başqa mahnılarını da sintez edərək oxuyacağını qeyd edib:

"Hörmətli nazir, əvvəla çox sağ olun ki, 18 illik fəaliyyətim dövründə sənət əsərləri oxuyanda heç bir reaksiya vermədiyiniz halda bu mahnımla bağlı reaksiya verdiniz. Bu, özü bir uğurdur. Ümummilli liderimiz Heydər Əliyevin qurduğu demokratik Azərbaycanın demokratik, söz azadlığına sahib olan vətəndaşıyam. Möhtərəm İlham Əliyev cənabları ölkəmizdə elə bir şərait yaradıb ki, biz vətəndaşlar öz sözümüzü hər yerdə çəkinmədən ifadə edirik. Mən də Azərbaycan qanunvericiliyinə uyğun olaraq, Hindistanla əlaqələrimizi də nəzərə alaraq musiqidə sintez etdim. Xalq tərəfindən də yüksək sevgiyə layiq görüldüm. Xalqın mənə və sözügedən mahnıya sevgisinin qarşısını almaq mümkün deyil.

Ərəb mahnısı ilə sintez edərək yenə Nəsimiyə müraciət edəcəm. Efirlər məni xalqın istəyi ilə dəvət edirlər. Etməsinlər, getməyim".

Qeyd edək ki, ötən gün nazir Əbülfəs Qarayev jurnalistlərin son dövlər efirləri zəbt edən Afət Fərmanqızının dahi klassikimiz İmadəddin Nəsiminin "Sığmazam" qəzəlindən istifadə edərək hind musiqisi üzərində oxuduğu "Pəncü şeş" adlı mahnısı ilə bağlı sualını cavablandırarkən bunları deyib.

"Xüsusi ilə böyük ədiblərimizin yaratdığı qəzəllərin müasir tərzdə təqdim olunmasına nə qədər maraqlı olsaq, keyfiyyəti baxımından ciddi və daxili nəzarət olmalıdır. Yaradıcılıq elə bir şeydir ki hər insan öz qadir olduğu formada onu edir. Onun dünya görüşü, yaradıcılığı, ifa etdiyi, bəhs etdiyi, əsərlərdə biruzə verir. Elə əsərlər var ki, uğurlu, elələri var ki, uğursuz olur. Elə əsərlər olur ki, dildən-dilə səs salır, elələri var ki cəmiyyət tərəfindən qəbul olunmur. Bu yaradıcılıq prosesidir. Mən burdan sizin vasitənizlə tövsiyə edirəm ki, Azərbaycanın böyük, dahi ədəbi incəsənətlə bağlı olan mirası var. Hər bir yaradıcı insan öz daxilində məsuliyyəti hiss etməli və dərk etməlidir. Mən bu məsələylə bağlı yalnız televiziya kanallarına məktub yaza bilərəm ki, bu cür nümunələrin yayılmasına nəzarət olunsun".

Xəbərlər     Baxılıb: 2490   Tarix: 06 mart 2019
f Paylaş

Oxşar xəbərlər

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

turlar.az

geymler 2026 kosmetika mehsullari qadın geyimi gözəllik yuxu yozmalar yumurta ile uz maskalari buruq saclara qulluq kosmetika novruz bayramina aid faydalı maskalar fitat qiz evi novruz hakısdası