Müğənni Alişan: 'Ağıllanmayacaqlar, şərəfsizcəsinə hücum ediblər' - FOTO
Türkiyəli müğənni Alişan da Azərbaycana başsağlığı verən məşhurlar sırasında yer alıb.
azxeber.com BAKU.WS-ə istinadən xəbər verir ki, o, 2.7 milyon izləyicisi olan instaqram hesabında Azərbaycanla Türkiyənin dövlət bayraqlarının fotosunu paylaşaraq "Can Azərbaycan. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm" sözlərini yazıb.
Sənətçi ötən gün erməni silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində ordumuza qarşı törətdiyi təxribatı qətiyyətlə pisləyərək öz etirazını bildirib:
"Ağıllanmırlar və ağıllanmayacaqlar. Sülhü və atəşkəsi fürsət bilib yenə şərəfsizcəsinə hücum ediblər. Artıqlaması ilə cavab verilir, veriləcək də..."
Xatırladaq ki, müğənnilər Demet Akalın, Özcan Deniz və Hadise də həmkarları Alişan kimi paylaşımları ilə Azərbaycana dəstək olub, başsağlığı veriblər.











Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin