Müğənni Cavad Rəcəbov: "Həyat yoldaşımla intihar etmək qərarına gəldik" - VİDEO
Müğənni Cavad Rəcəbov vaxtilə həyat yoldaşı ilə birgə intihar fikrinə düşdüyünü açıqlayıb.
Azxeber.com xəbər verir ki, o, bu barədə ARB TV-də yayımlanan "Onun Sirri" verilişində qonaq olarkən danışıb.
"1975-ci ildə dostumla birgə bir ailəyə qonaq getmişdik. Orada indiki həyat yoldaşım Nuranə xanımı gördüm. Dostuma dedim ki, bu qıza vurulmuşam. Ondan telefon nömrələrini alıb zəng etdim. Danışmağa başladıq. Ailəsi xəbər tutdu. Onlar varlı ailə idi, mənsə toylarda nağara ifa edən biri. Mənə xəbər göndərdilər ki, sən hara, biz hara? Bu işdən əl çək, amma biz yolumuzdan dönmədik. Ard-arda hədələndim. Məni döydürdülər. Ölümlə hədələnirdim, hətta bir dəfə yük maşını ilə mənim idarə etdiyim avtomobilin üstünə sürdülər. Nuranə xanımla qərara gəldik ki, intihar edək. Gün də təyin etmişdik. Ailəsi bu planımızdan xəbər tutdu. Bizə xəbər göndərdilər ki, intihardan əl çəksinlər, biz fikirləşərik. Nəhayət 1981-ci ildə evləndik", - deyə ifaçı bildirib.









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?