Müğənni Xatirə nişanlı avtoritetlə SEVGİLİ İMİŞ: 4 il qeyri-rəsmi nikahda yaşayıb və...

Müğənni Xatirə nişanlı avtoritetlə SEVGİLİ İMİŞ: 4 il qeyri-rəsmi nikahda yaşayıb və...Fədayə Laçının həbsinin ardından kriminal dünyanın "ulduzları" ilə sevgi yaşamış sənət adamları gündəmə gəlib.

Xanim.az a24.az-a istinadən xəbər verir ki, tanınmış müğənni Xatirə İslam "Spartak" ləqəbli avtoritetlə sevgili olub.

Heç kəsə sir deyil ki, ifaçı "Texnikabank"ın Bakı filialının sabiq rəhbəri Zal Yusifovun 8 il həbs cəzası almış "Spartak" ləqəbli oğlu İslam Yusifovla sevgili olub. Hətta o da iddia olunur ki, Xatirənin götürdüyü "İslam" təxəllüsü də məhz sevgilisinin adı ilə bağlıdır. Sadəcə, xalqın gözündən pərdə asmaq məqsədilə bu təxəllüsü mərhum Xalq artisti İslam Rzayevin adı ilə bağlayıb. Xatirə İslam özü bu sevgi barədə etiraf etməsə də, "Spartak" istintaqa ifadəsində Xatirəni 16 yaşında tanıdığını, 4 il qeyri-rəsmi yaşadıqlarını, müğənniyə külli miqdarda pul xərclədiyini bildirib:

"Ona 2 ev, 30-40 min dollar cibxərcliyi, klip üçün 50 min, ofis üçün 60 min manat, "Audi Q7" üçün 40 min dollar, "Range Rover"in kreditindən 20 min dollar, bağının təmiri üçün 50 min dollar, axırda da 100 min manat pul vermişəm. Ona bir neçə daşınmaz əmlak, ev və avtomobil almışam".

İslam Yusifov ifadəsində göstərmişdi ki, Xatirənin aldığı iki evin pulunun bir hissəsini ödəyib. Həmin evlərdən birini Xətai metrostansiyasının arxasında yerləşən "Ləpələr" MTK şirkətinin tikdiyi yeni binada, digərini isə Göy məscidin arxasında yerləşən yeni tikilmiş binadan alıb: "Xətai metrostansiyasının arxasında yerləşən binadakı mənzil 3 otaqdan ibarətdir və bildiyimə görə, anasının adınadır. Həmin evin alınması üçün 30 min dolları şirkətə ödəmişəm, 20 min isə Xatirənin özünə vermişəm. Yəni həmin evin alınması üçün 50 min dollar pul ödəmişəm".

İslam Yusifov ifadəsində Xatirənin onu təhdid etdiyini də bildirmişdi: "2008-ci ilin iyun ayında ailə həyatı qurmağa hazırlaşdığı üçün Xatirə ilə münasibətlərimə son vermək qərarı verdim. Lakin Xatirə məni şantaj edərək münasibətlərimizin qurtarması üçün 100 min ABŞ dolları istədi. Əks təqdirdə, ailəmə və nişanlıma zəng vuraraq, aramızda olan hər şeyi danışacağını bildirdi. Buna görə də Xatirə mənə 2-3 gün vaxt verdi və məndən xarici pasportumu tələb etdi. Mən də onu sakitləşdirmək məqsədilə xarici pasportumu ona verdim. Bir qədər sonra isə 100 min dolları Xatirəyə ödəmək qərarına gəldim".

Cinayət işinin materiallarından o da məlum olmuşdu ki, İslam Yusifov Xatirəyə "Xalq artisti" adı verilməsi üçün Milli Məclisin deputatlarından birindən də xahiş edibmiş. Həmin deputat da istintaqa verdiyi ifadəsində qeyd edib ki, "Xalq artisti" adının verilməsi onun səlahiyyətləri çərçivəsində həll edilmir və adı ölkə prezidenti verir.

Xəbərlər     Baxılıb: 8602   Tarix: 01 noyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

turlar.az

qadin dunyasi geymler 2026 maskalar azərbaycan haqda qadın alt paltarları idmandan sonra ne yemek lazimdi oxsamalar kosmetika novruz bayrami cinsi əlaqə kökəlmək üçün baldiza aid haxisda mikayıl abdullayev