Murad Arif: 'Türklük və Türkçülük haqqında danışanda aqressivləşənlər var
Müğənni Murad Arif sosial şəbəkədə etdiyi paylaşımla diqqət çəkib.
azxeber.com xəbər verir ki, o, Türklük, Türkçülük, Turan, Türk dili, Gök Tanrı və Tenqrizm mövzularında fikir bildirdikdən sonra bəzi şəxslərin aqressiv reaksiyası ilə qarşılaşdığını bildirib.
Murad Arif qeyd edib ki, həmin şəxslər arqumentli müzakirə aparmaq əvəzinə təhqir və ittihamlara üstünlük verirlər:
"Elə adamlar var ki, Türklük, Türkçülük, Turan, Türk dili, Gök Tanrı və ya Tenqrizm (halbuki mən deistəm) barədə fikir bildirən kimi narahat olurlar, aqressiyalarını gizlədə bilməyib səhifəmə axışırlar. Söhbət polemikadan getmir. Birbaşa təhqirə və qaralamağa başlayırlar."
Sənətçi paylaşımında bu cür münasibətin səbəbinin özgüvənsizlik və narahatlıq olduğunu düşündüyünü vurğulayıb:
"Bu nə həyasızlıq? Bu nəyin narahatlığı və özgüvənsizliyidir ki, sizdə? Qədimdən qədim tariximizi, adətləri unudaq? Xeyir ola? Nə yaxşı ki, qarnınızın ağrısını yaxşı bilirəm və əqidəmi ədəbimlə, savadımla təbliğ edəcəyəm. Özünüzü məndən üstün, savadlı, bilgili sanıb mənə "manıs" deməyiniz ayrı bir istehzadır. Yəni sizin dediyiniz "manıs" olsaydım, bu qədər yandırmazdı, hər halda".
Aysel









Vətən haqqında bayatılar
Qadınları orqazma çatdıran 7 seks pozası
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir
"İflic olacağam və yataqda qalacağam
"Hər həftə bir ev alırdım
Məşhur aktyor 22 kilo arıqladı
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi