Murad Arifdən SƏRT SÖZLƏR: "Şortik geyinən gic, savadsız və avara..." - VİDEO

Murad Arifdən SƏRT SÖZLƏR: "Şortik geyinən gic, savadsız və avara..." - VİDEOMəşhur aparıcı Murad Arif cəmiyyətdə çoxlarının müzakirə etdiyi şortik mövzusuna toxunub.

BiG.AZ xəbər verir ki, gənclərin şəhərdə keçirilən "Şortik geyinənlərə münasibətiniz necədir?" sorğusuna verilən cavablar aparıcını təəccübləndirib.

O, müasir dövrdə şortik geyinənlərə normal münasibət bəsləməyən şəhər əhalisini qınayıb. Muradın fikirlərini təqdim edirik:

"Əslində söhbət mentalitet və ya din söhbəti deyil. İşin kökündə avaraçılıq, kütləvi savadsızlıq və paxıllıq dayanır. Söhbət heç şortikdə də deyil. Geyim düşüncənin əksidir. Fərqli geyim, məhz fərqli düşüncədən və daxili azadlıqdan xəbər verir. Demirəm ki, şortik geyinənlər inkişaf edib, yox! Şortik geyinən o qədər gic, savadsız və avara var ki... Amma, ümumi götürsək, bəli, bu geyim, geyinə bilməyənlərin kompleksini üzlərinə vurur. Yəni,
"Bax... Necə sərbəstdir?! Necə müstəqildir?! Yəqin xarici dil də bilir? Bəlkə də xaricdə oxuyub (ya hazırlaşır)! Lap xarici kinolardakı cavanlar kimi görünür. Yəqin əcnəbi dostları da var. 100 faiz yaxşı yerdə də işləyir... Kaş mən də elə azad ruhlu olaydım. Amma məhləmizdəki "qaqaşlar" nə deyər? Birdən mənə yaxşı oğlan (yaxşı qız) kimi baxmazlar. Birdən şortik geyinsəm evdə qalaram. Gəl, o zaman şortik geyinənlərə pis baxım, lağa qoyum, onları alçaldım. Heç kəs fərqli, rəngarəng, işiqlı olmasın! Axı mentalitetimiz var!".

Yəni, işin kökündə əsasən bu dayanır. Xəbərlərdə adı gedən, o arvadının başını kəsənlər, qızını zorlayanlar da şortik geyinmirdi, sözsüz. Psixoloqlar çoxdan sübut edib ki, daxili komplekslər sinir pozan şeydir. İndi görün, bu cəmiyyətdə nə qədər insan kompleksində boğulur. Adını yaza bilmir, cümlə qura bilmir, fikrini ifadə edə bilmir, amma şortikə pis baxır. Sizcə hansı daha "gülməlidir".

Müsahibədə 1 Türkiyəli qız danışdı, o da pis baxanlardan idi. Amma necə gözəl ifadə etdi?! Kor-kor, gör-gör... Bu adamların əsl problemi şortikdən də önəmli məsələdir. Təəsüflənərək utandım. Utanaraq təəsüfləndim. Heyf səndən, Bakı!".

Xəbərlər     Baxılıb: 1919   Tarix: 30 iyun 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

turlar.az

maskalar yay geyimləri 2026 sade makiyaj sekilleri hamilələrin qidalanması baliq yaginin faydalari alma cemli piroq pul kisəsi kosmetika narin faydasi ekizler pehriz hakışta lakonizm