Murad tutuquşuna görə cəza aldı, Əli isə pişiyi 9-cu mərtəbədən atdı, amma...
Türkiyədə "MasterChef" proqramı ilə məşhurlaşan və daha sonra hərəkətlərinə görə efirdən uzaqlaşdırılan Murad Özdemir adlı şəxs hirsini tutuquşudan çıxmağa çalışıb. Belə ki, o, tutuquşuna əziyyət verdiyi an lentə alınan videonu sosial şəbəkədə yayıb. Onun bu addımı başına bəla olub.
Axşam.az xəbər verir ki, Muradın əlindən alınaraq, müalicəyə aparılan tutuquşunun öldüyü bildirilib. Daha sonra isə Murad polis tərəfindən saxlanılıb. Onun bu addımı təkcə tənqidlə bitməyib, iştirakçının pul cəzası almasına qədər gedib çıxıb. İnsanlar isə buna görə Muradın həbs olunmasını tələb edirdi.
Bizdə isə müğənni Əli Mirəliyev ötən gün "Səhər-səhər" verilişində pişiyə verdiyi işgəncəni rahat efirdə milyonlarca tamaşaçı qarşısında danışıb. O, doqquzuncu mərtəbəyə çıxaraq, pişiyi oradan yerə tulladığını gülə-gülə söyləyib. Verilişin aparıcısı Elgiz Əkbər, qonağı Nahidə Orucova isə onu təəccüblə dinləyib "Bu adam manyakdır, cinayətkardır" deyir. Mirəliyev isə yenə də gülməyə davam edib.
Əli Mirəliyevin bu açıqlaması qısa vaxtda sosial şəbəkədə yayılıb. Səs-küyə səbəb olan açıqlamada heyvanlara işgəncə verən ifaçını biabır ediblər.
İnsanlar müğənninin ünvanına yüzlərlə tənqidlər yazıblar. Kimi Mirəliyevi pisləyərək "Pişiyin ahı tutsun səni. Heyvana bir edənə, Allah min edir. Elə danışır ki, guya əla hərəkət edib. Ay Allah, hələ bunu fəxrlə danışır. Bir canlıya o zülmü etdiniz, əlinizə nə keçdi? Sizi də doqquzuncu mərtəbədən atsalar durub qaçacaqsınız..." kimi şərhlər yazıb. Kimi də bu söhbətin efirdə getməsinə icazə verənləri qınayıb.
Murad bu addımına görə ruhi dispanserə göndərilib, 21 gün müalicə alınmasına qərar verilib.
http://axsam.az/?name=xeber&news_id=98918
f Paylaş








Ofeliyanın qardaşı komaya düşdü
Türkan Pərvizi kimə dəyişdi? - Yeni duet ortağı ilə ilk FOTO
Tezliklə öləcəyəm' - Sərdar Ortaçın vəsiyyəti
Oğlumun müğənni olmasına əsla razı olmaram
Damar tıxanıqlığının əsas səbəbi bu imiş
Sevgilisinin narkotiklə bağlı etirafından sonra bunu etdi
Yusuf Güney yenidən SAXLANILDI
Ayaqqabını nəm salfetlə silməyin - SƏBƏB
"Game of Thrones"in aktyoru öldü - FOTO
Məşhur aktyor ABŞ-İsrail-İran müharibəsindən film çəkir
Sen anlat Karadeniz'in aktyoruna qeyri-adi mükafat verildi
Hər gün bir stəkan içənlərin ürəyi yenilənir