Muradsız keçən 1 il... (FOTOLAR+VİDEO)
Bu gün aprel döyüşlərində qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı, Milli Qəhrəman Murad Mirzəyevin il mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, Milli Qəhrəmanın yaşadığı evdə başlayan anım tədbiri II Fəxri Xiyabanda məzarı önündə davam etdirilib.
Qəhrəman şəhidimizin anım tədbirində ailə üzvləri, qohumları, hərbçi yoldaşları, Müdafiə Nazirliyinin rəsmiləri, deputatlar Qənirə Paşayeva, Elçin Quliyev, Yasamal rayon İcra Hakimiyyəti başçısı İbrahim Mehdiyev iştirak edib.
Mərasimdə Milli Qəhrəmanın keçdiyi döyüş yolundan danışılıb və onun göstərdiyi qənrəmanlıq xüsusi vurğulanıb.
Qeyd edək ki, Murad Mirzəyev 1976-cı ildə Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. 1998-ci ildə Türkiyədə Ali Hərbi Məktəbi bitirib, ABŞ, Ruminya, İordaniya kimi ölkələrdə təlimlər keçib. M.Mirzəyev aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Zabitin nəşi aprelin 10-da Beynəlxalq Qırmızı Xaçın vasitəçiliyi ilə döyüş meydanından götürülərək Azərbaycana təhvil verilib. Aprelin 11-də II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2016-cı il 19 aprel tarixli sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə polkovnik-leytenant Mirzəyev Murad Telman oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.












Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir