Mütəxəssis: "İnsanların 1/3-i koronavirusa qarşı immunitetə malikdir"- Onlar xəstələnməyəcək?

Mütəxəssis: "İnsanların 1/3-i koronavirusa qarşı immunitetə malikdir"- Onlar xəstələnməyəcək?"Əgər xəstəliyin hər hansı bir əlaməti sizdə yaranıbsa, ilk növbədə panikaya düşməmək tövsiyə olunur, adi fəsli qrip infeksiyası kimi qəbul edərək hamımızın bildiyimiz tədbirlər görülməlidir. Emosional sferanın xəstəliyin gedişində və müalicəsində əhəmiyyəti çox böyükdür bu səbəbdən pozitiv əhval-ruhiyyəni unutmayın!"
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu həkim-terapevt, TƏBİB-in Stasionar xidmətin təşkili şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Kəmalə Ağayeva açıqlayıb.
Onun sözlərinə görə, təxminən insanların 1/3 hissəsi koronavirusa qarşı hüceyrə immunitetinə malikdirlər ki, bunlar ümumiyyətlə, koronavirusla xəstələnməyən insanlardır: "Əgər mən xəstələndimsə, demək bir daha xəstəliyə yoluxmayacam? Təkrar yoluxma halları göstərilmişdir, lakin mən əminəm ki, bu, ortalama olaraq əvvəlkindən yüngül keçəcəkdir.
60 yaş və yuxarı şəxslər, yanaşı yüksək təzyiqi, ürək və ağciyər xəstəliyi, şəkərli diabeti, onkoloji xəstəliyi, qaraciyər, böyrək xəstəliyi, bir sözlə yanaşı xroniki xəstəliyi olanlar özlərini daha çox qorumalıdırlar ki, xəstəliyin ağır gedişi onlar üçün təhlükəlidir!"
Həkim vurğulayıb ki, qorunmaq üçün sadə qoruyucu üsullardan istifadə olunmalıdır: məsafə saxlamaq, maska taxmaq, insanların bir arada toplanmasından qaçmaq, əlləri tez-tez yumaq, öskürək zamanı ağzı əllə və ya qolumuzla bağlamaq: "Xəstəliyin əlaməti olan hər bir şəxs imkan daxilində test verməlidir. Testin nəticələri açıqlananadək ətraf mühitdən təcrid olunmalıdırlar".
COVİD-19-u təsdiqləmək və ya inkar etmək üçün hansı testlərdən keçmək lazımdır?
K. Ağayeva bildirib ki, diaqnostikanın ən geniş yayılmış üsulu polimeraz zəncirvari reaksiyadır (PZR) - material nümunəsi burundan və boğazdan yaxma şəklində götürülür, virus kontaktdan bir neçə gün sonra və simptomların debyutu zamanı təyin edilir.
Exspress test PZR testdən ucuz olsa da, nəticəni daha tez öyrənməyə imkan versə də, dəqiqliyi aşağıdır.
Antitel (İgG/İgM) təyininə əsaslanan test əvvəllər keçirilmiş infeksiyanı, hətta simptomsuz keçibsə belə aşkarlamağa imkan verir. Bu testlər COVİD-19 diaqnostikası üçün yararlı deyil.
Həkim qeyd edib ki, COVİD-19-a yoluxma ilə əlamətlərin yaranması arasında adətən 5-6 gün keçir və 1-14 gün aralığında olur: "Bu səbəbdən infeksiya mənbəyi ilə kontaktda olan insanlara virusun yayılmasının qarşısını almaq məqsədilə 14 gün evdə qalmaq tövsiyə olunur. Əgər test cavabı mənfi çıxıbsa, bu nəticəyə nə dərəcədə inanmaq olar?
Bu zaman hər şey nəzərə alınmalıdır: xəstə ilə kontakt, simptomların olması. Əgər KT-də qeyri-xarakterik pnevmoniya ("buzlu şüşə" radioloji təsvirdir) aşkarlanıbsa, bu zaman hətta mənfi test cavabı olsa da, xəstə COVİD-19 kimi dəyərləndirilir. Koronavirusun ilk başladığı yer olan Çin Xalq respublikasının Uhan şəhərində bir xəstəxanada klinik hallar araşdırılıb və COVİD-19-un mühüm əlamətlərindən biri olan yüksək tempüraturun 12 gün, öskürəyinsə daha uzun sürə biləcəyi müəyyənləşdirilib. Qalıcı öskürəyin virus üçün test verdikdən sonra 14-21 gün davam etməsi, nəfəs darlığının isə 13 gündə sona çatması müəyyənləşdirilib".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1456   Tarix: 26 dekabr 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

geyim və ayaqqabılar kosmetika mehsullari toy makiyajlari xalq mahnilari sozleri faydalı məlumat zərdəçal buxaq kosmetika toy gecesı novruza aid hakışta rus dilin nece orenek oyunlar meseller