Mütəxəssis SAXTA QİDALAR haqqında ŞOK FAKTLARI AÇIQLADI: Bal, qatıq, zeytun yağı, kolbasa və...

Mütəxəssis SAXTA QİDALAR haqqında ŞOK FAKTLARI AÇIQLADI: Bal, qatıq, zeytun yağı, kolbasa və...Aldığımız, yediyimiz və içdiyimiz məhsullar düşündüyümüz kimi olmaya bilər.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, TMMOB Qida Mühəndisləri Palatasının İzmir şöbəsinin sədri Uğur Toprak bal istehsalında şəkərli suyun istifadəsindən tutmuş qatığın jelatinlə qarışdırılmasına qədər bir çox dəhşətli faktları açıqlayıb. Qida mühəndisi yeyinti sənayesində saxta qidaların hazırlanması məsələsinə diqqət çəkib.
"Bəzi müəssisələr insanların sağlamlığına təhlükə yarada biləcək ərzaqlar istehsal edir. Vətəndaşlar məhsulları qiymətinə əsasən seçir. Nazirlik vaxtaşırı olaraq saxta məhsulları açıqlayır. Məhsul saxlama müddəti bitmədən rəflərdən toplanmalıdır. Məsələn, balın hazırlanmasında bir çox saxtakarlığa rast gəlirik. Arılar su ilə qarışdırılmış şəkərlə bəslənir. Onlar normal polendən aldıqları şəkəri deyil, bu suyu istehlak edərək bal hazırlayır. Beləliklə şirkət daha ucuz və keyfiyyətsiz bal istehsal edir.
Kolbasa, sucuk və sosiska da saxta məhsullar siyahısına daxildir. Bu qidaların hazırlanmasında at və eşşək əti də istifadə edilə bilər. Dana sosiskası və ya kolbasasında 100 faiz mal əti istifadə edilməlidir. Ancaq bunun əvəzinə toyuq əti qarışdıra bilərlər.
Holland pendirinin istehsalındakı saxtakarlıqlardan biri də kartof püresi ilə qarışdırılmasıdır. Bəzi firmalar süd əvəzinə kartof əlavə edir.
Qatığın istifadə müddətini uzatmaq və ya qatı olmasını təmin etmək üçün jelatin əlavə olunur. Bütün bunlar qadağandır. Qatığı qaşıqlayan zaman əslində kənarlara dağılmalıdır, amma jelatin əlavə edildiyi üçün qatılığı artır və bərk olur. Nəticədə qaşıqda olduğu kimi dayanır və dağılmır. Qatığın üzərində marqarinlə qaymaqlı təbəqə yaratmağa çalışan firmalar da az deyil".
Mütəxəssis daha sonra zeytun yağının ən çox yayılmış saxta qidalardan biri olduğunu açıqlayıb:
"Bitki, günəbaxan yağı qarışdıraraq zeytun yağının keyfiyyətini və qiymətini aşağı salırlar. Zeytunda da boyaq maddələrdən istifadə olunur. Zeytunun çəyirdəyi normal olaraq qəhvəyi rəngdədir, amma tünd qara rəngdədirsə, deməli, boyaq maddələri əlavə olunub.
Bunların hamısı nəzarət altında olmayan müəssisələrdə və qida mühəndislərinin işləmədiyi şirkətlərdə baş verir. Bunların qarşısını almaq üçün nəzarət artırılmalı və ciddi cəzalar tətbiq olunmalıdır", - deyə sonda ekspert qeyd edib.
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2420   Tarix: 04 iyun 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

turlar.az

geyim və ayaqqabılar kosmetoloq geyim necə seçməli 2026 donlari arıqlama sirləri gəlin qayınana qadın döşü kosmetika kokelmek prostat qurd xəstəliklərinə qarşı mualicə rus dilini oyrenek 2ci ders veten seirleri