Mütəxəssis sosial təcrid dövründə formada qalmağın sirrini paylaşdı
Sosial təcrid dövründə bədəni yaxşı vəziyyətdə saxlamaq mümkündür. Bunun üçün xüsusi alətlərə ehtiyacınız yoxdur, otağınızda mini idman zalı yaratmaq asandır.
Milli.Az xəbər verir ki, bu barədə fitnes məşqçisi Yekaterina Lyaşevskaya danışıb. O, idman meydançasını necə təşkil etmək və hansı məşqlərə diqqət yetirmək lazım olduğunu izah edib.
Məşqçi yumşaq dartınma və bir az isinmə ilə başlamağı, sonra ağırlıq məşqlərinə keçməyi tövsiyə edir.
"Müxtəlif qol parametrləri olan dartınma hərəkətləri sinə əzələlərini tonusda saxlayacaq, çömbəlmə isə ayaqları yükləyəcək. Yük kifayət deyilsə, eyni məşqləri bir ayağınızda, fasilələrlə, yavaş sürətlə edin", - deyə məşqçi "Gazeta.ru"ya açıqlamasında qeyd edib.
Onurğa sütununu dəstəkləmək üçün Lyaşevskaya uşaqlıqdan bəri hər kəsə tanış olan "qayıq" məşqini təkrarlamağı tövsiyə edir. Qarın əzələlərini möhkəmləndirmək üçün planka və qıvrılma hərəkətləri uyğundur. Əgər evdə qantelləriniz yoxdursa, onu asanlıqla ağır yüklə dolu torbalarla əvəz edə bilərsiniz. (publika.az)
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir