Mütəxəssislər hər gün artıq yeməyin qarşısını almaq üçün sadə üsullar təqdim edirlər

Mütəxəssislər hər gün artıq yeməyin qarşısını almaq üçün sadə üsullar təqdim edirlərDüzgün qidalanma vərdişləri və bir neçə sadə texnika artıq yeməyin qarşısını almağa, sağlam çəkini qorumağa və xroniki xəstəliklərin yaranma riskini azaltmağa kömək edə bilər.
Milli.Az xəbər verir ki, "Live Strong" saytının yazdığına görə, bu üsulları gündəlik həyatınıza daxil etmək faydalı olar.
Yemək zamanı telefondan istifadə etməyin
Əgər diqqətiniz sosial şəbəkədə paylaşım və ya mesajlara yönəlirsə, beyniniz toxluq hissini daha zəif hiss edir. Nəticədə, ehtiyacınızdan artıq yeyə bilərsiniz.
Yeməyi diqqətlə çeynəməmək və dadını çıxarmamaq porsiyadan alınan məmnunluğu azaldır, bu zaman beyin toxluq hissinə "çatmaq" üçün daha çox yemək tələb edə bilər.
Həmçinin, sosial şəbəkələrdəki parlaq yemək şəkilləri və reklamlar artıq yemisinizsə belə iştahanızı artıra bilər.
Əgər yemək zamanı nə qədər yediyinizi xatırlamırsınızsa, növbəti dəfə daha çox yemək ehtimalınız artır.
Bundan əlavə, bədən telefon ekranına baxmağı yeməklə əlaqələndirməyə başlaya bilər və siz ac olmadığınız halda sadəcə darıxdığınız üçün qəlyanaltı etməyə meylli ola bilərsiniz.
2021-ci ilin fevralında American Journal of Clinical Nutrition jurnalında yayımlanan bir araşdırmada, cihazlardan istifadənin toxluq hissinə necə təsir etdiyi yoxlanılıb. Araşdırmada 44 iştirakçı iki qrupa bölünüb. Bir qrup nahar zamanı telefonda oyun oynamağa icazə alıb.
Hər iki qrup naharda doqquz növ duzlu yemək yeyib və onlardan toxluq hissini qiymətləndirmələri və dərhal sonra nə yediklərini xatırlamaları istənib. 30 dəqiqə sonra isə peçenye dadına baxmaq üçün test edilib.
Nəticədə məlum olub ki, diqqətsiz olan qrup nahardan sonra özlərini daha az tox hiss edib və peçenyelərdən daha çox yeyib. Onlar naharda hansı yeməkləri yediklərini də daha az dəqiqliklə xatırlayıblar.
Fasilələr verin
Növbəti dəfə süfrə arxasına keçəndə özünüzə bir çağırış edin, hər tikə arasında fasilə verin və çəngəli yerə qoyun. Sakit və yavaş yemək qida miqdarının azalmasına səbəb ola bilər.
Yeməyi daha yavaş yemək toxluq hormonlarına təsir göstərərək daha tez doyma hissi yarada bilər. Bu, həm də ağızla qidanın təması müddətinin və intensivliyinin artması ilə bağlıdır. Sürətli yemək zamanı bu təmas müddəti qısa olur və nəticədə daha çox yeyilir.
Yeməkdən əvvəl su için
Bədən üçün kifayət qədər su vacibdir və bu, çəkiyə nəzarətdə də rol oynaya bilər.
Əsas yeməklərdən 30 dəqiqə əvvəl təxminən iki stəkan su içmək 12 həftə ərzində orta səviyyədə çəki itkisinə səbəb ola bilər.
Əgər adi su içməkdə çətinlik çəkirsinizsə, dadını artırmaq üçün içinə təzə meyvə, dilimlənmiş xiyar və ya ədviyyat əlavə edə bilərsiniz. Bu, nə şəkər, nə də kalori artırmadan dadı dəyişəcək.
Artıq yeməyə səbəb olan digər səhvlər:
Yemək böyük boşqabda təqdim olunduqda daha çox yeyirsiniz
Kiçik qaşıqla yemək yemək tempini yavaşladır
Yeməklə qab arasında rəng fərqini azaldın (məsələn, karnabahar, kartof püresi və ya sıyığı ağ boşqabda təqdim edin) rəng kontrastı nə qədər çox olsa, bir o qədər çox yeyəcəksiniz
Aşağı və enli stəkandan deyil, hündür və dar stəkandan istifadə edin
Kənan
Milli.Az

Xəbərlər     Baxılıb: 1047   Tarix: 19 avqust 2025
f Paylaş

Oxşar xəbərlər

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

turlar.az

aksessuarlar makiyaj instagram sac duzumleri nergiz pasayeva seksin növləri yay koftalari nermin ibrahimova kosmetika babasil namiq qaraçuxurlu englishdilində qulaq xanım az