Nadir arvadından danışdı: " Onun üçün yanıram"

Nadir arvadından danışdı: " Onun üçün yanıram""ARB Ulduz"da yayımlanan "Şou-məkan" proqramının növbəti qonağı sevilən müğənni Nadir Qafarzadə olub.

Milli.Az xəbər verir ki, çəkici əlində hər zaman ehtiyatda saxlayan, lazımsız mismarları bir zərbə ilə yerinə oturtmağa hazır olan müğənni özünün dediyi kimi, sağlam, yaraşıqlı qalmaq üçün Avropanın altından girib üstündən çıxıb. Üstəlik, boş dayanmayıb repertuarına yeni mahnılar da daxil edib:

"Mən bu yaxınlarda Cahangir Cahangirovdan bir mahnı oxudum, "Sevgilim, söyləmə vəfasız mənə". Sözləri Süleyman Rüstəmə aiddir. Orada İntizar məni müşayiət edib. Novruz Aslandan "Əzizlərim" mahnısını oxudum. Radiolarımızda səslənir. Yeni il üçün ritmik bir mahnı oxumuşam. 90-cı illərdə bir İsveç qrupu vardı, "Secret service". Musiqi kompozisiya formasında idi. Mən ona söz yazıb yeni aranjmanda səsləndirdim".

Tək izləyicisi həyat yoldaşı olan və ancaq ona konsert verməklə bir ilkə imza atan Nadir ömür-gün yoldaşı üçün sevgisinin gündən-günə alovlandığını söylədi:

"Onsuz qala bilmirəm. Məni qınamayın. Dəhşətdir bu. Bilmirəm, başqalarında da belədir, yoxsa. Son illər bu istilik daha da alovlanır".

"Bizim haqqımızda danışanda həyat yoldaşım istəmir qulaq assın. Deyir ki, camaat elə biləcək ki, biz özümüzü gözə soxuruq. Deyirəm ki, onu fikirləşən anormal bir insandır".

Qızının olmamasından təəssüflənən müğənni yaşlananda həyat yoldaşı ilə tək qala biləcəyi ehtimalını da dilə gətirdi:

"Bu iki erkəyi evləndirdikdən sonra arvadlarını da götürüb gedəcəklər, yadlarına düşməyəcəyik. Gərək bir qızımız olaydı. Qızımız qalmadı. Qızımız qalsaydı, bəlkə, bu fikirlər məndə olmazdı. Nə bilim, bəlkə, gəlinim mənə qız olacaq. Allah yəqin mənə deyib, sən gəlin əlinə baxmalısan".

Nadir Qafarzadə böyük oğlunun evlənmə məsələsinə münasibət bildirərkən onun seçiminə hörmətlə yanaşacağını vurğuladı:

"Gəlin namizəd hələ yoxdur. Həyat yoldaşım deyir, qoy uşaq bir az özünə gəlsin. Ancaq yox da demir mənə. Deyir evləndir də. Kiçik oğlum deyir ki, Loğman evlənmirsə, məni evləndir. 18 yaşı var hələ. Deyirəm, otur yerinə. Kimi alır alsın. Ancaq ağılla alsın. Təki xoşbəxt olsun. Mənə onun nə pulu, nə çörəyi, heç nəyi lazım deyil. Əksinə hər şeyi mən verirəm".

Müğənni oğlunun avropalı bir qızla evlənəcəyi halda qızın müəyyən şərtlərə riayət etməli olduğunu da xatırlatdı:

"Avropalı qız da ola bilər. Bu, onun istəyidirsə, qoy olsun. Amma gələn kimi o, bizim adət-ənənəni, milli mentaliteti qəbul etməlidir. Avropada olan Avropda qalacaq. Burada Azərbaycan qanunları var".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Xəbərlər     Baxılıb: 2823   Tarix: 13 dekabr 2016
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ürək üçün ən faydalı çörək növü AÇIQLANDI

Çörək seçimi yalnız dad məsələsi deyil. Gündəlik qida rasionumuzun ayrılmaz hissəsi olan çörək düzgün seçildikdə sağlamlıq üçün də faydalı ola bilər. Bəs, hansı daha sağlamdır, tam buğda, yoxsa çovdar? . xəbər verir ki, dietoloqla

.

Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB

Sağ tərəfin "kişi" enerjisini, sol tərəfin isə "qadın" enerjisini təmsil etdiyi iddiaları yenidən ortaya çıxıb. xəbər verir ki, ilk baxışdan əhəmiyyətsiz kimi görünsə də, bunun hətta münasibət dinamikasın

.

Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri

Ürək tutması həyati təhlükə yaradan ən ciddi tibbi hallardan biridir və gecikmiş müdaxilə ölümcül nəticələrə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyətin ilkin əlamətlərini vaxtında tanımaq və dərha

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

.

Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?

Rusiya qocalma prosesini yavaşlatmağı hədəfləyən gen terapiyası əsaslı yeni dərman üzərində çalışdığını açıqlayıb. xəbər verir ki, layihə çərçivəsində hazırlanmış müalicənin hüceyrə səviyyəsində yaşlanmanı ləngitdiyi bildirilir

.

Böyük sağlamlıq faydaları VAR

Yaşıl soğan (göy soğan) həm qida, həm də sağlamlıq baxımından olduqca faydalı tərəvəzlərdən biridir. Hər mövsüm tapa biləcəyiniz bu tərəvəzi qida rasiyonunuza mütləq əlavə etməlisiniz. .  xəbər verir ki, mütəxəssislər soğanı

.

Kəpəyi yox edən təbii üsullar

Saç dibindəki ekzema və kəpək problemi bir çox insan üçün əsl baş ağrısına çevrilib. Bahalı kimyəvi şampunlar bəzən istənilən nəticəni vermir. Lakin ev şəraitində hazırlanan təbii qarışıqlar bir neçə dəqiqəlik masajla b

.

Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər

Dincəlmək üçün uzandığınızda ayaqlarınızda hiss etdiyiniz o müəmmalı narahatlıq, əslində bədəninizin verdiyi bir imdad çağırışıdır.  xəbər verir ki, xroniki venoz çatışmazlığı ayaqlardakı damar qapaqcıqlarının funksiyasın

.

Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər

Hamamda nəm qalan hər bir təmizlik vasitəsi mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır. Tam qurumayan liflər təmizləmək əvəzinə, bakteriyaları birbaşa dərinin məsamələrinə daşıyır.  xəbər verir ki, duş liflərini

turlar.az

qadin sayti sade makiyaj sekilleri yay geyimləri 2026 gəlin paltarları plov reseptləri gənc ana pustenin faydalari kosmetika məsəllər heyati kurtlar vadisi qadin saglamlig suni mayalanma