Naməhrəmlə danışmaq günahdırsa, insanı tanımamış necə evlənək?

Naməhrəmlə danışmaq günahdırsa, insanı tanımamış necə evlənək?Evlənməzdən qabaq uzun müddət bir-birini tanımaq ailənin möhkəm olması üçün şərt deyil. Neçə-neçə ailələr olmuşdur ki, tərəflər bir-birini uzun vaxt tanıdıqlarına baxmayaraq, evlənəndən qısa müddət sonra dağılmışdır. Həmçinin neçə-neçə ailələr var ki, yalnız toya yaxın bir-birini tanımışlar, hal-hazırda möhkəm və xoşbəxtdirlər. Ailənin xoşbəxt olmasının şərtləri gələcək həyat yoldaşını Allah və Onun Rəsulunun (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurduğu qaydada seçmək, Uca Allahın və bir-birinin haqlarına riayət etməkdir.
Gələcək həyat yoldaşının seçilməsi
Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) kişilərə buyurmuşdur: "Dörd şeyə görə qadınla evlənməyə dəyər: var-dövlətinə görə, əsil-nəsəbinə görə, gözəlliyinə görə və bir də dininə görə. Çalış dindar olanı seçəsən, yoxsa yazıq olarsan". (əl-Buxari, 5090).
Həmçinin qadınlara buyurmuşdur: "Sizə dinindən və əxlaqından razı qaldığınız birisi (elçi olaraq) gəldiyi zaman qızınızı onunla evləndirin. Əgər belə etməsəniz yer üzündə fitnə və fəsad olar". Səhabələr dedilər: "Ey Allahın Elçisi! Əgər həmin adamda bəzi əlamətlər (yəni, kasıblıq) olsa necə?" Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Sizə dinindən və əxlaqından razı qaldığınız birisi (elçi olaraq) gəldiyi zaman qızınızı onunla evləndirin." O bunu üç dəfə təkrara etdi". (ət-Tirmizi).
Daha sonra evlənmək niyyəti ilə qıza baxmaq, həmçinin valideynlərdən icazə alaraq məhrəmlərin sizi görməsi şərtilə bir neçə dəfə görüşərək, söhbət etməyə, bir-birini tanımağa icazə verilir.
Allahın haqlarına riayət etmək
Milli.az
Əksər hallarda ailələrin dağılmasına səbəb içki, zina, ailə sirlərinin açılması və digər günahlar olur. Allah Rəsulunun "dini gözəl olanı seçin" əmrinə riayət etmək həmçinin bu səbəbdən mühümdür. Yuxarıda qeyd edildiyi kimi, Allahın haqlarına riayət etmək deyildikdə, Allahı yaxşı tanımaq, onun əmrlərini yerinə yetirmək və qadağalarından çəkinmək başa düşülür. Bu cür insanlar, yəni həqiqi möminlər Allahdan daha çox qorxur, böyük günahlar etməkdən daha çox çəkinirlər. Uca Allah buyurur: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl! Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir". (əl-Ənkəbut, 45). Həqiqi möminlər həmçinin kasıblığa, müsibət və çətinliklərə səbr edir, qəzəbləndikdə özünə hakim olmağa çalışır, faydasız şeylərdən uzaqlaşır, ailə üzvlərinin haqlarını verirlər, çünki Qiyamət günü hər kəs tabeçiliyində olanların haqlarını necə verməsi barədə sorğu-sual olunacaq.
Kişi və qadının haqları
Bir-birinin haqqını vermək deyildikdə Allahın və Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bizə bildirdikləri, ər və arvadın bir-birinin üzərində olan haqlarına riayət etmək başa düşülür. Uca Allah buyurur: "Kişilərin qadınlar üzərində şəriətə müvafiq haqları olduğu kimi onların da kişilər üzərində haqları vardır". (əl-Bəqərə, 228).
Kişi qadınla mülayim davranmalı, öz yediyindən ona da yedirməli, geyindirməli, ona dini öyrətməli, onunla birlikdə vaxt keçirməli və digər ehtiyaclarını ödəməlidir. Həmçinin onun əziyyətlərinə səbr etməli, onu tərbiyələndirməli, eyiblərini başqalarının yanında açmamalı, namusunu qorumalı, işlərində onunla məsləhətləşməlidir və s.
Qadın isə ərinə itaət etməli, özünün, ərinin və övladlarının namusunu qorumalı, sirlərini açmamalı, əri üçün bəzənməli, onun malını qorumalı, evə onun icazəsi olmadan heç kəsi buraxmamalı, övladlarını gözəl tərbiyə etməlidir və s.

Xəbərlər     Baxılıb: 1712   Tarix: 26 fevral 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Parfümlərin içində at sidiyi aşkar edildi: Dərini məhv edir

Lüks ətirlərin qiyməti artdıqca, istehlakçılar "tester" və ya "kimsəsiz" adlandırılan şübhəli məhsullara yönəlirlər. Lakin bu şüşələrin içindəki maddələr sadəcə iyrənc deyil, həm də həyati təhlükə daşıyır

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Bazarda 4 manata satılan bu möcüzə təzyiqi stabilləşdirir

Görünüşünə görə kartofla qarışdırılan, lakin tibbi xüsusiyyətlərinə görə "təbii təzyiq tənzimləyicisi" adlandırılan yerarmudu, müasir tibbin diqqət mərkəzindədir.  xəbər verir ki, yerarmudu çox yüksək miqdarda kaliu

.

Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ

Kassa çekləri sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbə

.

Kartof qızartmağın ən sağlam üsulu hansıdır? - Araşdırma

Araşdırmalar göstərir ki, milyonların sevimlisi olan kartof qızartmasını daha sağlam və az yağlı hazırlamağın yolu məlum olub. "Current Research in Food Science" jurnalında dərc olunan yeni elmi iş mikrodalğal

.

Ürək tutması, yoxsa panik atak? - Oxşar əlamətlər, təhlükəli nəticələr

Sinədə qəfil təzyiq, sürətlənən ürək döyüntüsü və nəfəs almaqda çətinlik. Bu əlamətlər bir çox insanda ciddi narahatlıq yaradır və "ürək tutmasıdır, yoxsa panik atak?" sualını gündəmə gətirir. Türkiyə mətbuatın

.

Pivəni həddindən artıq içməyin ZİYANI

Son vaxtlar pivənin normadan artıq istifadəsinin insan sağlamlığına mənfi təsirləri ilə bağlı mütəxəssislər xəbərdarlıq edir.  xəbər verir ki, həkimlərin sözlərinə görə, pivə az miqdarda qəbul edildikdə müəyyən hallarda cidd

.

Restoranda sifariş etdiyiniz bu qidalar sağlamlığınızı məhv edir

Çöl qidalanması keyifli olmalıdır, lakin aşağıdakı məqamlar bu keyfi xəstəxanada bitirə bilər:. "Günün şorbası" əslində "Dünün şorbası" ola bilər. Bir çox məkanda günün şorbası mətbəxdəki israfın qarşısın

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

turlar.az

hamiləlik makiyaj etmek qaydalari geyim dəbləri dil haqqinda atalar sozu sağlamlığa aid atalar sözləri bizim məşhurlar kosmetologiya kosmetika burclerin uyumu balıq zəhmət prostat əfsanələr