Narkotik asılılığının çarəsi tapıldı
Braziliyanın Minas Gerais Federal Universitetinin alimləri narkotik aludəçiləri üçün kokain və onun güclü törəməsi olan krekin istifadəsindən sonra xoş hisslərin yaranmasının qarşısını alan dərman hazırlayıblar.
Milli.Az oxu.az-a istinadən bildirir ki, "Calixcoca" dərmanı artıq siçanlar üzərində sınaqdan keçirilib. Peyvənd orqanizmin immun reaksiyasını işə salır, bu da dərmanların insan beyninə təsirini bloklayır və eyforiya, hallüsinasiya, tormozlanmanın (və ya əsəb gərginliyinin) qarşısını alır.
İndi alimlər peyvəndin optimal dozasını müəyyənləşdirirlər. Bundan sonra dərman insanlar üzərində sınaqdan keçirilə bilər. Alimlər üç mindən çox insanla klinik sınaqda könüllü olaraq iştirak etmələri üçün əlaqə saxlayıblar.
Milli.Az









Röyanın adından dələduzluq - FOTO
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi