Nazir oğlu həyat yoldaşı ilə - Berlin Moda Həftəsində

Nazir oğlu həyat yoldaşı ilə - Berlin Moda HəftəsindəYanvarın 18-də Almaniyanın paytaxtı Berlin şəhərində "Mersedes Benz Moda Həftəsi" çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə baş tutan tədbirdə Qarabağ mövzusu və irsi diqqət mərkəzində olub. Berlində yaşayan gənc dizayner Leoni Mergen tərəfindən öz gözəlliyi ilə ictimaiyyətin diqqətini çəkən yeni "Qarabağ kolleksiyası" podiumda təqdim edilib.

"Qafqazinfo" xəbər verir ki, Leoni hazırkı kolleksiyasını Azərbaycanın zəngin mədəni irsindən ruhlanaraq ərsəyə gətirib. Bu kolleksiya Azərbaycanın Qarabağ regionunun ənənəvi geyimlərindən ilhamlanan silsilə parçalarından ibarətdir.

Moda sənayesində çalışan 500-dən artıq peşəkar modelyer, moda üzrə ixtisaslaşan jurnalistlər və xarici qonaqların iştirakı ilə yüksək atmosfera yaradan bu şou Berlində tarixi "Kaufhaus Jandorf" sərgi məkanında baş tutub. Azərbaycan muğamı və instrumental musiqisi sədaları altında podiuma çıxarılan kolleksiya 26 müxtəlif geyim nümunələrdən ibarət olub. Leoni Mergenin mədəniyyətlərarası əlaqəni qeyri-adi formada əks etdirən, eyni zamanda texniki cəhətdən bacarıqla yerinə yetirilmiş geyim nümunələri iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Bu kolleksiya hazırlanması və nümayişi Avropa Azərbaycan Cəmiyyətinin Dağlıq Qarabağın erməni hərbi qüvvələri tərəfindən davam edən işğalı haqqında məlumatlılığı artırmaq məqsədi ilə mədəniyyət sahəsində həyata keçirdiyi növbəti layihədir.

Avropa Azərbaycan Cəmiyyətinin sədri və təsisçisi Tale Heydərov bildirib: ""Qarabağ kolleksiyası TEAS üçün çox maraqlı layihədir və biz gənc berlinli dizayner Leoni Mergenin Azərbaycan mədəniyyətindən ruhlanan moda kolleksiyasını dünya auditoriyası qarşısında təqdim etmək və bu layihəni dəstəkləməkdən məmnunuq. Beynəlxalq media məkanında yüksək səviyyədə işıqlandırılan və geniş auditoriyanın diqqətini cəlb edən Berlin Moda Həftəsi çərçivəsində Dağlıq Qarabağın Ermənistanın işğalı altında olduğunu göstərmək və milli mədəni irsimizi qorumaq üçün çox gözəl imkandır."
Nazir oğlu həyat yoldaşı ilə - Berlin Moda HəftəsindəNazir oğlu həyat yoldaşı ilə - Berlin Moda HəftəsindəNazir oğlu həyat yoldaşı ilə - Berlin Moda HəftəsindəNazir oğlu həyat yoldaşı ilə - Berlin Moda HəftəsindəNazir oğlu həyat yoldaşı ilə - Berlin Moda HəftəsindəNazir oğlu həyat yoldaşı ilə - Berlin Moda HəftəsindəNazir oğlu həyat yoldaşı ilə - Berlin Moda Həftəsində

Xəbərlər     Baxılıb: 2172   Tarix: 19 yanvar 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiy

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

turlar.az

toy makiyaji sekilleri geyim dəbləri yemek reseptleri dogusdan sonra matkanin yigilmasi ideal toy yuxuyozmalar geyimlər kosmetika zencefil vetene aid bayati faydalı bilgilər sanamalar novruz bayrami hakisda