Nazirdən ƏHALİYƏ ŞAD XƏBƏR: pensiyalar görün nə qədər artdı

Nazirdən ƏHALİYƏ ŞAD XƏBƏR: pensiyalar görün nə qədər artdıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) ölkəmizdə səfərdə olan Dünya Bankının Azərbaycanda rifah və rifahın paylanması ilə bağlı təhlil üzrə missiyası ilə görüş olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, missiyanın məqsədi iqtisadi və sosial rifahın monitorinqi, sonuncu iqtisadi dəyişikliklərin rifaha təsirlərinin paylanması ilə bağlı təhlilin aparılması, ev təsərrüfatlarının iqtisadi şoklardan müdafiəsi məqsədilə siyasətin hazırlanması prosesinin məlumatlandırılması sahəsində Dünya Bankı ilə Azərbaycan hökuməti arasında gələcək əməkdaşlığın müzakirəsidir.

Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin respublikanın uzunmüddətli inkişafına xidmət edən siyasətinin sosialyönümlü olduğunu vurğulayıb. Nazir son illər qlobal miqyasda kəskin xarakter alan iqtisadi kataklizmlərin milli iqtisadiyyata təsirlərinin aradan qaldırılması üçün reallaşdırılan çevik islahatlar proqramının ilk növbədə sosial rifah halının, o cümlədən ailə təsərrüfatlarının bu təsirlərdən qorunmasına istiqamətləndiyini diqqətə çatdırıb: "Belə iqtisadi şəraitdə bir tərəfdən sosial müdafiə sisteminin gücləndirilməsi və ölkə əhalisinin əhəmiyyətli bir hissəsinə yönələn və ailə təsərrüfatlarının gəlir mənbələri sırasındaolan sosial ödənişlərin (pensiya, müavinət, təqaüd və s.) artırılması təmin edilib, digər tərəfdən, yeni iş yerlərinin yaradılması prosesinin və aktiv məşğulluq tədbirlərinin gücləndirilməsi, xüsusən dövlət başçısının sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsü üzrə bu proseslərin geniş miqyas alması iş yerlərinin itirilməsi və əmək bazarında gərginlik riskinin aradan qalxmasına imkan verib. Nəticədə, əmək resurslarının məşğulluğunda azalmaya deyil, artımın davam etməsinə nail olunub. Təsadüfi deyil ki, cari ilin 9 ayında da məşğulluq mərkəzlərinə iş üçün müraciət edənlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən təqribən iki dəfə azalıb. Cari ildə ölkə iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun 2,5 faiz artımı şəraitində yeni iş yerlərinin yaradılması prosesinin davam etdirilməsi işsizliyin aşağı səviyyədə saxlanmasını təmin edir".

S.Müslümov muzdla çalışan işçilərin sayında da artımın qeydə alındığını, rəsmi statistikaya əsasən 2017-ci il sentyabrın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayının ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 min nəfər artaraq 1526,3 min nəfər təşkil etdiyini bildirib. Nazir həmçinin, əmək bazarında müsbət meyillərin davamı olaraq, bu ilin yanvar-avqust aylarında orta aylıq əmək haqqının əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,4 faiz yüksələrək 524,7 manata çatdığını qeyd edib: "Təbii ki, qeyd olunan pozitiv proseslər nəticə etibarilə ev təsərrüfatlarının gəlirlərinin artırılmasına və sabit rifah səviyyəsinin qorunub saxlanmasına imkan yaradır. Ümumilikdə bu gəlirlərin dinamikasında ildən-ilə artım özünü göstərir. Buna misal olaraq, son 5 ildə, yəni 2011-2016-cı illərdə ev təsərrüfatlarındaadambaşına düşən aylıq gəlirlər 55,3 faiz, o cümlədən bu gəlirlərin tərkibində muzdlu əmək fəaliyyətindən gəlirlər 58,6 faiz, kənd təsərrüfatından gəlirlər 45,5 faiz, sahibkarlıq və özünüməşğulluq fəaliyyətindən gəlirlər 58,1 faiz artıb. Ev təsərrüfatlarında adambaşına düşən aylıq gəlirlər sırasında pensiya və sosial müavinətlər, sosial yardım üzrə olan gəlirlər isə həmin dövrdə 48,6 faiz çoxalıb. Bu gəlirlərin digər mənbələr üzrə də artımı özünü göstərib. Ona da qeyd edək ki, son 5 ildə ev təsərrüfatlarında adambaşına düşən aylıq gəlirlərin son 5 ildəki artımı (55,3 faiz) ev təsərrüfatlarında adambaşına düşən aylıq istehlak xərclərinin artımını (53 faiz) üstələyib. Qeyd edilənlər ev təsərrüfatlarının iqtisadi şokların təsirlərindən müdafiəsi istiqamətində aparılan siyasətin müsbət nəticəsi kimi qiymətləndirilə bilər".

Nazir bildirib ki, həssas qrupların rifah halının dəstəklənməsində aktiv vasitələrlə onlara öz potensialları müqabilində gəlir imkanlarını artırmaq imkanlarının yaradılması ən optimal yoldur: "Ona görə də biz sosial müdafiə siyasətini aztəminatlı ailələrin sosial yardım sistemindən asılılığının aradan qaldırılması ilə onların kiçik ailə biznesinə keçidini nəzərdə tutan yeni keyfiyyət müstəvisində inkişaf etdiririk. Cari ildən özünüməşğulluq proqramı çərçivəsində belə ailələrin fərdi təsərrüfatlarını yaratmaları üçün təmənnasız olaraq dövlət tərəfindən mal və materiallarla təminatı həyata keçirilir. Növbəti ildən bu proses kifayət qədər geniş məcrada davam etdirilməklə, qarşıdakı dövrdə həmçinin beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq imkanları da belə ailələrlə bağlı aktiv dəstək mexanizmlərinin gücləndirilməsinə yönəldiləcək".

S.Müslümov əmək və sosial müdafiə sahəsində son illərdə aparılan islahatlar, bu sahələrdə avtomatlaşdılmış sistemlər haqqında məlumat verib, bu islahatların eyni zamanda sosial cəhətdən həssas qrupların sosial təminat sisteminə əlçatanlığına şərait yaratdığını bildirib. Nazir missiyanı habelə əmək bazarının səmərəli tənzimlənməsinə, qeyri-formal məşğulluğun aradan qaldırılmasına yönələn tədbirlər kompleksi barədə məlumatlandırıb.

Dünya Bankının Azərbaycanda rifah və rifahın paylanması ilə bağlı təhlil üzrə missiyasının tapşırıq qrupu üzrə rəhbəri Moritz Meyer və missiyanın üzvləri ölkəmizdə dayanıqlı iqtisadi inkişafa yönələn islahatlarda sosial rifah amilinin ön planda saxlanmasının Dünya Bankı tərəfindən daim müsbət dəyərləndirildiyini vurğulayıblar. Onlar ev təsərrüfatlarının gəlir imkanlarının artırılması yönündə aparılan siyasətin, o cümlədən aztəminatlı vətəndaşların aktiv sosial müdafiə tədbirlərinə cəlb edilməsinin təqdirəlayiq olduğunu qeyd ediblər.

Missiyanın baş iqtisadçısı Alan Fuks bir sıra ölkələrdə apardıqları araşdırmalar və onların nəticələri barədə məlumat verib. Missiya üzvləri tərəfindən son iqtisadi dəyişikliklərin rifaha təsirlərinin müəyyən olunması ilə bağlı missiya tərəfindən Azərbaycanda da yeni sorğunun keçirilməsinin məqsəduyğun olduğu bildirilib.

Görüşdə ən son iqtisadi dəyişikliklərin rifaha təsirlərinin müəyyən olunması yolları, yoxsul və həssas ailələrin müdafiəsini təmin edən siyasətin məlumatlandırılmasına dair fikir mübadiləsi ilə davam edib.

Xəbərlər     Baxılıb: 4484   Tarix: 25 oktyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

turlar.az

həkim məsləhəti makiyaj instagram hamilelikde qidalanma kombinler 2026 yay qadın sağlamlığı sekis biskvitli tort resepti kosmetika dieta uzeyir dolça qoğalın nağlı hakista