Nə vaxt konservatoriya məzunlarını izləyib ulduz etdiniz bu ölkədə?' - Muraddan sərt tənqid
Bəstəkar müğənni Murad Arif tənqidi çıxışı ilə gündəm olub.
azxeber.com xəbər verir ki, sənətçi həmkarlarını müdafiə edib.
O, bildirib ki, sənətdə uğurlu olmaq üçün güclü səsin olması əsas şərt deyil:
"Böyük-böyük danışmaqlarımıza baxmayın, zənnimcə biz musiqini və səsi anlayan deyilik. Məhz onun nəticəsidir ki, gerçək musiqilər və gerçək səslər ölkədə dəyər görmür, bu bir.
İkincisi, ay səsdən danışanlar, musiqi elə bir sənətdir ki, içində Cennifer Lopesi, Kayli Minoqu, Çelentanosu, bard musiqisi, şansonu, həzin sambası və dünyanın baş əydiyi minlərlə sənətkar var. Amma, siz dediyiniz o Xanəndələrimizdə, Rəşiddə, Müslümdə olan səs onlarda yoxdur. Yəni vokalları güclü deyil, amma sənətdə yerləri var. Kimi danırsınız? Mustafa Sandalın səsi var? Yoxsa, Dmitri Malikovun? Nə səs bazarıdır, pop-musiqidə?
Siz "Filankəsin səsi yoxdur" deyəndə, heç Co Dassen, Madonna, Çelentanodan utanırsınız? Siz haçan konservatoriya məzunlarını izləyib ulduz etdiniz bu ölkədə? Siz nə zaman Teymur Əmrahı, Azər Zeynalovu, Aygün Bəyləri trendlərdə birinci etdiniz? Bu qədər riyakarın, oturub-durub səsdən danışıb, amma evində youtubu açsan, bir dənə də sənətkar dinləyəni yoxdur!
Güclü vokal, güclü səs oxuyan üçün müsbət göstəricidir, razıyam. Amma o güclü səslə Jennifer Lopez (yaxud bəndəniz) kimi sevilmirsə, anlayın ki, səs hər şey deyil və səs heç sizə lazım deyil. Sizi and verirəm Barış Mançonun zəif səslə dünya boyda gözəllik yarada bilən ruhuna...
Pop-musiqi repertuar və xarizma istəyir ilk növbədə. Burada Koroğlunun ariyasını oxumurlar. Səmimi olun. Sevdiyinizi sevin, dinləyin. Sevmədiyinizi sevməyin, dinləməyin. Amma, səsdən danışmayın boş-boş. O söhbət çoxdan ölüb".
Aysel









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Ölən qızı 11 ay əvvəl boşanıbmış
Ceki Çan və Devid Bekhem Çində bir arada
"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Azərbaycanlı musiqiçi intihar edib