"Nə yeyək ki, gözümüz süfrədə qalmasın və kökəlməyək.." - Qadınların Yeni il kabusu

"Nə yeyək ki, gözümüz süfrədə qalmasın və kökəlməyək.." - Qadınların Yeni il kabusuYeni ilə sayılı günlər qalıb. Əksər evlərdə 31 dekabr günü süfrə gözəl təamlı yeməklərlə bəzədilir. Hətta pəhriz saxlayanlar "bu gün bayramdır" deyərək qida rasionuna heç olmadığı qədər yemək əlavə edirlər. Diyetoloqlar isə həyəcan təbili çalırlar.

Xanim.az medicina.az-a istinadən bildirir ki, diyetoloq Şəhriyyə Əhmədovanın dediyinə görə, insanların ən çox etdiyi yanlış məhz bütün günü ac qalıb axşam bayram süfrəsini gözləməkdir:

"Adətən bu zaman səhər, günorta yeməyi normal qaydada yeyilməlidir. Bayram süfrəsinin menyusu tərtib olunan zaman sağlam qidalar seçilməlidir. Ət yeməkləri qızarılmış formalarda yox, daha çox sobada bişmiş formada olmalıdır. Bu halda axşam yeyilsə belə bunun ziyanı olmayacaq. Bu axşam adətən spirtli içkilər qəbul edilir. Şərabı qətiyyən ət yeməyi ilə birlikdə istifadə etmək doğru deyil. Bu daxili orqanların yüklənməsinə, gec həzm olunmasına gətirib çıxarır. Toyuq yeməklərinin də sobada hazırlanması daha məsləhətlidir. Bu zaman balıq da yeyilə bilər.

Salat seçimlərində diqqətli olmaq lazımdır. Salatlar hamının alışdığı üzrə mayonezlə deyil, bitki yağları ilə hazırlanmalıdır. Daha çox tərəvəz salatlarına üstünlük verilməlidir. Şirin içkilər, qazlı içkilərin əvəzinə kompotlardan istifadə tövsiyə edilir".

Yemək saatından da danışan Ş. Əhmədova qidaların yatmazdan ən az 3 saat öncə yeyilməli olduğunu vurğulayıb.
"Əgər gün ərzində yedikdən sonra daha çox hərəkət olacaqsa yeməyin 9-da da yeyilməsində problem yoxdur", - deyə diyetoloq qeyd edib.

Şəhriyyə həkim məhz bu gündə pəhrizini pozanlara tövsiyələr verib: "Səhərisi gün pəhrizə davam etsələr daha yaxşı olar. Ancaq deyə bilərəm ki, adətən bu, belə olmur. Pəhriz saxlayanlar belə bayramdan sonra 3-4 gün ərzində qida menyularına fikir verməyərək çox yeyirlər. 2-3 gün ərzində tam pəhrizə keçilməsə də, ən azından yüngül qidalardan istifadə etsələr yaxşı olar. Məsələn, tərəvəz, kələm salatları yeyə bilərlər. Mədəni yükləmək olmaz. Maye çox qəbul edilməlidir, şirniyyatlardan uzaq durulmalıdır.

Yalnız pəhriz saxlayanlar deyil, bütün vətəndaşlar məhz belə günlərdə südlü, yüngül şirniyyatlara üstünlük verməlidirlər. Ağır kremli tortlardan yan qaçsalar daha məsləhətli olar".

Sağlamlıq     Baxılıb: 2109   Tarix: 27 dekabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Partladılmış Qarğıdalının xeyri və zərəri haqqında

Partladılmış Qarğıdalının faydaları və zərərləri haqqında məlumat olduqca azdır.Maraqlı haldır ki, bağlama halında satılan bu qidalar üzərində olan reklam mətnləri isə insanı haradasa bu qidanın hava, su qədər vacibiyyətin

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

turlar.az

toy gecesi gozel gorunmek sade makiyaj sekilleri byanka qadin dunyasi.az kokteyllər donlar 2026 kosmetika damla novruz hakisdalari veten haqqinda bayatilar laylalar tapmaca